Mehr Ve Musteri - Wikipedia
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır.[1] Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir
Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar.[2]
Tədqiqi
redaktəProf. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir."[3] Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir. Q.Cahani yazır ki, "Mehr əsatiri baxımdan günəşlə eyniyyət təşkil etdiyi üçün məhəbbət simvoluna çevrilmişdir."[4]
İstinadlar
redaktə- ↑ Q. Cahani – Əssar Təbrizinin "Mehr və Müştəri" poeması, Bakı, 1969
- ↑ "مقبرة الشعرا". tabrizinfo.com. 2009-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
- ↑ Təhmasib, M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı, “Azərbaycan ədəbiyyatı tarixi, I cild. Bakı. 1960. 19.
- ↑ Cahani, Q. Azərbaycan ədəbiyyatııda Nizami ənənələri. Bakı. 1979. 71.
Xarici keçidlər
redaktə- Mehr və Müştəri. Farscadan tərc. edəni M. Sultanov. Bakı: "Şərq-Qərb", 2006.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |