Mesebas - Wikipedia
Meşəbaş - Haqqında Məlumat
Meşəbaş — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy inzibati ərazi vahidində kənd.
Meşəbaş | |
---|---|
41°24′32″ şm. e. 46°52′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 430 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktə- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Meşəbaş kəndində milli tərkibi ingiloylardan ibarət 16 ailə yaşayırdı.[1]
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 171 nəfər əhali yaşayırdı.[2]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 102 təsərrüfatda hər iki cinsdən toplam 382 nəfər əhali yaşamaqdadır.[3]
Toponimikası
redaktəMeşəbaş oyk., mür. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Kürmük çayı dərəsindədir. Keçmiş adı Meşəbaşı olmuşdur. Oykonim meşə və başı (yəni yuxarısı, yuxan hissəsi) sözlərindən ibarət olub, "meşənin üstü, yuxansı" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Sultan Əhmədxan Xəlilbəy meşəsinin üstündə Meşəbaşı adlı yerdə 20 ingiloy ailəsini məs- kunlaşdırması nəticəsində yaranmışdır. Kənd öz coğrafi mövqeyinə görə belə adlandınl- mışdır.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəVikianbarda Meşəbaş ilə əlaqəli mediafayllar var.
Mənbə
redaktə- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.
İstinadlar
redaktə- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А. А. Эльзенгера и Н. П. Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е. И. В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 158
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |