Messina Zelzelesi 1908 - Wikipedia
Messina zəlzələsi — 1908-ci ildə Messina şəhərində baş vermiş zəlzələ[1].
Messina zəlzələsi | |
---|---|
Tarix | |
Maqnituda | 7,5 bal |
Episentrin yeri | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1908-ci ilin 28 dekabrında Siciliya və Appenin yarımadasının arasında yerləşən Messina boğazında 7,5 bal gücündə zəlzələ baş verdi. Bir dəqiqə ərzində 3 güclü təkan qeydə alındı və ikinci təkandan sonra binalar dağılmağa başladı. Zəlzələ nəticəsində Siciliya və Kalbriyanın sahilboyu ərazilərində yerləşən 20-dən çox yaşayış məntəqəsi zərər çəkdi. Təkrar təkanlar 1909-cu ilin yanvar ayında da baş verdi.
1908-ci il zəlzələsi nəticəsində həlak olmuş insanların ümumi sayı barədə müxtəlif məlumatlar var. Belə ki, bəzi mənbələrdə 200 min insanın həlak olduğu bildirilir. Zəlzələ nəticəsində Messina və Reco-Kalabriya şəhərləri tam dağıldı. Bu zəlzələ Avropa tarixində ən dəhşətli zəlzələlərdən hesab edilir.
İstinadlar
redaktə- ↑ "1908-ci il Messina zəlzələsi — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı". 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.