Metamelumatlar - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Metaməlumatlar və ya Metaverilənlər (ing. Metadata) — verilənlər haqqında verilənlər. Metaməlumatlar verilənlərin strukturunu və onların emalı metodlarını təsvir edir. Verilənlərin repozitariyalarında/lüğətlərdə saxlanılır.
Metaməlumatlarla idarəetmə sisteminin işlənib hazırlanması paylanmış tranzaksiya sisteminin işlənib hazırlanması ilə oxşardır:
- yaranma proseslərinin analizi, dəyişməsi və metaverilənlərin istifadəsi;
- metaverilənlərin saxlanma sturukturlarının layihələndirilməsi (məsələn, RVB-nın tərkibində);
- metaverilənlərə giriş hüquqlarının təşkili;
- metaverilənlərdən birgə istifadə zamanı mübahisələrin təcrid edilməsi və həlli;
- Verilənlər köşkü arasında metaverilənlərin bölünməsi;
- Verilənlər xəzinəsinin metaverilənlərinin, xəzinənin layihələndirilməsi və işlənib hazırlanmasında tətbiq olunan repozitarilərin CASE-vasitəsilə uyğunlaşdırılması;
- istifadəçi interfeysin repozitari ilə reallaşdırılması.
Metaverilənlərlə idarəetmə sisteminin reallaşdırılması təcrübəsi göstərir ki, əsas çətinlik proqramın istismarında deyil, konkret metaverilənlərin məzmununun təyinində və repozitarinin praktik tətbiqində onlarla iş metodikasındadır. Bundan başqa, layihələndirməyə iterasiyalı yanaşılarsa, işlənib hazırlanmadan başlayaraq müvafiq kağız formalarına və metaverilənlərin CASE modelinin yaranması metodikasına, mərkəzləşdirilmiş paylanmış modellərə qədər ardıcıl keçərək, metaverilənlərin saxlanması üçün sistemdən istifadə edərək, məsələni əhəmiyyətli dərəcədə sadələşdirmək olar.
CASE-vasitələrin böyük əksəriyyəti metaverilənlərin müxtəlif formatlarından istifadə edir. Metaverilənlərlə idarəetmə sistemlərinin təchizatçıları, VX əsasında QQDS də CASE-vasitələrində inteqrasiyaların mümkünlüyünü təmin edən MDIS mübadiləsinin standartını işləmişlər. Lakin, bu gün MDB bazarında məhsullar bu standartlara uyğun gəlmir, ona görə də metaverilənlərin formatının dəyişdirilməsi çox çətin prosesdir. Onu asanlaşdırmaq üçün xüsusi proqram məhsullarından, məsələn, Evolutionary Technologies International və ya Prism Solutions (Data Warehourse Directory) firmalarının vasitələrindən istifadə olunur. Metaverilənlərin sturukturunun işlənib hazırlanmasında və idarəetmə sisteminin layihələndirilməsində verilənlərin toplanması və VX-də yeniləşməsi məsələsi həll olunur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Codd E. F., Codd S. B., Salley C. T. Providing OLAP (On-Line Analytical Processing) to User-Analysts: An IT Mandate. – E. F. Codd & Associates, 1993.
- Demarest M. Building the Data Mart // DBMS. – 1994. – № 7. – P. 44–50.
- Gray J., Chaudhuri S., Bosworth A., etc. Data Cube: A Relational Aggregation Operator Generalizing Group-By, Cross-Tab, and Sub-Totals // Data Mining and Knowledge Discovery. – 1997. – № 1. – P. 29–53.
- Han J. OLAP Mining: An Integration of OLAP with Data Mining. – IFIP, 1997. – 18 p.