Merilin Monronun Filmoqrafiyasi - Wikipedia
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir.
Monro 1945-ci ildə fotomodel karyerasına başlayıb,[1] 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb.[2] O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.[3] Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub.[4] 1949-cu ildə o, Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır.[5]
1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib.[6] Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilədən sonra Monro ardıcıl olaraq orta səviyyəli komediyalarda "küt sarışın gözəlçə" rolunda çəkilib.[7] 1952-ci ildə o, özünün ilk nuar filmi olan "Qapını döymədən gəlmək olar" filmində baş rolu ifa edib,[8] sonra isə Keri Qrant və Cincer Rocers ilə birlikdə “Meymun biznesi” komediyasında çəkilib.[9] 1953-cü ildə Monro, Cozef Kotten və Cin Piterslə "Niaqara" nuar filmində çəkilib.[10] Bu rol aktrisanın karyerasında mühüm rol oynayıb. Sonralar aktrisa ardıcıl olaraq Loren Bekoll və Betti Qreybli ilə "Milyonçuya necə ərə getməli?" (1953),[11] Ceyn Rassel və Çarlz Kobern ilə “Centlmenlər sarışınlara üstünlük verir” (1953),[12] Robert Mitçem ilə “Dönülməz çay” (1954)[13] və sonralar çoxsaylı parodiya predmeti olacaq məşhur “ətəkqalxma” səhnəsini canlandırdığı "Yeddinci ilin həvəsi" (1955) filmlərində çəkilib.[14]
1956-cı ilin "Avtobus dayanacağı" filmində Monro karyerasında ilk dəfə dramatik rolda çıxış edib, bu roluna görə o, tənqidçilər tərəfindən müsbət rəylər alıb.[15] 1957-ci ildə Monronun öz şirkəti olan — Marilyn Monroe Productions — baş rollarda özünün və Lourens Olivyenin çəkildiyi "Şahzadə və rəqqasə" romantik filmini istehsal edib.[16] Bu filmə görə aktrisa David di Donatello adına kino mükafatına layiq görülüb.[17] Monronun çəkildiyi ən məşhur film və aktrisalıq karyerasının zirvəsi, 1959-cu il istehsalı olan, baş rollarında Cek Lemmon və Toni Körtisin də çəkilmiş olduğu "Bəziləri isti sevir" (sovet prokatında "Cazda yalnız qızlardır") filmi olub.[18] Bu filmdə Merilin "I wanna be loved by you" kompozisiyasını ifa edib, tənqidçi Rocer Ebert qeyd edib ki, bu mahnı ekranda seksuallığın himnidir.[19][20] Film aktrisaya "komediya və ya müzikl filmində ən yaxşı qadın roluna görə" nominasiyasında "Qızıl qlobus" mükafatını qazandırıb.[21][22][23] Monronun çəkildiyi növbəti iki film, İv Montan və Toni Rendalla "Sevişək" (1960) və Klark Qeybl və Montqomeri Kliftlə “Talesizlər" (1961) nə tamaşaçılar, nə də tənqidçilər tərəfindən uğurla qarşılanmayıb.[9]
Monronun çəkildiyi sonuncu film 1962-ci il istehsalı olan "Nəsə olacaq" filmi olub. Filmin çəkilişləri, istehsalçı studiya və aktrisa arasında münasibətlərin kəsilməsi ilə yekunlaşıb.[24] Film 1963-cü ildə Monronun faciəli ölümündən sonra, baş rolları Doris Dey və Ceyms Harner ifa etməklə tamamilə yenidən çəkilib.[25] 2001-ci ildə əvvəllər çəkilmiş material əsasında Monronun ad gününə hazırlanmış 37 dəqiqəlik kinolent montaj edilib.[26][27]
