Miq 31 - Wikipedia
MiQ-31 — 1975-ci ildə MiQ tərəfindən inkişaf etdirilən iki yerli, iki motorlu yüksək hündürlükdə uçan təyyarəsi olan MiQ-25-in inkişaf etdirilmiş törəməsidir. Vəzifəsi düşmənin nüvə başlıqlı mərmilərini, cəsus təyyarələrini və borbardmançı təyyarələrini havadaca qabaqlamaq ya da məhv etməkdir.
MİQ-31 | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
Hazırlayan | MiG |
İstehsalçı | SSRİ/Rusiya |
Dizayner | Mikoyan-Quryeviç Konstruktor Bürosu |
İlk uçuş | 16 sentyabr 1975 |
İstismara verilmə tarixi | 6 may 1981 |
İstimarının bitmə tarixi | davam edir |
İstismarçılar |
Qazaxıstan Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1975-1994 |
Buraxılış sayı | 519 |
Vahidinin qiyməti | 57-60 mln dollar |
Baza modeli | MiQ-25 |
Vikianbarda əlaqəli mediafayllar |
Dünyanın mexaniki olaraq ən yüksək performanslı havada üstünlük qazanmaq üçün nəzərdə tutulmuş təyyarəsidir. Çox yüksək sürətə və çox yaxşı manevr qabiliyyətinə malikdir, ancaq istehsalından qaynaqlanan səhvlər səbəbilə vəzifəsini Suxoy Su-27-ə vermişdir. Təyyarədə 200 km mənzilə sahib Zaslon radarı istifadə edilməkdədir. Son illərdə modernizasiya edilərək yer hücum xüsusiyyəti də qazanan MiQ-31, müasir aviyoniklər və rəngli ekranlı kokpitə malikdir.
MiQ-31 MiQ-25in konstruksiyasının əsasında inkişaf etdirilmişdir. Əsas vəzifəsi düşmənin ərazisində yuxarıdan kəşfiyyat aparmaq və düşmənin hücumlarının qarşısını almaqdır. İlk prototipləri 1975-ci ildə uçmuş, kütləvi surətdə istehsalında isə 1978-ci ildən etibarən başlanılmışdır. 1983-cü ildən etibarən SSRİ Silahlı Qüvvələrinin arsenalına qəbul edilmişdir və MiQ-25lərin yerini tutmağa başlamışdır.
200 km radiusa malik olan Zaslon radarı ilə 4 ədəd MiQ-31 qrupunun 800 – 900 km arasında olan hava sahəsini qorumaq imkanlarına malik olması bu təyyarələrin əsas xüsusiyyətlərindəndir. Hava idarəetmə mərkəzi kimi qırıcı təyyarələri də idarə edə bilmək qabiliyyətinə malikdir. NATO kod adı kimi Foxhound adı verilmişdir.
İnkişafı
redaktəKökləri
redaktəMühüm dizayn sirlərinə sahib olan MiQ-25 döyüş təyyarəsi yüksək sürəti, uçuş tavanı və yüksəkliyə qalxma sürəti ilə fərqlənən qırıcı olmuşdur. Bu döyüş təyyarəsinin maksimal sürət həddi olaraq 2.83 max götürülsə də, mühərrikə zərər vurma riski ilə bu qırıcıların maksimal sürəti 3.2 maxa qədər çatırdı.[1]
Ye-155MP prototipinin hazırlanmasında əsas məqsəd Sovet Ordusunun silahlanmasında olan MiQ-25-lərin əvəz edilməsi idi. Artıq 16 sentyabr 1975-ci ildə bu prototip ilk uçuşunu həyata keçirdi.[2] Ye-155MP MiQ-25 qırıcısı ilə zahiri görünüş cəhətdən çox oxşar olsa da, bunlar arasında müəyyən fərqliliklər də mövcud idi. Məsələn, yeni prototip MiQ-25-ə nisbətən daha uzun füzelyaja sahib olduğuna görə radar pilot kabinəsində yerləşdirilmişdi və başqa bir çox yeniliklər də var idi. Ən vacib dəyişikliklərdən biri radar idi. Yeni radar əvvəlkinə nisbətən bir neçə hədəfi eyni anda izləmə potensialına sahibdi. Bu cür yeniliklər Sovet İttifaqına öz düşmənlərinə qarşı mübarizədə uzun məsafələrdə daha effektiv olma imkanı qazandırırdı.[3] MiQ-31 qırıcıları silahlanmaya daxil edildikdən sonra onlar daha köhnə Tu-128 döyüş təyyarələrini əvəz etdilər.[4]
Öz sələfi MiQ-25-də olduğu kimi MiQ-31-in silahlanmaya daxil edilməsi də onun konstruksiyası ilə bağlı bir sıra fərziyyələrin yayılması ilə müşayiət olundu. Qərb dövlətləri bu qırıcı haqqında ilk dəfə 1976-cı ildə öz idarə etdiyi MiQ-25P ilə Yaponiyaya qaçan Sovet pilotu leytenant Viktor Belenkodan məlumat əldə etdi.[5] Belenko yeni yaradılacaq "Super Foxbat" adlı təyyarənin iki oturacaqlı olacağını və qanadlı raketləri məhv edə biləcəyini açıqlamışdı.
