Mezoamerikan Dilleri - Wikipedia
Mezoamerikan dilləri — Mezoamerika bölgəsində( indiki Meksika, Qvatemala, Beliz, Honduras və Salvadorun bir hissəsində) qədim xalqlar tərəfindən danışılan yerli dillərin bir qrupudur.[1] Bu dillər geniş dil ailələrinə aiddir və çoxəsrlik tarixi və mədəni irsə malikdirlər.
Mezoamerikan dilləri | |
---|---|
Takson | — |
Areal | — |
Təsnifat | |
Kateqoriya | ??? |
Tərkib | |
— | |
Dil qrupunun kodları | |
ISO 639-2 | — |
ISO 639-5 | — |
Dil ailələri
redaktəDil ailələri Uto-Aztek dil ailəsinə, Maya dil ailəsinə, Mixtek-Zapotek dillərinə, Totonaq, Otomang, Mixe-Zoque, Purhepeça və Tequistlatek dillərinə bölünür.[2][3]
Uto-Aztek dilləri Mərkəzi Meksikadan ABŞ-ın qərb hissələrinə qədər uzanan geniş coğrafiyada danışılan böyük bir dil ailəsidir. Bu dil ailəsi adını iki əsas qolundan alır: Ute dilləri(ABŞ-ın cənub-qərbində danışılan) və Aztek dilləri(Meksika bölgəsində danışılan). Uto-Aztek dilləri tarixi cəhətdən həm Şimali, həm də Mərkəzi Amerikada çox geniş yayıldığı üçün bu bölgələrin ən vacib dil ailələrindən biri sayılır.[4]
Dil quruluşu
redaktəMezoamerikan dilləri dil quruluşu baxımından zəngindir və bəzi dillər mürəkkəb qrammatikaya və geniş səs sisteminə malikdir. Bu dillərdən bəziləri müasir dövrdə də istifadə olunur, amma bir çoxu itmək təhlükəsi ilə üz-üzədir. Uto-Aztek dil ailəsinin ən məşhur dili Nahuatl dilidir, Meksikanın geniş ərazilərində yayılmışdır. Uto-Aztek dilləri həm şimalda ABŞ ərazisində danışılan dilləri, həm də cənubda Meksika və Orta Amerikadakı dilləri əhatə edir. Maya dil ailəsi Yukatan yarımadası, Qvatemala, Belize və Hondurasda geniş yayılıb. Ən tanınmış dilləri Yukatek Maya, Kiçe, Qeqçi, Tzeltal, Tzotzildir.
Otomanq dil ailəsi Mərkəzi Meksikada danışılan qədim dillərdən biridir və böyük tarixi əhəmiyyətə malikdir. Əsas dilləri Otomi, Mazahua, Mixtec, Zapotekdir.[5]
Mixe-Zoque dil ailəsi əsasən Meksikanın cənub-şərq bölgələrində danışılır. Mixtec və Zoque dilləri ən tanınmış nümayəndələridir. Totonaq-Tepehua dil ailəsinə aid dillər Meksikanın şimal-şərqində, Veracruz və Puebla əyalətlərində danışılır. Əsas dilləri Totonaq və Tepehuadır.[6][7]
Bu dil ailələri sırasında qrammatik quruluş və fonologiya baxımından oxşarlıqlar olsa da, hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Mezoamerikan dillərinin ortaq cəhətlərindən biri, mürəkkəb səs sistemi və qrammatikanın çoxsəviyyəli olmasıdır.[8]
Cari paylama xəritəsi
redaktə
İstinadlar
redaktə- ↑ SIL international description of the use of the word "dialecto" in popular speech Arxiv surəti 3 may 2010 tarixindən Wayback Machine saytında (isp.)
- ↑ "Mezoamerika". 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
- ↑ "Mezoamerikan giriş". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
- ↑ Kaufman, Terrence, (2001) "Nawa Linguistic Prehistory", paper published at website of the Mesoamerican Language Documentation Project Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında
- ↑ Campbell (1997), p. 165. The earliest proposal (Sapper 1912) which identified the Chiapas-Guatemalan highlands as the likely "cradle" of Mayan languages was published by the German antiquarian and scholar Karl Sapper; see attribution in Fernández de Miranda (1968), p. 75.
- ↑ Taylor, Robert W.; Vanden, Harry E. "Defining Terrorism in El Salvador: "La Matanza"". The Annals of the American Academy of Political and Social Science. Sage Publications, Inc. 463. 1982: 106–118. doi:10.1177/0002716282463001009. JSTOR 1043615. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2022.
- ↑ Suárez 1983 pp. 167–68
- ↑ Kaufman, Terrence, (2001) "Nawa linguistic Prehistory", paper published at website of the Mesoamerican Language Documentation Project Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında