Maralzemi - Wikipedia
Maralzəmi və ya Txkut (erm. Թխկուտ) — Zəngəzur mahalının Meğri rayonunda kənd[2]
Maralzəmi | |
---|---|
38°59′01″ şm. e. 46°14′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Meğri rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəMaralzəmi Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir.
Toponim maral heyvan adı ilə fars dilində «əkin yeri, tarla» mənasında işlənən zəmi sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Mədəniyyəti
redaktəCoğrafiyası və iqlimi
redaktəƏhalisi
redaktəKənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdı[3].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur və kəndə ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.
Onlar kəndə döndükdən sonra ermənilər azərbaycanlılarn tarixi torpaqlarından çıxmışdır. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 1931-ci ildə 98 nəfər[3], 1987-ci ildə 800 nəfər[4] yalnız azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayında kənd sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
- Maralzəmi – 1918-ci il. Zəngəzur qəzası rəisinin 1918-ci il 26 noyabr tarixli raporunda deyilir: “Mehri dərəsinin erməni dəstələri Vartanizor I - 100 tüstü və Vartanizor II (Maralzəmi) 60 tüstü müsəlman kəndlərini dagıtmış və 200 nəfər əhalini qılrmışlar...” [5].
Görkəmli şəxsiyyətləri
redaktə- Hidayət Orucov — şair-dramaturq; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006-31 may 2012); Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikasının 1-ci dərəcə dövlət müşaviri. Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (27 dekabr 2012-ci ildən).
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.68-69, 142-143
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.174
- ↑ Azərbaycan SSR EA xəbərləri, N 4, 1989, səh. 87