İstehsalı
redaktəMiQ-31-in seriyalı istehsalı 1979-cu ildə başlanmışdır.[6][7] MiQ-31 qırıcısı düşmənin aktiv və passiv radar pozucularından potensial istifadəsi zamanı belə öz döyüş effektivliyini saxlamağa qadir döyüş təyyarəsidir. Dörd ədəd MiQ-31 qırıcısından ibarət bir qrup 800–900 km uzunluğunda olan ərazinin hava məkanını qorumağa malikdir. Bu döyüş təyyarəsinin radarı 200 kilometr məsafədə istənilən hədəfi aşkarlama potensialına sahibdir.
MiQ-31 əsas etibarilə aşağıda sadalanan tapşırıqları yerinə yetirmək məqsədilə hazırlanmışdır:
- Qanadlı raketlərin və onların atıldığı təyyarələrin mümkün qədər aşağı hündürlükdə aşkar edilməsi və məhv edilməsi;
- Yer səthinə yaxın məsafədən uçan qanadlı raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və helikopterlərin aşkar edilməsi və məhv edilməsi;
- Strateji bombardmançı təyyarələrin uzun məsafədə müşayiət edilməsi;
- Yerdə yerləşən hava hücumundan müdafiə sistemlərinə sahib olmayan ərazinin hava məkanının strateji hava hücumundan müdafiəsinin təmin olunması.
MiQ-31 döyüş təyyarələrinin istehsalı 1994-cü ildə dayandırılmışdır.[8] İlk seriyalı istehsal partiyası hesab olunan 519 ədəd MiQ-31 1976-cı ildən 1988-ci ilə qədər Sokol zavodunda istehsal olunmuşdur. İkinci partiya olan 101 ədəd MiQ-31DZ 1989-cu ildən 1991-ci ilə qədər və 69 ədəd MiQ-31B-dən ibarət olan sonuncu istehsal partiyası isə 1990-cı ildən 1994-cü ilə qədər istehsal olunmuşdur. Son istehsal partiyasından olan 50 ədəd MiQ-31 Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan Hərbi Hava Qüvvələrinin əlinə keçmişdir. İlk istehsal partiyasına aid olan 40 ədəd qırıcı isə sonradan MiQ-31BS səviyyəsində modernizasiya olunmuşdur.
Hadisələr
redaktə2 dekabr 2022-ci il tarixində Rusiyanın Primorsk diyarında “MiQ-31” havaya qalxandan dərhal sonra qəzaya uğrayıb. Pilotlar katapult edərək xilas olublar.[9]
Texniki xüsusiyyətləri
redaktə- Uzunluq: 21,5 metr
- Hündürlüyü: 6,60 metr
- Qanad açıqlığı: 14,02 metr
- Ağırlığı: 41,000 kg
- Xidmət döşəməs(n)i: 20,700 metr
- Sürəti: 3,03 Mach
- Motor: 2× Soloviev D-30F6 afterburning turbofans
- Mühərrikin İtələmə Gücü : 152 kN
İstifadəçilər
redaktə- Rusiya
- Qazaxıstan: Qazaxıstan Hərbi Hava Qüvvələri SSRİ Silahlı Qüvvələrinə məxsus olan hərbi hava qüvvələrindən Qazaxıstana verilən 25 ədəd MiQ-31/MiQ-31B təyyarələri istifadə edir.
- Suriya: 2007-ci ildə Suriya ilə Rusiya arasındakı danışıqlar nəticəsində Suriya Rusiyaya 8 ədəd MiQ-31 sifarişi versə də, İsrailin təzyiqi və Suriyanın maliyyə mənbələrinin çatışmamazlığı səbəbilə 2009-cu ildə bu sifariş təxirə salınmışdır. Rusiyanın rəsmi xəbər agentliyi olan Sputnikin 16.08.2015 tarixli xəbərinə görə Rusiya Suriya Ordusuna 6 ədəd MiQ-31 təyyarəsi təhvil vermişdir. Təyyarələr Dəməşqdə Mezze hərbi hava limanında yerləşdirilmişdir.
- İran: Təsdiqlənməmiş məlumatlara görə İran İslam Respublikası 45-55 ədəd arasında MiQ-31 təyyarəsini Rusiyadan satın almış və onu çox gizli bir şəkildə naməlum bir yerdə saxlayır. Məlumata görə İnqilab Keşikçiləri korpusuna verilən təyyarələr bu qurumun Hərbi Hava Qüvvələrində texniki təzhizatın zəifliyi və peşəkar mütəxəssislərin olmaması səbəbi ilə İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinə verilmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Gunston and Spick 1983, pp. 132–133.
- ↑ Eden 2004, p. 323.
- ↑ "МиГ-31 – лучший истребитель-перехватчик мира". topwar.ru. 2015-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2018.
- ↑ "Arxivlənmiş surət". 2018-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
- ↑ Eyster, II, James P. "The Defection of Viktor Belenko: The Use of International Law to Justify Political Decisions". Fordham International Law Journal. The Berkeley Electronic Press (bepress). 1 (1). 1977. 2015-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2018.
- ↑ "МиГ-31 модернизируется и прослужит в ВВС России еще около 15 лет". arms-expo.ru. 2014-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2018.
- ↑ "Рогозин: истребитель МиГ-31 модернизируется и прослужит еще 15 лет в ВВС России". 2015-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
- ↑ "МиГ-31". encyclopaedia-russia.ru. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2018.
- ↑ "Rusiyada hərbi təyyarə qəzaya uğrayıb". 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.