-
"Xor qadınları" (1948)
-
"Niaqara" (1953)
-
"Yeddinci ilin həvəsi" (1955)
-
"Bəziləri isti sevir" (1959)
Filmoqrafiya
redaktəAşağıdakı siyahıda Monronun aktrisa kimi ekranda göründüyü, rəsmi buraxılmış 28 filmdən ibarət filmoqrafiyası təqdim olunub. Siyahı Amerika Film İnstitutunun kataloqu üzrə tərtib olunub.[28] Siyahıda ardıcıllıq filmlərin premyera tarixinə görədir.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol | Rejissor | Tərəf-müqabili | Studiya | Janr vaxt |
Şərhlər |
---|---|---|---|---|---|---|---|---|
1948 | Təhlükəli illər | Dangerous Years | İvi | Artur Pirson | Billi Helop, Skotti Bekett | Fox | dram 62 dəq. |
Titrlərdə göstərilməyib. |
1949 | Xor qadınları | Ladies of the Chorus | Peqqi Martin | Fil Karlson | Adel Cerqens, Rend Bruks | CP | müzikl 61 dəq. |
Kinoda ilk baş rolu.[3]. |
1950 | Xoşbəxt məhəbbət | Love Happy | Qrunionun müştərisi | Devid Miller | Xarpo Marks, Çiko Marks, Qrauço Marks | UA | komediya 85 dəq. |
|
1950 | Tomahavka bilet | A Ticket to Tomahawk | Klara | Riçard Seyl | Den Deyli, Enn Bakster |
Fox | vestern 90 dəq. |
Titrlərdə göstərilməyib. |
1950 | Sağ xaç | Right Cross | Dusky Ledoux | Con Styorges | Cun Ellison, Dik Pauell |
MGM | dram 90 dəq. |
Titrlərdə göstərilməyib. |
1950 | Odlu kürə | The Fireball | Polli | Tey Harnett | Mikki Runi, Pet O’Brayen |
Fox | İdman filmi 90 dəq. |
|
1950 | Asfalt cəngəllik | The Asphalt Jungle | Ancela Finley | Con Hyuston | Heyden Sterlinq, Cin Heqen |
MGM | nuar filmi 112 dəq. |
Filmdə epizodik rol oynamışdır, lakin filmin VHS və DVD buraxılışlarının üz qabığlarında hər zaman, sanki filmin əsas qəhrəmanıymış kimi görsədilmişdir.[29] |
1950 | Yeva haqqında hər şey | All About Eve | Miss Kazuell | Cozef Leo Mankeviç | Bett Deyvis, Enn Bakster |
Fox | traqokomediya 138 dəq. |
|
1951 | Doğma şəhərin həyatından | Home Town Story | İris Martin | Artur Pirson | Ceffri Linn, Donald Krisp |
MGM | dram 61 dəq. |
|
1951 | Bundan gənc olmaq mümkün deyil | As Young as You Feel | Harriet | Harmon Cons | Monti Vulli, Telma Ritter |
Fox | komediya 77 dəq. |
|
1951 | Məhəbbət yuvası | Love Nest | Roberta "Bobbi" Stivens | Cozef Nyuman | Cun Hever, Uilyam Landiqen |
Fox | komediya 84 dəq. |
|
1951 | Gəl bunu qanuni edək | Let’s Make It Legal | Coys Mannerinq | Riçard Seyl | Klodett Kolber, MakDonald Keri |
Fox | komediya 77 dəq. |
|
1952 | Gecə qarşıdurması | Clash by Night | Peqqi | Frits Lanq | Barbara Stenvik, Pol Duqlas |
RKO | dram 105 dəq. |
|
1952 | Biz evli deyilik! | We’re Not Married | Annabel Couns Norris | Edmund Qoldinq | Cincer Rocers, Fred Allen |
Fox | komediya 86 dəq. |
|
1952 | Qapını döymədən gəlmək olar | Don’t Bother to Knock | Nell Forbs | Roy Uord Beyker | Riçard Uidmark, Enn Benkroft |
Fox | dram 76 dəq. |
İlk nuar filmi.[8] |
