Materik Cini - Wikipedia
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil.
Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır.[1][2]
Tarixi
redaktəÇində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır.[3] Eyni zamanda, Tayvanda yerləşən Çin Respublikasının hökuməti özünü bütün Çinin qanuni hökuməti sayır və idarə etdiyi ərazilərini Çin Respublikasının azad ərazisi (çin. 中華民國自由地區) adlandırır. Beləliklə, bu iki hökumət beynəlxalq aləmdə "Çin hökuməti" kimi tanınmaq üçün rəqabət başlayıblar. Halbuki, Tayvanın demokratikləşməsindən sonra, Tayvan azadlığı hərəkatı populyarlaşması nəticəsində, orda Çin Xalq Respublikasının sadəcə "Çin" şəkildəki adlanması daha çox yayılmışdı.[4]
Honqkonq ilə Makao ÇXR-ın 1949-cu ildəki təsisi zamanı xarici dövlətlərin koloniyaları olduqlarına görə, onlar Materik Çini anlayışına daxil deyil.[5] 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Honkonq və Makao Den Syaopinin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.[6]
Anlayışın rəsmi istifadəsi
redaktəÇXR-nın giriş və çıxış idarəçiliyi qanunuda (çin. 中华人民共和国出境入境管理法) bu cür iki anlayış var:[7]
- Qitə (çin. Dàlù 大陆; 大陸).
- Daxili torpaq (çin. Nèidì 内地; 內地). Bu anlayış Honkonq və Makao ərazilərinə aid deyil.[8]
Birinci termin Bir Çin siyasətini vurğulamaq üçün, söhbət ÇXR ilə Tayvan münasibətləri haqqında gedəndə işlənilir. ÇXR hökuməti jurnalistlərə tapşırır ki, bu münasibətləri müzakirə edəndə, Tayvan ilə "qitə" (Dàlù) sözləri işlədilsin.[9] Söhbət Honkonq və Makao haqqında gedəndə isə, ÇXR hökuməti özünü ingilis dilində "Mərkəzi Halq Hökuməti" (ing. Central People’s Government) adlandırır.[10] Daxili torpaq (Nèidì) anlayışı ÇXR-də, Materik Çinin bölgələrdən xaric olan ərazilər mənasını daşıyan "sərhəddən xaric" (çin. 境外) anlayışı ilə birgə işlənilir.[11]
İstinadlar
redaktə- ↑ "Hainan Tropical Rainforest and the Traditional Settlement of Li Ethnic Group". 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
- ↑ Hainan - A New Book by Paul Hattaway
- ↑ Jeshurun, Chandran, redaktorChina, India, Japan and the Security of Southeast Asia. Singapore: ISEAS. 1993. səh. 146. ISBN 9813016612.
- ↑ "為何陸生希望自己被稱內地?使用中國、內地、大陸等詞彙前,你懂背後的意識形態?". The Storm Media. 17 May 2018. 9 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2022.
綠軍所用的正式名稱,尊重獨立國體的一種正式稱呼,這種稱呼本身也不帶有任何敵意,敵意存在與否其實代表著內戰是否結束,在稱呼上特別要小心
- ↑ So, Alvin Y.; Lin, Nan; Poston, Dudley L., redaktorlar The Chinese Triangle of mainland China, Taiwan, and Hong Kong : comparative institutional analyses. Westport, Conn.: Greenwood Press. 2001. ISBN 9780313308697.
- ↑ "Mainland Judgments (Reciprocal Enforcement) Bill" (PDF). LegCo.gov.hk. Legislative council HK. 22 June 2007. 2021-11-10 tarixində arxivləşdirilib (PDF).
- ↑ "《中华人民共和国出境入境管理法》(中英文)Exit and Entry Administration Law of the People's Republic of China". 2021-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-28.
- ↑ "Mainland China, Hong Kong, and Macao Emergency Service Information". Mainland Affairs Council (Taiwan). 20 September 2022. 3 November 2021 tarixində arxivləşdirilib.
- ↑ "Mainland China, Hong Kong, and Macao Emergency Service Information". Mainland Affairs Council (Taiwan). 20 September 2022. 3 November 2021 tarixində arxivləşdirilib.
- ↑ "The Practice of the 'One Country, Two Systems' Policy in the Hong Kong Special Administrative Region". Information Office of the State Council. The People’s Republic of China. 6 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2014.
- ↑ "Exit and Entry Administration Law of the People's Republic of China". Ministry of Foreign Affairs of the People's Republic of China. Legalisation of Documents. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.