Melancan - Wikipedia
Melancan — ABŞ-nin cənub-şərq ştatlarında, ən çox orta Apalaşiyada yaşayan bir qrup insana verilən addır. Melancan xalqının yerli, afroamerikalılar və digər etnik qruplarla qarışmış tam ağdərili olmayan qruplardan əmələ gəldiyi fərziyyəsi vardır. ABŞ-nin yeddinci prezidenti Endrü Ceksonun qoyduğu qanunlar səbəbindən sadəcə ağdərili, zənci, metis və hindular rahat yaşaya bilirdi. Buna görə də Melancanların bütün qanuni haqları əllərindən alınmış, evləri, məktəbləri yandırılmışdır. Cəmiyyət tərəfindən qəbul edilməmişlər. Son illər Melancan xalqının mənşəyi ilə bağlı N. Brent Kennedinin apardığı tədqiqatlar nəticəsində bu insanların ortaq mənşəyinin 16-cı yüzillikdə Lepanto dəniz döyüşündən sonra portuqaliyalılar və ya ispananlara əsir düşən və daha sonra Amerikaya gətirilən 400-ə qədər Osmanlı türkünə gedib çıxdığı iddiası ortaya atılmışdır.
Melancan sözünün mənşəyi dəqiq bilinməsə də, ən çox yayılan fikir bunun fransızca "qarışıq" mənasını verən "mélange" sözündən əmələ gəlməsidir. Melancanların türklərin nəsilləri olduğuna inananlar isə sözün osmanlı türkcəsində "lənətlənmiş insan" mənasını verən "melun can" sözlərindən yarandığını iddia edirlər.
Avraam Linkoln və Elvis Presli Melancan ola bilər.
Mənşələri
redaktəMelancan xalqının aşağıdakı etnik mənşələrdən olduqları iddia edilmişdir:
İstinadlar
redaktə- Dr. Brent Kennedy, Melungeons: The Resurrection of a Proud People (Melancanlar: Qürurlu bir Xalqın Yenidən Doğuşu)
- Garrett Ward Sheldon; Atatürk ve Ceferson Siyasi Fəlsəfələri