Matemi - Wikipedia
Matəmi (XV əsr, Ağqoyunlu dövləti) — XVI əsrdə yaşamış Azərbaycan şairi. Əvvəlcə Səfəvilər sarayında[1], daha sonra isə Osmanlı imperiyasında yaradıcılıqla məşğul olub.
Matəmi | |
---|---|
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Matəmi Vikimənbədə |
Bioqrafiya
redaktəMatəmi XV əsrdə Ağqoyunlular dövlətinin ərazisində anadan olub. Dini baxışlarına görə müsəlman olan şairin, İslamın şiəlik məzhəbinə aid olduğu güman edilir.
Şah İsmayıl Xətainin dövrundə, Səfəvilər dövlətinin sarayında yaşamış və saraydakı məclislərdə iştirak edib.[1]
1514-cü ildən sonra Osmanlı İmperiyasına köçərək, yaradıcılığını orada davam etdirib.[2]
Şairin vəfat etdiyi tarix məlum deyil.
Yaradıcılığı
redaktəSəfəvi sarayında yaradıcılıqla məşğul olduğu zaman, sarayda baş tutan və "Məliküş-şüəra" Həbibi tərəfindən idarə edilən ədəbi məclislərdə iştirak edib.[3] Şair haqqında məlum olan azsaylı məlumatlardan biri, şairin Şah İsmayılın sarayında "şairlərin şahı" sayılan şair Həbibi başda olmaqla Süruri, Şahi, Tüfeyli və Qasimidən ibarət ədəbi məclisin üzvu olmasıdır.[4]
Osmanlı İmperiyası ərazisində yaşadığı zaman Osmanlı şairləri və Matəminin müasirləri onun şeirlərdən ibarət toplularını "Məcməlnəzayer" və "Məcmuətəlnəzayer" adlandırırdılar.
Şair Matəmi, Osmanlı şairi Necatinin[2] qəzəlinə bu cür cavab yazıb:
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,
Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Başumi yastınmaq üçün, ey güli-baği-camal,
Balişi-rəhmət gəlür kuyində olan xaru-xəs.
Kövkəbi-burci-şərəfsən, ey kəmanəbru, saqın,
Kim irişür, mehrü-mahə tiri-ahim hər nəfəs.
Qayib olalı nəzərdən abi-heyvanəm bənəm,
Həsrətindən əşki-çeşmim oldi ceyhunü-ərəs.
Ey Xizr, abi-bəqa nuş eyləsən kim «Matəmi»,
Zəhri-qəmdən nuş daruyi-əcəl qıldı həvəs.
İstinad
redaktə- ↑ 1 2 "Hürufi şairi Süruri və onun yeni əldə edilmiş divanı". 28 Noyabr 2013.
- ↑ 1 2 Ҹавад Һејәт, "Азәрбајҹан әдәбијјатына бир бахыш", s. 44
- ↑ "Səfəvilər dövründə anadilli ədəbiyyat". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.
- ↑ "Azərbaycan Səfəvi dövlətində mədəniyyət". 8 Oktyabr 2012. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.