May Inciciceyi - Wikipedia
May inciçiçəyi (lat. Convallaria majalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü. Xoş ətirli, zəhərli, Asiya və Avropanin soyuq iqliminə tab gətirən, torpaqda kökümsov gövdələr yaradaraq çoxalan, çoxillik ot bitkisidir. Yayın sonunda kökmsovlar yuxarı dik pörələr verir.
May inciçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: May inciçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəYabanı çoxillik bitkidir. Yarpaqları cüt-cüt yerləşən, qından, oval-neştərvari və ya uzunsov-ellipsvari, zirvəsi itiuclu, bütövkənarlı, çılpaq, yaşıl, qövsəbənzər damarlı olub, uzunluğu 10-20 sm, eni isə 3-8 sm-ə bərabərdir. Çiçəkləri (çiçəkqrupları) 5-10 (20) ədəd sarımtıl-ağ rəngli olub, açıq-yaşıl rəngli govdə üzərində birtərəfli yumşaq fırça ilə qurtarır. Çiçək saplağı üzərində əyilmiş çiçəkləri bölünmüş çiçək altlığının əsası ilə əhatə olunmuşdur. Çiçək yatağı sadə, çiçək tacına bənzər, zəngvarı olub, 6 dişlidir. Erkəkciklərin sayı 6, qısa saplaqlı, yuxarı yumurtalıqlı, genişlənmiş dişicik ağızcığından ibarətdir. Zəif iylidir.
Əsas olaraq orta rütublətli torpaqlarda iynəyarpaqlı və enliyarpaqlı meşələrdə yaşayır.
Əsasən 3 növü xammal olaraq toplanılır. Düzgün toplanılmalı və qurudulmalıdır. Yarpaqları butonizasiya dövründə toplanılmalı, bitki və çiçəkləri çiçəkləmə dövründə, günəşli günlərdə, quru havada toplanılmalıdır. Çiçəklərinin uzunluğu 20 sm, yarpaq və otları 3-5 sm, torpaqdan hündürlükdə iti oraq və bıçaqla kəsilməlidir. Xammalı tez bir zamanda qurutmağa çalışmaq lazımdır. Qurudulma üçün gecikmədən yaxşı olar ki, quruducu şkafda 50-60°C-də və ya naves, çardax və dəmir örtüklü yerlərdə aparılmalıdır. Xammal nazik doğranmalı 1 sm qalınlığında sərilməlidir. Qurumanı sürətləndirmək üçün xammal tez-tez çevrilməlidir. Xammal tez qurudulmadıqda onun keyfiyyəti çox aşağı düşür. Quru yerdə saxlanılmaqla, rütubətdən mühafizə edilməli, temperatura 15ºC-də, rütubət 30-50%-dən yüksək olmamaqla B siyahışında saxlanılır. Çiçəkləri yeşiklərdə, yarpaq və otları isə kisələrdə saxlanılmalıdır. Yarpaq və otları 2 il, çiçəkləri isə 1 il saxlanıla bilər. Tərkibindəki bioloji aktiv maddələr hər il yoxlanılmalıdır.
Tərkibi və təsiri
redaktəİncicicəyinin yerüstü hissəsində 20 qədər kardiotonik glikozidlər-strofantidin və strofantidol: konvallotoksin, konvallotoksol, konvallozid maddələri vardır. Bu maddələrin əsasını konvallotoksin və konvallozid təşkil edir. Konvallotoksinin hidrolizi zamanı strofantidin aqlikonu və L-ramnoza, konvallozidin hidrolizi zamanı konvallotoksin və qlükoza əmələ gəlir. Bundan başqa tərkibində steroid saponinlər, flavonoidlər, kumarinlər, efir yağı izləri və polisaxaridlər vardır.
Kardiotonik dərmandır (ürək qlükozidi). Yabanı çoxillik bitki olan may inciçiçəyinin toplanılması və onun növmüxtəlifliyi olan - Qafqaz inciçiçəyi və Uzaq Şərq inciçiçəyi xammal kimi keyfiyyətli dərman bitkiləri vardır. Yarpaq, çiçək, toxum və bitkilərinin tərkibində başlıca olaraq ürək qlükozidləri - konvallotoksin, dezqlükoxeyrotoksin və konvallozid vardır. Qlükozidlər tez, lakin kumlyativ təsir edirlər. Yəni orqanizmdə çöküntü əmələ gətirirlər. Ona görə də qlükozidlərlə uzun müddət müalicə aparmaq olmaz, çünki orqanizm zəhərlənə bilər. Toxumlarında konvallozid, köklərində isə kovallamarin vardır.
Tərkibi bioloji aktiv maddələrdən qlükozidlərindən ibarətdir. Çiçəklərində isə bu 5%-dən çox deyildir. Rütubət 12%, yarpaq və digər hissəcikləri 5%, gövdə, meyvə və digər hissəcikləri 4%, sınmış, xarab olmuş çiçəklər və gövdələr 1%, üzvi maddələr 0,5%, mineral maddələr isə 0,5%-dən çox deyildir.
Tibdə
redaktəBu bitki Qərbi Avropada orta əsrlərdən tətbiq edilir. Kardial tipli neyrosirkulyar distoniyada, isteriya, yüngül formalı toksiki zobun müalicəsidə tətbiq edilir. Müalicəni valerian və yemişanla birlikdə apardıqda daha çox səmərəli olur. 1 xörək qaşığı bitkini 200 ml qaynar suda dəmləyərək (termosda) içmək lazımdır (sutqalıq doza). Gündə 1-2 xörək qaşığı 3-4 dəfə olmaqla, yeməkdən əvvəl qəbul edilməlidir. Xammal kimi may inciçiçəyinin çiçək, yarpaq və otunda ürək-damar xəstəliklərində tətbiq edilən və güclü təsiredici korqlikon vardır.
İnciçiçəyi məhlulu (T-ae Convallariae). 1:10 nisbətində 70% spirtdəki məhluludur. Kardiotonik dərmandır. Gündə 2-3 dəfə böyüklər 15-20 damcı, uşaqlar isə 1-12 damcı qəbul edilir.
İncicicəyinin kombinəedilmiş dərman maddələri. "Valokormid", "Kardiotron".
Korqlikon inyeksiya üçün 0,06% məhlul (çiçək, yarpaq və otundan alınmış ekstrakt). Kardiotonik dərmandır.
Konvaflazin həb 0,01 q. Ödqovucu və spazmolotik dərmandır.
Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində: ürək, müxtəlif etiologiyalı ödemlərdə sidikqovucu kimi, nevroz, epilepsiya, temperatur, göz və xaricə islatma şəklində istifadə edilir.
Zəhərləyici bitki olduğundan həkim məsləhəti ilə təyin edilməlidir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 314.