1952 | Hindlilərin başçısı və başqaları… | O. Henry’s Full House | Fahişə ("Firon və xoral") | Henri Koster | Çarlz Louton, Devid Veyn |
Fox | kinoalmanax 117 dəq. |
Epizodik rol. |
1952 | Meymun biznesi | Monkey Business | Miss Louis Lorel | Hovard Houks | Keri Qrant, Cincer Rocers | Fox | komediya 97 dəq. |
|
1953 | Niaqara | Niagara | Rouz Lumis | Henri Heteuey | Cozef Kotten, Cin Piters | Fox | triller 92 dəq. |
Film Monronu super-ulduz səviyyəsinə yüksəltdi.[10] |
1953 | Centlmenlər sarışınlara üstünlük verir | Gentlemen Prefer Blondes | Loreley Li | Hovard Houks | Ceyn Rassell, Çarlz Kobyörn | Fox | müzikl komediya 91 dəq. |
|
1953 | Milyonçuya necə ərə getməli? | How to Marry a Millionaire | Pola Debevuaz | Jan Nequlesko | Loren Bekoll, Betti Qreybl | Fox | komediya 95 dəq. |
|
1954 | Dönülməz çay | River of No Return | Key Veston | Otto Preminqer | Robert Mitçem, Tommi Rettiq | Fox | vestern 91 dəq. |
Monronun filmdə çəkildiyi üç cüt cins, sonralar 42 550 dollara, şalvarlar isə 4 100 funt sterlinqə satılıb.[30] |
1954 | Şou-biznesdən daha yaxşı biznes yoxdur | There’s No Business Like Show Business | Viki Hoffman / Viki Parker | Volter Lenq | Etel Merman, Den Deyli | Fox | müzikl 117 dəq. |
|
1955 | Yeddinci ilin həvəsi | The Seven Year Itch | Qız | Billi Uaylder | Tom Yuell, Evelin Keys | Fox | komediya 105 dəq. |
Monronun ağ paltarının küləkdə yelləndiyi və məşhur “ətəkqalxma” səhnəsinin canlandığı film.[31] Ən yaxşı qadın roluna görə BAFTA mükafatına nominasiya.[32] |
1956 | Avtobus dayanacağı | Bus Stop | Şeri | Coşua Loqan | Don Mürrey, Betti Fild | Fox | komediya dram 96 dəq. |
Ən yaxşı qadın roluna görə Qızıl Qlobus Mükafatına nominasiya.[33] |
1957 | Şahzadə və rəqqasə | The Prince and the Showgirl | Elsi Marina | Lourens Olivye | Lourens Olivye, Sibil Torndayk |
WB | komediya 115 dəq. |
Monronun özünün kinokompaniyası olan — Marilyn Monroe Productions-ın yeganə filmi.[16][34] Filmdəki roluna görə David di Donatello adına kino mükafata layiq görülüb.[17] Ən yaxşı qadın roluna görə BAFTA mükafatına nominasiya.[35] |
1959 | Bəziləri isti sevir | Some Like It Hot | Gözəlçə (Dana Kovalçik) | Billi Uaylder | Toni Körtis, Cek Lemmon | UA | komediya 120 dəq. |
Monronun iştirakı ilə çəkilmiş ən məşhur filmlərdən biri.[18] Komediya və ya müzikl filmində ən yaxşı qadın aktrisa kateqoriyasında "Qızıl qlobus" mükafatı.[23] |
1960 | Sevişək | Let’s Make Love | Amanda Dell | Corc Kyukor | İv Montan, Toni Rendall |
Fox | komediya 119 dəq. |
|
1961 | Talesizlər | The Misfits | Rozlin Taber | Con Hyuston | Klark Qeybl, Montqomeri Klift | UA | dram 124 dəq. |
Monronun iştirakı ilə başa çatdırılmış sonuncu film.[36] |
Mübahisəli filmlər
