Miskemi - Wikipedia
Mişkəmi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Hisgədərə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mişkəmi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Mişkəmi | |
---|---|
38°54′ şm. e. 48°41′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 574 nəfərdir.[2]
Toponimiyası
redaktəƏvvəlki adı Vərsəhmonoba olmuşdur. Vərsəhmənoba talış, “önü-qabağı sahmanlı yer” deməkdir. Mişkəmi fars dilində işlənən rnişk (bahalı ətir) sözündən yaranmışdır. Yaşlı nəslin fikrincə, İranda bir əttar (ətir hazırlayan) tez-tez bu yerlərə gələr, burada ətriyyat, müşkənbər satmaqla məşğul olarmış. Bu şəxs Miişkəmi adı ilə tanınaraq əhalinin hörmətini qazanır, onun pənah gətirdiyi Vərsehmanoba isə tədricən Mişkəmi adlanmağa başlamışdır.[3] Digər bir məlumata görə Mişkəmi kəndinin adının mənası "mıj" muncuqluq sahə və "kəmi" kənarı kimi komponentlərindən ibarətdir və talış dilindən tərcümədə muncuqlu sahənin kənarı və ya böyrü mənasını verir. Mıj kəmi sözlükləri tədricən bitişik tələffüz olunmuş və müəyyən (j-ş əvəzləməsi) dəyişikliyə uğrayaraq Mışkəmi və Mişkəmi formasında işlənir. Kənd ətrafindakı, yerli sakinlər tərəfindən Mə-hi adlandırılan (sözün mənası muncuq sahəsi deməkdir) yerdə vaxtı ilə duluzçuluğun inkişaf etmiş emalatxanaları olduğunu arxeoloji qazıntılar sübut edir. Həmin ərazidən tapılmış çoxlu sayda muncuqlar bu gün də kənd sakinləri tərəfindən bəzək əşyası olaraq istifadə olunur. Kəndin bu tarixi irsi onu qonuşu kəndlərdən fərqlənən əsas xususiyyətidi. Muncuqlu sahənin kənarında salınmış kənd də adını buradan götürmüşdür.[mənbə göstərin]
Coğrafiyası və infrastrukturu
redaktəMişkəmi kəndi Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşən Masallı rayonunun cənub-qərb hissəsində, rayon mərkəzindən 18 km məsafədə, yerləşir. Mişkəmi kəndinin iqliminin formalaşmasında Xəzər dənizinin və Talış dağlarının böyük rolu vardır. Mişkəmi kəndi kənd ərazisindən keçən yeraltı və yerüstü sularla zəngindir. Kənddə Lənkəran ovalığına xas olan rütubətli subtropik iqlim hakimdir. Sarı torpaqlar çoxluq təşkil edir. Torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Kənd rekrasiya ehtiyyatlıdır. Talış dağlarının Burovar silsiləsinin şərq yamacında, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı Azərbaycan Respublikasının cənub şərqində Talış dağları ilə Qızılağac körfəzi arasında yerləşir. Lənkəran ovalığının cənubda eni 5-6 km, şimalda isə 15-30 km-dir. Ovalıqda Astara, Lənkəran, Masallı rayonları və Qızılağac dövlət təbiət qoruğu yerləşir. İqlimi subtropikdir, illik yağıntıların miqdarı 1400—1700 mm-dir. Lənkəran ovalığında salınmış digər yaşayış məskənlərində olduğu kimi bu kənd də ilkin olaraq yerləşdiyi təpənin cənub yamacında salınmışdır. Belə ki, bu cür sığınma, evlərin qışda şimal küləyindən qorunmasını təmin edirdi. Yayda isə Lənkəran ovalığı üçün xarakterik olan cənub və şərq küləyi evlərin sərin saxlanmasını şərtləndirirdi. Kəndin Cəvdobə, Toyrobə, Hilolobə, Xonsobə,Zoydobə, Əsədobə, Ğofərobə, Şukrobə, Tojəmələ kimi məhəllələri var. Qonşu kəndləri isə Hişkədərə, Miyankü, Kübin, Tiyaqani, Tüklədir.[mənbə göstərin]
Tarixi
redaktəQeyd edək ki, Mişkəmi kəndi yerləşdiyi coğrafi mövqe baxımından Lənkəran ovalığında olmaqla təpəlik ərazidə yerləşir. Kəndin yerləşdiyi torpaq mümbüt olmaqla əkinçilik, maldarlıq, və balıqçılıq üçün əlverişlidir. Kəndin ərazisində beş xırda çay , və bu çaylar üzərində qurulan on üç su bəndi var. Tarixən kəndin potensiallarından geniş istifadə olunmuşdur. XX əsrdə kənd təsərrüfatında bağçılıq, çəltikçilik, çayçılıq, maldarlıq xüsusi ilə inkişaf etmişdir. Mişkəmi kəndinin yerləşdiyi ərazi, malik olduğu coğrafi üstünlükləri və maddi potensialıyla qədim zamanlardan özünü sakinli torpaqlar sırasına sala bilmişdir. Kənd ərazisində Neolit dövründən günümüzə qədər müəyyən fasilələr olmuşsa da belə (Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar həmin ərazilər tarixin müəyyən dövürlərində əsas etibarıyla su altında qalmışdır) yaşayış olmuşdur. Kəndin yerləşdiyi ərazi arxeoloji qazıntılarla zəngindir. Bu kənd Makedonialı İskəndərin Şərq yürüşünə şahidlik edərək, Sasanilər dövrünün süqutuna qədər müəyyən inkişaf dövrü keçmişdir. Bunu həmin dövürlərə aid arxeoloji qazıntılar zamanı aşkar olunmuş çoxlu sayda zərb pullar da sübut edir. Kəndin kənarında yerləşən, yerli sakinlər tərəfindən Mə-hi adlandırılan (sözün mənası muncuq sahəsi deməkdir) yerdə vaxtı ilə duluzçuluğ üzrə inkişaf etmiş emalatxanaların olduğunun bu gün də şahidi olmaq o qədər də çətin deyil.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |