Markazit - Wikipedia
Markazit (şüalı kolçedan) FeS2 (lat. marcasita) — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Markazit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
FeS₂ |
Strunz təsnifatı | II/C.07[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Xassələri
redaktəRəng – yaşıl çalarlı bürüncü-sarı, təzə sınıqlarda ağ rəngli olur, bəzən oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9; S – 5-6; Kövrəkdir; Ayrılma – {101} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: lövhəvari, dipiramidal, nizə şəkilli, hərdənbir prizmatik; İkiləşmə: tez-tez {101} üzrə; sadə və polisintetik ikiləşmələr, bəzən beşləşmələr qeyd olunur; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, konsentrik-zonal, radial-şüalı, axın formalı, salxım- və böyrəkvari əmələgəlmələr, konkresiyalar, stalaktitlər, "xoruz pipiyi" tipli mürəkkəb kristal bitişikləri. Pirit üzrə epitaksial bitişiklər, pirrotin və üzvi qalıqlar üzrə tez-tez rast gələn psevdomorfozalar çox səciyyəvidir.
Mənşəyi və yayılması
redaktəYayılma dərəcəsinə görə FeS2--nin kubik modifikasiyasından – piritdən geri qalır və autigen-diagenetik əmələgəlmə kimi ən çox çökmə süxurlarda müşahidə olunur. Bəzi kolçedan yataqlarında markazitin pirrotin üzrə psevdomorfozaları geniş yayılmışdır. Damar tipli hidrotermal yataqlarda markazitin yayılma miqyası adətən geniş deyil. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, pirrotin, sfalerit, tetraedrit, tennantit, qalenit, hötit, kvars. Mineralın tapıldığı yerlər: Klaustal, Freyberq (Almaniya); Komorjani (Çexiya); Blyava, Yaman-Kası, Kurya-Kamenski, Troitski-Baynovski (Rusiya) və b. Azərbaycanda Əsrikçay kolçedan təzahüründə (Kiçik Qafqaz) filizlərin əsas minerallarından biri markazitdir. İkinci dərəcəli mineral kimi markazit həmçinin Filizçay, Katsdağ, Katex, Cixix-Saqator, Gədəbəy, Çıraqdərə, Toğanalı yataqlarında və bir sıra başqa filiz obyektlərində aşkar edilmişdir.
Tətbiqi
redaktəİri yığınlarının sulfat turşusu almaq üçün xammal kimi praktik əhəmiyyəti vardır. Yüksək miqdarda Tl saxlayan markazit bu nadir elementin mənbəyi kimi istifadə edilə bilər.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.