Mehdi Bey Kebirlinski - Wikipedia
Mehdi_bəy_Kəbirlinski - Haqqında Məlumat
Mehdi bəy Ağakişi bəy oğlu Kəbirlinski-(1812-), Qarabağ atlı alayının zabiti, mülkədar
Mehdi bəy Kəbirlinski | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qərvənd, Kəbirli mahalı |
Həyatı
redaktəMehdi bəy Ağakişi bəy oğlu 1812-ci ildə Kəbirli mahalının Qərvənd obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında xidmət etmişdi. Sonra Şuşa şəhər qəza idarəsində yasavulbaşı işləmişdi. Praporşik rütbəsi vardı.
"Qarğı bizdə bitər, sümsünü Kəngərli çalar" ifadəsi Mehdi bəyindir.
Mehdi bəy mülkədar idi. Doğma obalarında, Taynaq kəndində xeyli torpaqları vardı.
Ailəsi
redaktəMehdi bəyin törəmələri Kəbirlinski soyadını daşıyırlar.
Mehdi bəyin Ağakişi bəy, Əbülhəsən bəy, Əbülhüseyn bəy, Balakişi bəy, Həmid bəy adlı oğulları vardı.