redaktəBəzi məlumatlara görə, Merilin Monro kinoda fəaliyyətə başladığı dönəmdə bir neçə filmdə epizodik rollarda çəkilib, lakin onun bu filmlərdə iştirakı hələ də şübhə altında olaraq qalmaqdadır. Bütün mübahisəli filmlərdə o titrlərdə göstərilməyib. Aktrisanın filmoqrafiyasına birinci film kimi "Qalmaqallı miss Pilqrim" filmini aid edirlər, lakin heç kim filmin kadrlarında onu tapa bilməyib. Avstraliyalı kino tarixçisi Mişel Foqel bildirib ki: "ola bilsin kadr arxasında eşidilən səs Merilinə məxsusdur, ya da onunla olan səhnə filmin yekun versiyasından çıxarılıb".[37] Amerikalı bioqraf Rendi Taraborelli yazıb ki, Monro 1948-ci ildə çəkilmiş "Sən mənim üçün nəzərdə tutulmuşdun" və "Vayominqin yaşıl otu" filmlərində epizodik olaraq görünüb.[38] Həmin ildə çəkilmiş "Skudda Hu! Skudda Hey!" filmində isə aktrisa iki epizodda görünür.[37] Filmin əvvəlində o, "Hi Rud!" sözlərini deyir, sonra isə qayıqla olan səhnədə görünür. Bu film çəkilişlərin bitməsindən bir neçə ay sonra kinoteatrlarda nümayiş olunmağa başlayıb və güman ki Monronun iştirakı ilə olan epizodlar filmdən çıxarılıb. Yazıçı Donald Spoto yazır ki, məhz bu üç filmdən sonra o, nəhayət özünün ilk mühüm rolunu almış və "Təhlükəli illər" filmində çəkilmişdir.[5] Hər halda yazıçı Sara Çerçvell bu şayiələri təkzib edərək bildirib ki, Monronun həyatını araşdıran insanlarda bu filmlər haqqında sübutlar yoxdur; yazıçı eyni zamanda Monronun guya gənc yaşlarında pornoqrafik filmlərdə çəkildiyi barəsində olan şayiələri də təkzib edib.[39]
İstinadlar
redaktə- ↑ D.R. Hann - My Interviews with Famous Dead People . Don hann , 2009. ISBN 978-1-4495-3948-1.
- ↑ Guido Sandra Marilyn Scandal . Arrow Books, 1990. ISBN 978-0-515-10238-3.
- ↑ 1 2 American Film Institute The American Film Institute catalog of motion pictures produced in the United States . University of California Press, 1971. ISBN 978-0-520-21521-4.
- ↑ Merilin Monronun həyat sirləri...[ölü keçid] (az.)
- ↑ 1 2 Spoto, Donald Marilyn Monroe: The Biography . Cooper Square Press, 2001. ISBN 0-8154-1183-9.
- ↑ Anthony Summers - Goddess: the secret lives of Marilyn Monroe . New American Library , 1986. ISBN 978-0-451-40014-7.
- ↑ Ted Jordan- Norma Jean: my secret life with Marilyn Monroe . W. Morrow , 1989. ISBN 978-0-688-09118-7.
- ↑ 1 2 Ciro Ascione Marilyn Monroe . Gremese Editore, 1996. ISBN 978-88-7605-942-1.
- ↑ 1 2 Randall Riese, Neal Hitchens The Unabridged Marilyn: Her Life from A to Z . Congdon & Weed, 1988. ISBN 978-0-86553-167-3.
- ↑ 1 2 "Niagara (1952) Niagara Falls Vies With Marilyn Monroe" (ingilis). The New York Times. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- ↑ "How to Marry a Millionaire" (ingilis). Amerika Film İnstitutu. 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ "Gentlemen Prefer Blondes" (ingilis). Amerika Film İnstitutu. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ "River of No Return" (ingilis). Amerika Film İnstitutu. 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ Shmoop History of Fashion in America: Shmoop US History Guide . Shmoop University Inc, 2011. ISBN 978-1-61062-141-0.
