Mehmet Nazim Bey - Wikipedia
Mehmet Nazim Bəy (türk. Mehmet Nâzım Bey) (1886, Kayseri, Osmanlı İmperiyası - 1921, Afyonqarahisar, Türkiyə) — Türk əsgəri.
Mehmet Nazim Bəy | |
---|---|
türk. Mehmet Nâzım Bey | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kayseri, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Afyonqarahisar, Türkiyə |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1899-1921 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1886-cı ildə Türkiyənin Kayseri şəhərində anadan olmuşdur. Atasının adı Cəmal Bəy idi. Beşiktaş Hərbi Məktəbini Və Çəngəlköy Hərbi Liseyini bitirdi. 1907-ci ildə Hərbi Məktəbdən leytenant rütbəsi ilə məzun oldu. 1910-cu ildə Osmanlı Hərbi Kollecini kapitab rütbəsi ilə bitirdi. 1915-ci ildə 6-cı Korpusun heyətində iştirak etmişdir. Eyni ildə 16-cı firqə heyətinin, daha sonra isə 19-cu firqə heyətinin rəhbəri vəzifəsinə təyin edildi. 1917-ci ildə Rumıniyada alman marşal Avqust von Makenzenin qərargahında xidmət etmişdir.
Hərbi fəaliyyəti
redaktə1917-1918-ci illərdə Osmanlı Rumeli Silahlı Qüvvələrinin komandanlığına təyin edildi. 1919-cu ildə ingilislərin onu həbs etmək niyyətlərində olduğunu öyrənəndə Kuva-yi Milliyeyə qoşulmaq üçün İstanbulu tərk edərək Anadoluya getdi.
1919-1920-ci illərdə 7-ci süvari alayına komandirlik etdi. Birinci İnönü döyüşündə komandirlik etdiyi 4-cü Piyada firqəsi yunanlar ilə vuruşdu və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə polkovnik rütbəsinə yüksəldi. İkinci İnönü döyüşünə qoşuldu.
Kütahya-Əskişəhər döyüşlərində Yumruçal yamacında yanğın xəttinə doğru irəliləyərkən yunan topçu dəstəsinin açdığı atəş nəticəsində yaralandı. 15 iyul 1921-ci ildə vəfat etdi.
Nəşi Ankaraya gətirildi və Ankara Şəhidlər Xiyabanında dəfn edildi. Ölümündən bir gün sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən polkovnik rütbəsi ilə təltif edilərək “Şəhid Polkovik Nazim Bəy” (türk. Şehit Miralay Nazım Bey) adıyla anıldı.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "*ŞEHİT YARBAY NÂZIM BEY: VATANINDAN BAŞKA SEVGİLİ BİLMEDİ". cihandura.com. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
Mənbə
redaktə- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 234.