Mavi Saqqal - Wikipedia
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl.
Mövzu
redaktəMavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır.
Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür. Bu açarlar arasında arvadını girməməsi üçün tənbehlədiyi balaca bir otağın da açarı vardır. Ancaq qız onu ziyarətə gəlmiş bacılarının təşviqi ilə otağa girir. Otaqda gördüklərindən isə dəhşətə düşür. Yerlər qanla örtülüdür və divardan mavi saqqalın əvvəlki arvadlarının cəsədləri asılmışdır. Üstəlik balaca açara yerdəki qan bulamışdır və nə qədər cabalasa da qan ləkəsi getmir.
Qəsrə geri dönən mavi saqqal arvadını görən kimi vəziyyəti başa düşür və onu dərhal öldürməyi düşünür. Tam arvadını öldürəcəyi zaman qızın bacıları gəlir və mavi saqqalı arxadan vuraraq öldürür.