- ↑ Robert C. Cottrell - Icons of American Popular Culture: From P.T. Barnum to Jennifer Lopez . M.E. Sharpe , 2009. ISBN 978-0-7656-2299-0.
- ↑ 1 2 "MARILYN MONROE PRODUCTIONS" (ingilis). Cursumperficio. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- ↑ 1 2 Maurice Zolotow - Marilyn Monroe . Harpercollins , 1990. ISBN 978-0-06-097196-0.
- ↑ 1 2 Lena Pepitone, William Stadiem - Marilyn Monroe confidential . Pocket Books , 1980. ISBN 978-0-671-47795-0.
- ↑ Martilez, 1998
- ↑ María Jesús Martilez. - Some Like It Hot: The Blurring of Gender Limits in a Film of the Fifties . Universidad de Zaragoza , 1998.
- ↑ "The Envelope: Past Winners Database - 1959 17th Golden Globe Awards". Los Angeles Times. Archived from the original on May 17, 2007. İstifadə tarixi: November 23, 2014.
- ↑ "The 17th Annual Golden Globe Awards (1960)". hfpa.org. October 18, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 23, 2014.
- ↑ 1 2 "B джазе только девушки. Awards" (ingilis). IMDb. 2013-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- ↑ Wilkerson Tichi, Marcia Borie Hollywood legends: the golden years of the Hollywood reporter . Tale Weaver Publishing, 1988.
- ↑ "Move Over, Darling" (ingilis). Amerika Film İnstitutu. 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ Vogel, Michelle. Marilyn Monroe: Her Films, Her Life / Michelle Vogel; foreword by George Chakiris. — McFarland. — P. 171. — 220 p. — ISBN 978-0-7864-7086-0.
- ↑ Susan King. "Marilyn Monroe's Last Film Work Resurrected for New Documentary". Los Angeles Times. May 28, 2001. 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.
- ↑ "Marilyn Monroe filmography" (ingilis). Amerika Film İnstitutu. 2014-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-11.
- ↑ "The Asphalt Jungle — Cast, Reviews, Summary, and Awards — AllRovi". 2010-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-19.
- ↑ De La Hoz, Cindy - Marilyn Monroe: Platinum Fox . ISBN 0-7624-3133-4.
- ↑ "The Seven Year Itch". Rotten Tomatoes. 2001-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.08.2015.
- ↑ "BAFTA Awards. Awards for 1956" (ingilis). IMDb. 2011-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-01.
- ↑ "Golden Globes, USA. Awards for 1957" (ingilis). IMDb. 2013-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-01.
- ↑ "The Prince and the Showgirl". American Film Institute Catalog. 2015-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.08.2015.
- ↑ "BAFTA Awards. Awards for 1958" (ingilis). IMDb. 2014-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-01.
- ↑ James Goode - The Making of "The Misfits" . New York, Limelight Editions , 1986. ISBN 0-87910-065-6.
- ↑ 1 2 Vogel, Michelle. "Marilyn Monroe: Her Films, Her Life". McFarland. 2004. 178. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
- ↑ Randy Taraborrelli The Secret Life of Marilyn Monroe . eBook ed, 2009. ISBN 0446550957.
- ↑ Sarah Churchwell The Many Lives of Marilyn Monroe . Henry Holt and Company, 2005. ISBN 1466825944
Ədəbiyyat
redaktə- Michael Conway und Mark Ricci: Marilyn Monroe und ihre Filme (Citadel-Filmbücher). Goldmann, München 1980, ISBN 3-442-10208-1.
- Donald Spoto: Marilyn Monroe. Die Biographie. Wilhelm Heyne Verlag, München 1994, ISBN 3-453-08276-1.
- Maurice Zolotow: Marilyn Monroe. Harcourt, Brace & Company, New York 1960, Library of Congres Catalog Card Number 60-10934.