Marlen Ditrix - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Marlen Ditrix (alm. Marlene Dietrich; 27 dekabr 1901, Almaniya İmperiyası — 6 may 1992, Paris, Fransa) — ABŞ və Almaniya aktrisası və müğənnisi, seks simvol.
Marlen Ditrix | |
---|---|
alm. Marlene Dietrich | |
| |
Doğum adı | Marie Magdalene Dietrich |
Doğum tarixi | |
Doğum yeri | Şöneberq, Almaniya |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Partnyorları |
|
Fəaliyyəti | kino aktrisası, müğənni, avtobioqraf[d], estrada artisti, skripkaçı, teatr aktrisası, aktrisa, televiziya aktrisası, müqavimət döyüşçüsü[d] |
Fəaliyyət illəri | 1919-1984 |
Təhsili | |
Boyu | 168 sm |
Mükafatları | |
IMDb | ID0000017 |
marlene.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1901-ci il dekabrın 27-də alman hərbi aristokrat fon Loşun ailəsində anadan olan Mariya Maqdalena fon Loş yüksək səviyyədə təhsil almışdı: fransız və ingilis dillərini əla bilir, ədəbiyyatı, xüsusilə Höte və Rilkeni sevir, fəlsəfəylə maraqlanır, idmanla məşğul olur, royalda gözəl ifa edir və peşəkar skripkaçı olmaq istəyirdi. Veymerdəki pansion-internatın müəllimləri düşünürdülər ki, qızın böyük istedadı var. Amma sol qolunda vətərdə cjiddi problemlər Mariyanın həyatını dəyişdi. Berlinin mərkəzində iri zərgərlik dükanının sahibəsi olan anası Cozefina Falsinq qızını gözəl tərbiyə edirdi. O, qızına həyatın zərbələrinə sinə gərməyi, istənilən işə qarşı sevgini, hisslərini idarə etməyi öyrədirdi. "Marlen" səhnə adını Mariya Maqdalena 13 yaşında fikirləşdi və iki adını birləşdirdi. "Qədim qıfılları açan açar" mənasında olan Ditrix təxəllüsünü teatr məktəbini bitirəndən sonra götürdü.
Karyerası
redaktəƏvvəl Marlenə teatrda kiçik rollar tapşırılırdı. Ağbəniz, alagöz, gözəl ayaqlara sahib olan qız Berlin teatr rejissorlarından heç birini maraqlandırmadı. Ditrix bəzən bir gündə üç müxtəlif səhnədə oynayırdı. Rolların vaxtı qrim olunma vaxtından az idi. O, 17 səssiz filmə çəkilsə də, heç bir uğur əldə edə bilmədi. Marlen alt paltarında reklam roliklərinə çəkilir, biseksual klublarda provokasion mahnılar ifa edirdi. Ya özünü axtarırdı, ya da anasının "işsiz qalma" məsləhətinə əməl edirdi.
Yüksəlişi
redaktə"Məhəbbətin faciələri" filminin çəkilişləri zamanı Marlen Rudolfo Ziber adlı rejissor köməkçisinə vurulur. 1924-cü ildə onlar evlənirlər. Qızlarının dünyaya gəlişi Marlen üçün böyük xoşbəxtlik oldu. Cavan ana bədən quruluşunun pozulmasından qorxmayıb uşağına doqquz ay ana südü verdi. Sonradan Marlen yenidən teatra qayıtdı. Tamaşaların birində onu Berlində ilk səsli film çəkən tanınmış amerikan recissoru Jozef fon Ştrenberq görür. Ştrenberq Hollivuda qayıdacağı ilə hədə-qorxu gələrək "Mavi mələk" filmindəki meyxana müğənnisi Lola obrazına ancaq Merlinin təsdiq olunmasını təkid edir. Marlen başa düşürdü ki, aktrisa kimi o, "sıfırdır", ona görə də rejissorun hər dediyini yerinə yetirirdi. Rejissor bütün normal kişilərin arzuladığı qadını – Afroditanı yaradır. Lola obrazı onun üçün uğurlu oldu. Şternberqin dəvətilə Merlin 1930-cu ildə Hollivuda gəldi. Ciddi pəhrizdə olan Marlenin bədən quruluşu cazibədar formada oldu, azı dişlərini çıxartdıraraq üzü də gözəl quruluş aldı. Bədbəxtlik gətirən aristokrat obrazı və erotik sehrlə Marlen tamaşaçıların ürəyini fəth etdi. İlk Hollivud filminin nümayişindən sonra ("Marokko", 1930) qəzetdə "Jimmi Star" təxəllüsü ilə kiçik məqalə çıxdı. İlk cümləsi belə idi: "Bu qadın bütün kino sənayesini alt-üst etməsə, deməli mən heç nə bilmirəm".
Həqiqətən də Ditrix Hollivudu silkələdi, 1930–35-ci illərdə Ştrenberqin çəkdiyi filmlər fantastik uğur qazandı. Marlen əri və qızını Beverli-Hillzdə öz istəyilə ağ xəzlə bəzədilən dəbdəbəli mənzilə gətirdi. Bundan sonra hamı Ditrixin təkrarolunmaz üslubundan, incə zövqündən danışdı. Məhz o, gündəlik qadın dəbinə kişi kostyumunu daxil etdi. Bundan başqa, bütün səhnə geyimlərini də özü fikirləşirdi. Dünyanın Kristian Dior, Trevis Beyton kimi tanınmış modelyerləri onun ideyalarına əməl edirdilər. Aktrisanın geyimləri əfsanəvi obrazın bir hissəsi idi. "Marlen Ditrix üslubu"nu tirajlamaq cəhdləri bir nəticə vermədi. Çünki individual ölçüdə tikilmiş əlcək və ayaqqabı, donlar, baxış, jest – bütün bunlar "erotik qadın" obrazına xidmət edirdi. Artıq heç kimdə onun peşəkar aktrisa olması şübhə yaratmırdı. Bədbəxtlik gətirən qadın obrazı zamanla ekranda gözəl yumor hissi olan ziyalı xanıma çevrildi. Ekrandan kənarda aktrisa sentimental, mehriban, dostluğu bacaran insan idi. Onun haqqında rejissor Vaylder deyirdi: "O, həqiqətdə əsl şəfqət bacısı, evdar xanım, Tereza ana idi. Çəkiliş vaxtı kimsə asqıranda o dəqiqə qrim otağına gedib dərman gətirərdi". Hər çəkilişdən sonra Ditrix iştirakçılara hədiyyə edər, xəstəxana və uşaq evlərinə ianə verərdi. Onun dəbdəbəli evinə tez-tez sadəcə yemək üçün gəlirdilər, hətta o özü yemək hazırlayardı.
Şəxsi həyatı
redaktəMarlen kişilərin ürəyini fəth edirdi. Həyat yoldaşı ilə dostluq münasibətlərində qalan aktrisa onu ömrünün sonuna qədər pulla təmin etdi. O, ərinin rus emiqrantı və evlərində qulluqçu işləyən Tamara ilə əlaqəsinə sakit yanaşırdı. Marlen bir çox kişiləri sevirdi. Onun sevgililəri sırasında çox istedadlı kişilər var idi – Ernest Hemenquey, Erix Mariya Remark, Moris Şevalye, Raf Vallone, Yul Brinner. Amma qəlbində ən dərin izi Can Qaben qoydu. Onların sevgisi dərin və ehtiraslı idi, amma sevgililəri müharibə və iş ayırdı. Marlen Hollivudu tərk etməyə cəsarət etmirdi və Qabenlə birlikdə çəkildiyi film ("Marten Rumanyak" 1946) uğursuz alınaraq Avropa tamaşaçısının rəğbətini qazana bilmədi. Can da Fransadan getmək istəmirdi. Müharibə Marlen üçün əsl sınaq oldu, o öz millətinə görə günah hissi keçirirdi. Həm də Marlen Hitlerin ən sevimli aktrisası olduğundan onu vətəninə geri çağırırdı. Həmişə siyasətdən uzaq olan Ditrix onun təkliflərini nəinki rədd edir, hətta 1938-ci ildə Amerika vətəndaşlığını qəbul edir və antifaşist hərəkatının fəal iştirakçısına çevrilir: cəbhənin ehtiyajları üçün milyon dollar toplayır, qaçqınlara qayğı göstərir, hərbi düşərgələrdən insanların azad olunmasına çalışır, 1942–45-ci illərdə cəbhə xəttində konsert proqramları ilə çıxış edirdi. Müharibədən Marlen donmuş əl-ayaqla bir də mükafatlarla çıxdı. Amma kinematoqrafiya sahəsində Ditrixin mükafatı olmadı. Çünki o, heç zaman qəhrəman obrazları oynamırdı (həmişə şən, eleqant, sirli obrazlar oynayırdı). 1950-ci ildə ona Oskar mükafatı təqdim etməyə çağırdılar, o, əvvəlcədən xanımların hansı libaslarda gələcəyini öyrənərək özü tam dar qara don geyindi. Stiven Baxın dediyinə görə: "Alqışlar səngiyəndən sonra elə hiss yarandı ki, "Oskar" elə Marlen idi".
Sonrakı həyatı
redaktə52 yaşında Marlen kino aləmini tərk etdi. O özünün konsert şousunu təşkil edərək bütün dünyanı gəzdi. İstedadlı bəstəkar, pianoçu, Marlendən 30 yaş kiçik olan Bert Bakarakla 10 il qastrol, xoşbəxt və sevgi həyatı Bertin cavan qadınla evlənməsi və şounu tərk etməsilə sona çatdı. Ayrılıq Ditrixi ağır depressiyaya saldı, alkoqoldan sui-istifadəyə başladı. Amma o bu acını unudaraq 1975-ci ilə qədər tamaşaçıları öz çıxışları ilə sevindirdi. Sonuncu dəfə Marlen ekranda 1978-ci ildə göründü.1975-ci ildə Ditrix Sidneydə konserti zamanı içkili olduğundan səhnədə yıxılaraq bud boyuncuğunu sındırır, 4 ildən sonra yenidən ciddi sınıq alır. Özü artıq sərbəst hərəkət edə bilmədiyindən Parisdəki balaca mənzilinə qapılır. Nə tanışlar, nə dostlar, nə də tamaşaçılar onu əlil arabasında və yatağa düşmüş vəziyyətdə görməli idilər. Marlen özünü kitablarla əhatə edir, memuarlarını yazır və hər gün qızı ilə telefonla danışardı. Qızı yaxşı evdar xanım idi, dörd oğul böyüdürdü, lakin aktrisalığı heç bacarmırdı. Mariya anası üçün "ölüm" hədiyyəsi hazırladı, 1992-ci ildə "Anam Marlen" adlı kitabında anası haqqında çoxlu qalmaqallı faktlar yazdı. Hətta qalmaqalı sevən jurnalistlər belə etiraf etdilər ki, yazılanların yarısı yalandır. Bu yalanlara dözə bilməyən Marlen Ditrix 1992-ci il mayın 6-da vəfat etdi və üç ölkənin (Almaniya, Fransa, ABŞ) bayrağı altında Berlin qəbiristanlığında anasının yanında dəfn olundu.
Mənbə
redaktə- Kəmalə Məmmədova, Hitlerin ən sevimli aktrisası Arxivləşdirilib 2011-01-02 at the Wayback Machine