Mentese Beyliyi - Wikipedia
Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osman. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir.[1] Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi.
Tarixi dövlət | |
Məntəşəoğulları bəyliyi | |
---|---|
türk. Menteşeoğulları, Menteşe | |
|
|
|
|
Paytaxt | Menteşə |
Dilləri | fars dili |
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | Sünni İslam |
İdarəetmə forması | monarxiya |
Tarixi
redaktəSəlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı. Qalalarda qubernatorlar qalsa da, lakin mərkəz artıq onlara təcili yardım göstərə bilməyirdi. Bizansın praktiki olaraq ordusu yox idi və muzdluların çağırışı olmadan özünü müdafiə edə bilmirdi. Yunan qubernatorları öz başlarına buraxılmışdı.[2] Axırey bölgəsində müdafiə zonasının kənarında yerləşən istehkamların bir hissəsi uzun müddət təmir olunmamışdı və müdafiə üçün az istifadə olunurdu. Məhz bu yerdə türklər ilk dəfə Egey dənizinə keçə bildilər.[3] Məntəşəoğulları bəyliyi Qaramanoğulları bəyliyi ve Çobanoğulları bəyliyi kimi türklerin Bizansdan qəbul etdiyi torpaqlarda yarandı.[4] 1261-ci ildən sonra dəniz yolu ilə bu bölgəyə gələn və Dənizli sahilləri[5][6][7] ilə dağları arasındakı ərazidə məskunlaşan türkmənlər tərəfindən yaradıldığı, bəyliyin əsasını qoyanın 1295-ci ildə öldüyü məlumdur.[8] 1304-cü ildə bəyin kürəkəni Məntəşə Sasan Birgini tutanda əmirlik artıq mövcud idi,[9] lakin bəzən bəyliyin əsasının qoyulması traixini 1309-cu ilə də aid edirlər.[10]
Məntəşə bəy
redaktəMəntəşənin atası Sultan II Əlaəddin (1254–1257) dövründə Sivasda[4][6] Səlcuqlu valisi olub. Ata Məntəşə Səlcuqlardan iqta olaraq Fəthiyə körfəzinin sahil bölgəsini almışdır.[8] (Əmir əs-Savahil "sahil hökmdarı" deməkdir).[6]
Paximer Məntəşəni "Salpakis" adlandırıb və bu adın da "cəsur" mənasını verdiyini açıqlayıb.[8][8] Yeremeyev və Meyerin fikrincə,[4] Məntəşə öz fəaliyyətinə Qaramanilərin vassalı kimi başlamış, sonra Bizansın Kariya vilayətinin ərazisində bəylik qurmuşdur.[4] Bəyliyin Egey dənizi sahilində yerləşməsi Məntəşə və onun nəslinin sonrakı fəaliyyəti üçün əsas göstərici oldu. Bu, ərazilərini artırmaq və ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyırdı.[4]
Məntəşə bəyin adı ilk dəfə Şərq mənbələrində Məhəmməd bəy Qaramanoğlu ilə birlikdə Cimri üsyanında iştirakı ilə əlaqədar çəkilir.[8] Bizans mənbələrində də Məntəşə 1282,[5][6] 1283[11] və ya 1284-cü illərdə[11][8] Tralla və Nissanın[6][8][11] tutulması ilə əlaqədar olaraq çəkilir.[12] Məntəşəoğulları əvvəlcə Səlcuqluların hakimiyyəti altında idilər.[5][6] 1291-ci ilin sonlarında Qaramanoğlu Günəri bəy Keyxatu xan Konyanı mühasirəyə aldıqdan sonra Anadoluya gələrək, Məntəşə də daxil olmaqla, bəyliklərin torpaqlarını talan edir.[5][6][8] Məntəşə bəyin nə vaxt vəfat etdiyi bilinməsə də, bunun 1293-cü ildən sonra[5] və 1295-ci ildən gec olmayaraq baş verdiyi güman edilir.[13] Maksim Planudun məktubuna görə o, Bizanslılarla döyüşdə həlak olmuş, dul qadını və xəzinəsi Bizanslıların əlinə keçmişdir.[8][13]
Ərazisi
redaktə1282-ci ildən sonra baş verən hadisələrdə Məntəşə bəyin adına rast gəlinmir. Onun 1282-ci ilin sonunda və ya 1283-cü ildə vəfat etdiyi güman edilir. Fəthiyənin yaxınlığındakı məzarında dəfn edilib. Məntəşə bəydən sonra onun yerinə oğlu Məntəşəoğlu Məsud bəy gəldi. Sultanlığın dəyişməsindən yararlanmaq istəyən Bizanslılar yenidən Kariyaya səfər etdilər, lakin buna nail ola bilmədilər. Bizanslıları məğlub edən Məsut bəy qurduğu güclü donanması ilə Rodos adasına enir. 1300-cü ildə edilən desantla Rodos adasının türklər tərəfindən fəthi Papalığı hərəkətə keçirdi. 1300-cü ildə edilən desantla Rodos adasının türklər tərəfindən fəthi Papa dövlətini hərəkətə keçirdi. Papa V Klemens və Fransa kralı IV Filipin təşviqi və köməyi ilə yarı dəniz quldurları, yarı təriqət üzvlərindən ibarət olan Malta ordeni cəngavərləri Rodosa hücum etdilər. 1310-cu ildə başlayan Malta ordeni cəngavərlərinin hücumu, 1314-cü ildə xristianlıq adına bütün Rodosu geri alana qədər davam etdi. 1320-ci ildən vəfat edən Məsud bəyin yerinə oğlu Məntəşəoğlu Şücaüddin Orxan bəy keçdi.
Şücaüddin bəy də 1320-ci ildə Rodos adasına ekspedisiya təşkil edib adanı geri almaq istəsə də buna nail ola bilmədi. 1340-cı illərdə vəfat etdiyi təxmin edilən Şücaüddin Orxan bəyin yerinə oğlu Məntəşəoğlu İbrahim bəy keçdi.
İbrahim bəy 1344-cü ildə Səlib yürüşləri zamanı işğal edilmiş İzmiri geri almaq üçün Aydınoğlu Umur bəyə kömək etdi. MƏntəşə donanması bu dövrdə latınları daima sıxışdırırdı. Məntəşə və Venesiya donanmasının mübarizəsi 1355-ci il müqaviləsinə qədər davam etdi. 1360-cı ildə İbrahim bəyin ölümü ilə bəylik onun üç oğlu Musa, Mehmet və Əhməd arasında bölünərək idarə olundu.
Süqutu
redaktəOsmanlı imperatorluğunun Anadolu və Rumelidə genişlənməsi və böyüməsi ilə paralel olaraq Məntəşəoğulları bəyliyinin torpaqları Yıldırım Bəyazidin 1390-cı il Anadolu yürüşünün sonunda Osmanlı hakimiyyətinə keçdi və 1402-ci il Ankara müharibəsinə qədər Osmanlı hakimiyyəti altında qaldı.
Əmir Teymur Anadolu bəyliklərini əvvəlki yerlərinə qaytardıqda Məntəşəoğulları bəyliyini Mənteəşəoğlu İbrahim bəyin oğlu Məntəşəoğlu İlyas bəyə verilməsi barədə əmr verdi. 1402–1413-cü illər arası Osmanlı padşahlıqlar dövründən sonra Menteşeoğulları ailəsi 1414-cü ildə Osmanlı Sultanı I Mehmedin hökmranlığını tanıdı. Məntəşəoğulları bəyliyinin torpaqları 1424-cü ildə bütünlüklə Osmanlı imperatorluğuna qatıldı.
