Misel Ferrero - Wikipedia
Mişel_Ferrero - Haqqında Məlumat
Mişel Ferrero (it. Michele Ferrero; 26 aprel 1925, Dolyani, İtaliya – 14 fevral 2015, Monako) — İtalyan iş adamı; "Ferrero" şirkətinin sahibi, şokolad və digər şirniyyat məhsulları istehsalçısı.
Mişel Ferrero | |
---|---|
it. Michele Ferrero | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Dolyani |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Monako |
Fəaliyyəti | sahibkar, iş adamı |
Həyatı
redaktəMişel Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olmuş və ömrünün sonuna qədər ona rəhbərlik etmişdir.[1] Onun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranmışdır.[1]
İtaliyanın ən varlı adamı idi.[1] 2013-cü ildə "Forbes" jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlamışdır.[1]
Mişel Ferrero bir neçə aydır sürən xəstəlikdən sonra 89 yaşında - 14 fevral 2015-ci ildə Monakoda vəfat etmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Kinder, Nutella, Rafaello-nun sahibi öldü- 23,4 milyard varidat Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine. qafqazinfo.az, 15.02.2015 (az.)
Xarici keçidlər
redaktə- Forbes Michele Ferrero Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine (ing.)
- "Ferrero Group"un rəsmi saytı (ing.)