Mark Dalin - Wikipedia
Dalin Mark (tam adı: Dalin Mark Aleksandroviç; 25 mart 1906, Bakı – 1996, Moskva) — texnika elmləri doktoru (1953), professor (1959), Azərbaycan EA-nın həqiqi üzvü (1959), Əməkdar elm xadimi (1964), SSRİ Dövlət mükafatı (2 dəfə) laureatı.[1]
Dalin Mark | |
---|---|
Dalin Mark Aleksandroviç | |
Doğum tarixi | 25 mart 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 1996 |
Vəfat yeri | |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Üzvlüyü | Azərbaycan SSR EA-nın həqiqi üzvü (1959) |
Mükafatları |
|
Həyatı
redaktəDalin Mark 25 mart 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Texnoloji fakültəsini bitirmişdir.[1]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəDalin Mark 1930-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirdikdən sonra Elmi Tədqiqat Neft Emalı İnstitutunda işləmişdir. 1934–1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan "Sintetik kauçuk" zavodunda baş mühəndis, direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1935-ci ildən "Sintetik kauçuk" təcrübə zavodunda dünya təcrübəsində ilk dəfə olaraq qazayırıcı qurğuda soyutma yolu ilə piroliz qazlarında qatılaşdırılmış etilenin alınma prosesini həyata keçirmişdir. II Dünya müharibəsi illərində müdafiə əhəmiyyətli məhsulların alınması işində çalışmışdır.[1][2]
Dalin Mark 1960–1964-cü illərdə Azərbaycan SSR EA-nın Kimya elmləri bölməsinin akademik-katibi, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşdur. O, 1964–1987-ci illərdə aşağımolekullu olefinlərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texnologiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodunun direktoru, 1987–1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhətçi-baş elmi işçi işləmişdir.[1]
Elmi fəaliyyəti
redaktəDalin Mark 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1953-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1959-cu ildə professor elmi adını qazanmış və elə həmin ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.[1]
Dalin Mark 500-dən çox elmi əsərin, o cümlədən 140 müəlliflik şəhadətnaməsinin və 5 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlanmışdır.[1]
Vəfatı
redaktəAkademik Mark Dalin 1996-cı ildə Moskvada vəfat etmişdir.[1]
Mükafatları
redaktə- "Azərbaycanın Əməkdar elm xadimi" fəxri adı (1964);[1]
- SSRİ Dövlət mükafatı laureatı (2 dəfə);[1]
- "Şöhrət" ordeni (20.04.1996)[1][3]
- "Lenin" ordeni;[1]
- "Qırmızı əmək bayrağı" ordeni;[1]
- "Şərəf nişanı"(2 dəfə) ordeni;[1]
- "Qafqazın müdafiəsi uğrunda" medalı;[1]
- "Şərəfli əməyə görə" (3 dəfə) medalı;[1]
- "Əmək veteranı" medalı;[1]
- "Böyük Vətən müharibəsindəki qələbənin 40 illiyi" medalı;[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "Dalin Mark Aleksandroviç" (Azərbaycan). science.gov.az. 16-09-2021 tarixində arxivləşdirilib.
- ↑ "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
- ↑ M. A. Dailinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 1996-cı il tarixli Fərmanı Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine — anl.az saytı