İdarəetmə, iqtisadiyyat, mədəniyyəti
redaktəBəyliyi ulubəy titulunu daşıyan ailənin ən böyüyü idarə edirdi. O, müqavilələr bağlayır, sikkələr zərb etdirir, adına xütbə də oxunulurdu. Bəyliyin paytaxtı Milyas, bəylərin yay iqamətgahı isə yəqin ki, Peçin şəhəri idi. Bəyliyin ticarət limanı Palatiya idi. Orta əsrlərin sonlarında dəniz indiki ilə müqayisədə Palatiyaya daha yaxın idi və Menderes çayı ona çıxışı təmin edirdi. Balata və onun ətrafında venesiya tacir icması mövcud idi.[5]
XIV–XV əsrin əvvəllərində Palatiya venesiyalıların Kiçik Asiya ticarətinin mərkəzlərindən biri idi.[14] Venesiyalılar Məntəşə bəyi Palatiya əmiri adlandırırdılar. Bəylikdən odun, qatran, ipək,[15] taxıl, mal-qara, alüminium və qullar ixrac edilirdi.[14] Şəkər, ədviyyat, kətan, gümüş,[15] şərab və sabun isə digər ölkələrdən idxal edilirdi.[14] E. Zahariadın fikrincə, Məntəşəoğulları bəyliyində rüsumlar, rüsumları iki dəfə artırılan qonşu Aydından fərqli olaraq, mövcud olduğu bütün dövr ərzində dəyişməz qalmışdır.[14] Məntəşəoğulları öz ölkələrini çoxlu gözəl binalar ucaltdırdılar.[5][6] Bunlardan Milyasdakı Hacı İlyas məscidi (1330), Peçində Əhməd bəyin mədrəsəsi (1375), Milyasdakı Böyük Məscidi (Ulu Cami) (1378-ci ildə tikilmiş və bu yaxınlarda bərpa edilmiş), İlyas bəyin Balatdakı Böyük Məscidi (Ulu Cami) (1404),[6][16] Milyasda 1330-cu ildə Orxan Məntəşə tərəfindən tikilmiş məscid,[17] Sökdə Süleyman Məntəşə tərəfindən 1299-cu ildə tikilmiş məscidləri qeyd etmək olar.[18]
Məntəşə bəy alim və yazıçılara himayədarlıq edir, onların himayəsi altında bəzi əsərlər türk dilinə tərcümə olunurdu.[5][6] Məsələn, Qiyasəddin Mahmudun "Bəznaməsinin" farscadan türkcəyə tərcüməsində (Bâznâme-i Pâdişahi — şahin ovu haqqında risalə) böyük əməyi olmuşdur. Milanda saxlanılan bu əlyazma fon Hammer tərəfindən nəşr edilmişdir. "İldisie" tibb əsəri də İlyas bəyin dəstəyi ilə fars dilindən tərcümə edilmişdir.[6].
Donanması
redaktəMəntəşəoğulları digər Anadolu bəylikləri arasında güclü donanma yaratmaq üçün göstərdikləri ciddi səylərinə görə diqqət çəkir. Misirdəki Məmlük dövləti franklara qarşı Anadoludan kömək istəyərkən, Məntəşəoğullarının 200 qarnizon göndərmə sözü veməsi dənizlərdə güc və səviyyələrini göstərmək baxımından əhəmiyyətli idi.[19]
"Buradakı türkmənlərin başçısı Məntəşə Qaramanlıların mübarizəsində onlarla birlikdə hərəkət etmişdi. Şübhəsiz ki, onların bu müharibədə və ya daha sonra Əşrəfoğulları ilə apardıqları müharibədə məğlubiyyətindən sonra Ladikdən kənara köçərək 1282-ci ildə bu bölgələrdə olanlarla vuruşaraq bölgəyə yerləşdi.
XIV əsrin əvvəllərində Məntəşəlilərin torpaqlarına Milyas, Muğla, yəni qədim Kariya daxil idi.
Sahilə çatdıqda, Rodosda məskunlaşan Malta ordeninin xristian cəngavərləri ilə qarşılaşdılar və onları məğlub etdilər.
