Mariya Kenesi - Wikipedia
Mariya Keneşi (mac. Mária Kenessey; 1 aprel 1946, Budapeşt) — macar türkoloq alim.
Mariya Keneşi | |
---|---|
Mária Kenessey | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt |
Vətəndaşlığı | Macar |
Milliyyəti | Macar |
Həyat yoldaşı | Zumplaov Luka Georgiyev |
Uşaqları |
Elica |
Təhsili | Azərbaycan dili və ədəbiyyatı |
Mükafatları | "Xurşidbanu Natəvan" mükafatı |
Həyatı
redaktəMaria Keneşi aprelin 1-i 1946-cı ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 1967-ci ildə Zumplaov Luka Georgiyevlə ailə həyatı qurmuşdur. 2 övladı var
Təhsili
redaktəO , ibtidai təhsilini 5-ci sinifdən sonra rus dilində təhsil aldığı Újpest əyalətinin Atilla küçəsindəki məktəbdə almışdır. Ümumi orta məktəbin 8-ci sinfini bitirdikdən sonra ELTE Universiteti nəzdində fəaliyyət göstərən rus dili və ədəbiyyatı təmayüllü gimnaziyada təhsilini davam etdirmişdir. Tədris proqramında rus dilində keçirilən dərslərin üstünlük təşkil etdiyi gimnaziyada Mariya Keneşi Azərbaycan ədəbiyatı ilə o vaxtlar rus dili vasitəsilə yaxından tanış olmağa başlamışdır. O, 1964-cü ildə gimnaziyada dördüncü kursda oxuyarkən olduqca çətin imtahan verərək Azərbaycan Dövlət Universiteti (indiki BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qəbul olunur. Burada ona məşhur dilçi-alimlərdən fakültənin dekanı Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov, Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin Hüseynov, Cəlal Abdullayev və b. dərs demişdir. 1970-ci ildə 20-ci əsrin ən məşhur şairlərindən prof. Bəxtiyar Vahabzadənin elmi rəhbərliyi ilə "Azərbaycan poeziyasının antologiyası" adlı diplom işini yazmış və müdaifə etmişdir. Həmin il universitetin müəllimləri tərəfindən ona yüksək dərəcəli dilçi-ədəbiyyatçı diplomu təqdim edilmişdir.
Elmi Fəaliyyəti
redaktəMariya Keneşi Azərbaycanda beş illik ali təhsildən sonra, bir vaxtlar gimnaziyasında təhsil aldığı Budapeştdəki ELTE Universitetinin Türkoloji kafedrasında fəalliyətə başlamışdır. Əvvəl Azərbaycan dilini və ədəbiyyatını, sonralar isə türk dilini də tədris edərək, elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. Akademik, böyük türkoloq, Georg Hazainin rəhbərliyi ilə 1976-cı ildə "Fransco-Maria Maggonun türkcə grammeri (XVII-ci əsr)" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-cu ilə qədər Eötvöş Lorand Universitetindəki işini davam etdirmişdir. [1] 1979–2009-cu illər ərzində universitetin dövlət dili imtahan komitəsinin üzvü olmuşdur. Bundan başqa Türk-Macar dostluğu , Azərbaycan-Macar dostluğu asossiyasıyalarıının, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Müəllimliklə yanaşı o tərcüməçiliklə də məşğul olmuş, bir sıra şeirləri türk dillərindən tərcümə etmişdir.[2]
Mükafatları
redaktə"Azərbaycanda Macarıstan günləri" çərçivəsində 16 mart 2017-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə Mariya Keneşiyə Yeni Yurd İctimai Birliyinin "Xurşidbanu Natəvan" mükafatı təqdim edilmişdir.[3]
Əsərləri və tərcümələri
redaktəƏsərləri
redaktə- XVII əsr Türk qramatikası (1974) (mac. Turkish grammar from the 17th century)
- Türkcə danışıq kitabı (1988) (Cəmil Öztürklə birgə) (mac. Török társalgás Tankönyvkiadó)
- Türk dilinin qrammatikası və danışıq kitabı (1992) (mac. Török nyelvtan és társalgás)
- Azərbaycanca–macarca danışıq kitabı (2010) (mac. Azerbajdzsáni-magyar társalgás)
- Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili (2011) (Kamal Abdulla ilə birlikdə) (mac. Azerbajdzsáni-Beszéljünk azerbajdzsániul. - Egy ország és annak nyelve)
Tərcümə əsərləri
redaktə- Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" (Kijatszott csillagok. 1977), "Nəzm və nəsr haqqında" (Vers es proza. 1979), "Komediyalar və nəsr" (Komediak es proza. Budapest, 2012, 332 s.) əsərlərini
- Cəlil Məmmədquluzadənin "Seçilmiş novellaları" (Valogatott novellak, Akaprint, Budapest, 2011, s.132)
- Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş hekayələr" (Valogatott müvei, Azerbajdzsani Köztarsasag Magyarorszagi Nagykövetsege, Budapest, 2015, s.128)
- Anarın "Seçilmiş əsərləri" (2015)
- Səlim Babullaoğlunun "Yağışlı axşamların birində" (Egy esos ejszaka. 2010) hekayəsini macar dilinə çevirərək nəşr etdirmişdir.
Bundan başqa XIX əsr macar mütəfəkkiri İmre Madaçın "İnsan faciəsi" (1861) adlı nəzmlə yazılmış fəlsəfi dramını da Azərbaycan dilinə tərcümə etmişdir.[4]
İstinadlar
redaktə- ↑ "Macarıstanda Kamal Abdulla və Mariya Keneşinin kitabı çap olunmuşdur". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-26.
- ↑ "Qədirşünaslıq nümunəsi". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-26.
- ↑ MACAR ALİMİ MARİYA KENEŞİYƏ "XURŞİDBANU NATƏVAN" MÜKAFATI VERİLDİ [ölü keçid]
- ↑ "M.F.Axundzadənin altı komediyası və "Aldanmış kəvakib" povesti macar dilinə tərcümə edilir". azertag.az. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2012.