Materiallar Muqavimeti - Wikipedia
Materiallar müqaviməti — maşın və cihazların hissələrinin möhkəmliyi, bərkliyi və etibarlığı haqqında elmdir. Materiallar müqaviməti mühəndislik hazırlğının ümumi fənnlər qrupuna aid olub ali təhsildə tədris edilir.
Bu fənn ilk dəfə olaraq nəzəri elmlər (fizika, ali riyaziyyat və nəzəri mexanika) və tətbiqi məsələlərin həlli üçün məlum üsulların maşın hissələrinin layihələndirilməsi arasında əlaqə yaratmışdır. Bütün sahələr üzrə təhsil verən mühəndislik ixtisaslarında materiallar müqaviməti fənni öyrədilir. Çünki, bu fənnin tətbiqi olmadan yeni texnikanın analizi və qiymətləndirilməsi mümkün deyil. Materiallar müqaviməti maşın hissələrinin xarici qüvvənin və istiliyin təsirindən deformasiya olunması və gərginliyi kimi məsələləri araşdırır. Fizikanın nəzəri sahələrindən fərqli olaraq burada praktikada asan tətbiq oluna biləcək düsturlardan istifadə edilir. Nəticədə hesablamlar tam dəqiq alınmasa da, böyük ehtimalla maşınların layihələndirilməsini aparmaq olur. Hesabat zamanı təhlükəsizlik baxımından maşın hissələrinin möhkəmliyi böyük ehtiyat əmsalı ilə hesablanır.
Tətbiq olunan qüvvədən asılı olaraq maşın hissələrində
- statik və dinamik möhkəmlik,
- istiqamətinə görə, dartma və sıxılmada möhkəmlik,
- həmçinin əyilmə, burulma və kəsilmədə möhkəmlik
fərqləndirilirlər.
Dartmada yaranan gərginlik: ilə işarə edilir. Əlavə olaraq metallar üçün axıcılıq həddi də əsas götürülür . Bu metalların plastiki deformasiyasını xarakterizə edir.Tsiklik yükün təsiri altında işləyən hissələrin möhkəmliyini təyin etmək üçün hissələr sınaq zamanı periodik yüklənir və bu zaman materialdan asılı olaraq möhkəmlik həddi tapılır. Bu möhkəmliyə daimi yırğalanma möhkəmliyi deyilir və praktikada maşınların etibarlığının hesablanmasında əsas götürülür.
Hazırda hissələrin möhkəmlik hesabatları sınaqlara əsaslanan riyazi üsulların köməyi ilə kompyüterdə aparılır. Kömyüterin köməyi ilə kompleks maşınların analizi mümkündür.Burada iki əsas riyazi üsul:
geniş tətbiq olunurlar.