Onlar yerli dənizçilərin adət-ənənələrini mənimsədilər və türkmənlər bölgədə dəniz ticarəti və dəniz quldurluğu ilə məşğul olmağa başladılar.[20]
Hökmdarlarının siyahısı
redaktəAd | Hakimiyyət illəri |
---|---|
Məntəşə bəy | 1261–1285 |
Məsud bəy | 1285–1319 |
Orxan bəy | 1319–1337 |
İbrahim bəy | 1337–1354 |
Musa bəy | 1354–1375 |
Əhməd Qazi bəy | 1375–1391 |
Mehmet bəy | 1391 |
Osmanlı hakimiyyəti illərində | 1391–1402 |
İlyas bəy | 1402–1421 |
Leys | 1421–1424/25 |
Əhməd | 1421–1424 |
İstinadlar
redaktə- ↑ Ahdnameler ışığında Osmanlı-Venedik diplomatik ilişkileri — Ottoman-Venetian diplomatics, the Ahd-Names (İngilizce) Arxivləşdirilib 2005-11-09 at the Wayback Machine, Dr. Hans Theunissen, Leiden Üniversitesi, Hollanda, 1998, içinde 5. bölüm
- ↑ İnalcık, 2007
- ↑ Korobeĭnikov, 2014; Korobeinikov, 2010; Жуков, 1988.
- ↑ 1 2 3 4 5 Еремеев, Мейер, 1992
- ↑ 1 2 3 4 5 6 7 8 Merçil, Karakaya, 2004
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Merçil, 1991
- ↑ Uzunçarşılı, 1969. səh. 70
- ↑ 1 2 3 4 5 6 7 8 9 Жуков, 1988
- ↑ Еремеев, Мейер, 1992. səh. 95
- ↑ Запорожец, 2011
- ↑ 1 2 3 Korobeĭnikov, 2014. səh. 250
- ↑ Failler, 1984. səh. 250
- ↑ 1 2 Failler, 1994. səh. 85
- ↑ 1 2 3 4 Жуков, 1986
- ↑ 1 2 Pedani, 2015. səh. 232
- ↑ The Legacy of the Emirates, 2013
- ↑ Кононенко, 2019
- ↑ Райс, 2017
- ↑ "Venedik ile Türkmen Beylikleri Menteşe and Aydın - Venice and the Turcoman Begliks of Menteşe and Aydın" (PDF) (ingilis). (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 iyul 2022.
- ↑ Claude Cahen, Osmanlılardan Önce Anadolu'da Türkler, E Yayınları,2012, s.357.
Ədəbiyyat
redaktə- Еремеев Д. Е., Мейер М. С. История Турции в средние века и новое время. М.: Изд-во Московского университета. 1992. ISBN 5211022017.
- Жуков К.А. Эгейские эмираты в XIV—XV вв. Изд-во «Наука», Главная редакция восточной литературы. 1988.
- Жуков К. А. Рецензия на: Eliz. A. Zachariadou. Trade and Crusade. Venetian Crete and the Emirates of Menteshe and Aydin (1300–1415). — Library of the Hellenic Institute of Byzantine and Post Byzantine Studies. Venice, 1983, № 11. XXXVI + 276 p., 2 pl. // Византийский Временник . 47(22). Venice. 1986. 256—260.
- Запорожец В. М. §3. Развитие военно-политической и социально-экономической ситуации в Малой Азии после исчезновения государства Сельджуков и ухода монголов // Сельджуки. М.: Воениздат. 2011. ISBN 5203021252.
- Кононенко Е. Анатолийская мечеть XI–XV вв. Очерки истории архитектуры. Litres. 2019. ISBN 978-5-04-167926-2.
- Райс Т. Сельджуки. Кочевники – завоеватели Малой Азии. М.: Литрес. 2017. ISBN 5457030172, 9785457030176.
- Успенский, Фёдор Иванович. История Византийской империи. 3. М.-Л.: Издательство Академии Наук СССР. 1948.
- Diplomatarium veneto-levantinum sive Acta et diplomata res venetas, graecas atque levantis illustrantia. IX, part 2. Sumptibus Societatis. 1899. 293–296, 305–306.
- Chaucer Geoffrey. The Canterbury Tales and Other Poems. 2018. 27. ISBN 978-3-7340-1430-7.
- Doukas. Decline and Fall of Byzantium to the Ottoman Turks. Wayne State University Press. Magoulias, Harry, ed. 1975. ISBN 9780814315408. (ing.)
