Matua Adasi - Wikipedia
Matua (yap. 松輪島) — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə[1] daxildir. Adada yaşayış yoxdur.
Matua adası | |
---|---|
rus. Матуа | |
Ümumi məlumatlar | |
Sahəsi | 52 km² |
Hündür nöqtəsi | 1446 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
48°05′ şm. e. 153°13′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi 53 km² təşkil edir. Ununluğu şimal-qərbdən cənub-şərqə 11 km, eni isə 6,4 km təkil edir. Adada yaşayışı olmayan Sarıçevo və Qubanovka yaşayış məntəqələrinin qalıqlsrı günümüzdə belə qalır. Adadan 1,3 km şərqdə Toprkovı adası yerləşir. Adanın sahəsi 1 km², hündürlüyü isə 70 metrdir. Ada ərazisində fəaliyyətdə olan Sarıçev vulkanı mövcuddur. Onun hündürlüyü 1446 metr təşkil edir. Kiçik Xesupo çayı içməli suya malikdir. Dvoynaya buxtası yaxtaların sərbəst yan almasına imkan verir. Ada kollarla örtülüdür. Burada qızılağac bitkisi sız kolluqlar əmələ gətirir. Ərazisində tülkülər və kiçik gəmiricilərə rast gəlmək mümkündür. Sahillərində dəniz şirlərinin cəmləşdiyi ərazilər vardır. Sahil sularında isə halqaşəkilli suitiləri görmək mümkündür. Qıvrımdimdik, qarabatdaq və qağayıları müşahidə etmək mümkündür.
Qolovnin boğazı ilə Raykoke adası (18 km şimalda), İnam boğazı ilə isə Rasşua adasından (28 km cənub-qərb) ayrılır.
Tarixi
redaktəYaponların XIX əsrə qədər adaya gəlişinə qədər bölgədə aynular yaşayırdılar. Onların ümumi sayı 200 nəfər olmuşdur. İkinci Dünya müharibəsi öncəsi yaponlar adanı güçlü müdafiə istehkamına çevirmişdilər. 194-cü ildə adada 7 min əsgər yerləşdirilmişdi. 1945-ci ilin avqustunda isə bu say 4 minə enmişdi. Uçuş zolağının uzunluğu 1200 metrə çatırdı. Zolaq qış ayları termal sularla qızdırıldığından il boyu enişə imkan verirdi. 2016-cı ilə olan məlumata görə zolan uçuşları qəbul etmək üçün tam yararlıdır.
Harri Trumen ABŞ-yə məxsus bazalardan birinin Kuril adalarına yerləşdirilməsi təklifi ilə İosif Stalinə müraciət etdiyi ada məhz Matua olmuşdur. Əvəzində isə Aleut adalarında Sovetlərə məxsus bir bazanın yerləşdirilməsi cavabı aldıqda bu təklifdən birdəfəlik əl çəkmişdir.
İkinci Dünya müharibəsi zamanı yaponlara məxsus İsiqaki gəmisi Amerikaya məxsus olan USS S-44 (SS-155) gəmisini batırmışdır. USS Herring (SS-233) su altıqayığı Xibuki Maru, İvaki Maru[2] və İsiqaki gəmilərini adadan 70 km qərbdə batırmışdır[3].
Adada yerləşən yapon qarnizonu, 41-ci quru qoşunları alayından ibarət idi. Onlara polkovnik Ueda rəhbərlik edirdi. Qoşun 302-ci moto atıcı alayının önündə yerləşdirilmişdi. 2000-ci ilə qədər adada sərhəd zastavası olmuşdur. Severo-Kurilsk sunamisi zamanı 16 hərbici həlak olmuşdur. Bu faciyə ilə bağlı abidə quraşdırılmışdır. 2009-cu ilin iyununda adada yerləşən vulkan püskürmüşdür. 7 mat 2016-cı ilə Vladivostokdan olan 6 gəmi vitse-admira Akeksandr Ryabuxinin rəhbərliyi ilə adaya ekspedisiyaya çıxmışlar. 200 nəfərin iştirak etdiyi ekspedisiyada təkcə sahil və düzən ərazilərdə 97 tarixi obyekt aşkarkanmışdır[4][5]. 2016-cı ilin iyununda Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin birgə təşkil etdiyi ekdpedisiya zamanı 1942-ci ildə istehsal edilən yükgül tipli yapon qırıcı təyyarəsi aşkarlanmışdır[6].
İqlimi
redaktə- Havanın orta illik temperaturu — 2,6 °C
- Havada olan rütübət — 84,2 %
- Küləyin temperaturu — 5,7 m/s
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Saxalin vilayətinin rəsmi nümayəndəsi və qubernatorunun saytı: Şimali-Kuril şəhər dairəsi". 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-25.
- ↑ В мае 1944 года. Когда тает снег Александр Челноков. 19.04.2009. Франтирер. Pacific. Сахалин. Инфо Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine (rus.)
- ↑ "Japanese Escorts". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-25.
- ↑ "Вести.Ru: Минобороны: курильский остров Матуа может стать базой ТОФ". 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-25.
- ↑ "На острове Матуа обследовано 97 исторических объектов : Министерство обороны Российской Федерации". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-25.
- ↑ "Kuril adalatında Yaponiyaya məxsus olan və İkinci Dünya müharibəsi dönəmində istifadə edilən qırıcı aşkarlanmışdır". lenta.ru. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-19.