Miciqan Golu - Wikipedia
Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir.
Miçiqan | |
---|---|
ing. lake Michigan | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 177 m |
Eni | 190 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 2636 km |
Sahəsi | 57750 km² |
Həcmi | 4918 km³ |
Dərin yeri | 281 m |
Yerləşməsi | |
43°41′32″ şm. e. 87°04′35″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Yerləşməsi | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəMiçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları -Biver, Şimali Manitu, Cənubi Manitu.
Gölün birbaşa Miçiqan, İndiana, İllinoys və Viskonsin ştatlarına çıxışı vardır. Sahillərində Çikaqo, Evanston və Hayland-Park (İllinoys), Qrin-Bey (Viskonsin), Qeri və Hemmond (İndiana) yerləşir.
Etimologiyası və tarixi
redaktəMiçiqan gölü adını Miçiqan ştatından deyil tam tərsi ştat adını bu göldən alır. Göl öz adını mishigami sözündən götürmüşdür, Ociba dilində «böyük su» mənasını kəsb edir. Gölü ilk görən avropalı 1634-cü ildə fransız Jan Nikole olmuşdur.
Mənbə
redaktə- EPA's Great Lakes Atlas
- Great Lakes Coast Watch
- Michigan DNR map of Lake Michigan
- Official Michigan DNR Freshwater Fishing Regulations Arxivləşdirilib 2021-01-29 at the Wayback Machine
- Bathymetry of Lake Michigan
- Bibliography on Michigan lighthouses
- Interactive map of lighthouses in area (northern Lake Michigan)
- Interactive map of lighthouses in area (southern Lake Michigan)[daimi ölü keçid]
- Terry Pepper on lighthouses of the western Great Lakes
- Wagner, John L., Beacons Shining in the Night