- Emecen F. İlyas Bey // Islam Ansiklopedisi . 22. 2000. (türk.)
- Failler Albert. Les émirs turcs à la conquête de l'Anatolie au début du 14e siècle // Revue des études byzantines . 52 (1). 1994. 69–112. doi:10.3406/rebyz.1994.1887.
- Failler Albert. La restauration et la chute définitive de Tralles au 13e siècle // Revue des études byzantines . 42 (1). 1984. 249–263. doi:10.3406/rebyz.1984.2160.
- Ibn Battuta. Travels in Asia and Africa: 1325-1354 (PDF). L.: Broadway House. H.a.r. Gibb. 1929. (ing.)
- İnalcık H. Osman I (PDF) // Islamansiklopedisi . 33. 2007. (türk.)
- Kastritsis Dimitris J. The Sons of Bayezid: Empire Building and Representation in the Ottoman Civil War of 1402-1413. BRILL. 2007. ISBN 9004158367. (ing.)
- Korobeinikov D. A. How "Byzantine" were the early Ottomans? Bithynia in ca. 1290–1450 // Osmanskii miri osmanistika. Sbornik statei k 100-letiiu so dnia rozhdeniia A. S. Tveritinovoi (1910–1973) (PDF). Moscow. I. V. Zaitsev and S. F. Oreshkova, eds.,. 2010. 215–239. (ing.)
- Korobeĭnikov Dimitri. Byzantium and the Turks in the Thirteenth Century. Oxford University Press. 2014. ISBN 978-0-19-870826-1.
- Melikoff I. GERMIYAN-OGHULLARI. The encyclopaedia of Islam, new edition. II. Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 1991. 989–990. (ing.)
- Merçil E. Menteşe-Oğulları. The encyclopaedia of Islam, new edition. 6. Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 1991. 1018–1019. (ing.)
- Merçil E., Karakaya E. Menteşeoğulları // Islamansiklopedisi . 29. 2004. (türk.)
- Zekai Mete. Menteşe // Islam Ansiklopedisi . 29. 2004. (türk.)
- Öney G., Bulut L., Çakmak Ş., Daş E., Demir A. 1. Milas // Early Ottoman Art: The Legacy of the Emirates. Museum With No Frontiers. 2013. ISBN 978-3-902782-21-2.
- Pedani M.P. The turks and the sea in the venetian documents (14th-15th centuries) (PDF) // Uluslararası Karamürsel Alp ve Kocaeli Tarihi Sempozyumu Bildirileri. Kocaeli: Kocaeli belediesi. 2015. (ing.)
- Turan O. Anatolia in the period of the Seljuks and the Beyliks // The Cambridge History of Islam. P. M. Holt, Ann K. S. Lambton, Bernard Lewis. Cambridge University Press. 1977. doi:10.1017/chol9780521219464.009. ISBN 978-1-139-05502-4. (ing.)
- Uzunçarşılı İ. H. Menteşe Oğulları // Anadolu beylikleri ve Akkoyunlu, Karakoyunlu devletleri. Türk Tarih Kurumu Basımevi. 1969. 70–83. (türk.)
- Uzunçarşılı İ. H.[türk.]. Menteşe Oğulları Beyliği // Osmanlı Tarihi (PDF). Ankara: Türk Tarih Kurumu. 54–57, cild 1. ISBN 9756945125. (türk.)
- Varlık Mustafa Çetin. Germiyanoğulları // Islamansiklopedisi . 14. 1996. (türk.)
- Wittek Paul. Menteşe Beyliği. Ankara: Turk Tarih Kurumu Yayinlari. Trans:Orhan Şaik Gökyay. 1944. (türk.)
- Zachariadou E. A. Trade and Crusade: Venetian Crete and the Emirates of Menteshe and Aydin (1300–1415). Library of the Hellenic Institute of Byzantine and Post-Byzantine Studies ;no. 11. Venice: Istituto Ellenico di Studi Bizantini e Post-bizantini di Venezia. 1983. (ing.)