Mazix - Wikipedia
Mazıx (2001-ci ilədək Matsex[1]) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Mazıx | |
---|---|
41°39′19″ şm. e. 46°34′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 376 (2005) nəfər |
Mədəniyyəti
redaktəMazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır.
Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə.
Coğrafiyası və iqlimi
redaktəMazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir.
Nümayəndəliyin ərazisi 1568 hektar.
Əhalisi
redaktəZaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376[2] evdə 1,500[2] nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir .[2] Dini mənsubiyyəti müsəlman.
Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti maldarlıq, meyvəçilik, əkinçilik, fındıqçılıqdır.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.
- ↑ 1 2 3 SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational :The Sociolinguistic Situation of the Avar in Azerbaijan Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |