Mara Salvatrucha - Wikipedia
Mara Salvatrucha (azərb. Mara Salvatruça, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması.[1][2][3][4][5] Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir.[6]
Mara Salvatrucha | |
---|---|
Mərkəzi | Los-Anceles • San-Salvador |
Fəaliyyəti | 1980-ci illərdən bu günə qədər |
Fəaliyyət göstərdiyi yer |
ABŞ Meksika İspaniya |
Etnik tərkibi | Latın amerikanları, salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar |
Üzvlük | Təxminən 50,000 nəfər |
Fəaliyyəti | narkotik ticarəti, soyğunçuluq, qəsb, reketlik, qətl, müqaviləli qətllər, insan və silah alveri, oğurluq, fidyə üçün adam qaçırma, avtomobil oğurluğu, fırıldaqçılıq, çirkli pulların yuyulması, it döyüşləri, təcavüz |
Müttəfiqlər | Kartel Sinaloa, Kartel Qolfo, Kartel La Familia, Meksika mafiyası, Los-Setas, Vatos-Lokos |
Düşmənlər | 18th Street gang, Rifa, Latin Kings, Bloods, Pirus, Los-Neqros |
Vikianbarda əlaqəli mediafayllar |
MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər.[7][8] Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir. ABŞ-də yaşayan bir çox salvadorlu immiqrantlardan da təhdid olunaraq külli miqdarda pullar tələb olunur, lakin MS-13 dəstəsi ən böyük qazancını narkotik ticarəti və ya "öz" ərazilərində narkotik ticarəti hüququ əldə etmək üçün vasitəçilik yolu ilə qazanır.[9][10][11][12][13][14]
Tarixçə
redaktəMS-13, Los-Ancelesdə 1980-ci illərin əvvəllərində, ölkələrindəki vətəndaş müharibəsindən ABŞ-yə köçən salvadorlu immiqrantlar arasında yaranmışdır.[15] İlk növbədə, 18th Street gang və afroamerikanların zorakılığına məruz qalan salvadorlular, bu zorakılıqlara öz dəstələrini yaratmaqla cavab verdilər.[16][17] İmmiqrantların sayının artması və nüfuzun genişlənməsi ilə əlaqədər olaraq, Holywood Locos, Sailors Locos Salvatruchos, Langley Park Salvatruchos, Teclas Locos Salvatruchos, Centrales Locos Salvatruchos, Directa Locos Chilangeras Locos Salvatruchos, Brentwood Locos Salvatruchos, Hempstead Locos Salvatruchos, Familia Mara Salvatrucha, Freeport Locos Salvatruchos, Francis Street Locos, Park View Locos Salvatruchos, Coronado Street Locos, Pee Wee Salvatruchos, Rampchawart Street Locos and Locos Grandes Salvatruchos kimi bir çox "qollara" ayrılmış oldu.[18][19]
1990-cı illərin əvvəllərindən etibarən amerikan polisi və immiqrasiya orqanları, MS-13 üzvlərinin öz torpaqlarına kütləvi deportasiyasını fəal şəkildə tətbiq etməyə başlamışlar.[20] Beləliklə də, dəstə El Salvadorda sürətlə məşhurlaşmağa və yayılmağa başlamışdır. Amerikan banda subkulturası (geyim tərzi və rəngləri, davranışı, jestləri və jarqonları, musiqi mədəniyyəti) müharibə şəraitində olan El Salvadorda uyğun zəmin tapmış, lakin yerli ənənələrlə qarışaraq daha qəddar və şiddətli hal almışdır. MS-13 bütün şəhər ərazilərini və həbsxanaları nəzarətə götürməyə başlamışdır.[21][22] Vətəndaş müharibəsindən çıxan ölkədə özbaşınalıqlar hökm sürmüş və həbsxanalar yeni quldurlar üçün həqiqi "universitetlərə" çevrilməyə başlamışdır. 1996-cı ildə El Salvadorda müharibə aparan MS-13 və M-18 dəstələri arasında ilk atəşkəs imzalanmış, lakin hakimiyyətin dəstələrə qarşı sərt siyasəti barışı pozmuş və yeni bir qarşıdurmaya səbəb olmuşdur.[23]
13 iyul 2003-cü ildə, Vaşinqton yaxınlığında, banda üzvlərindən biri olan 17 yaşlı hamilə Brenda Pazın gizli FTB-nin məlumatçısı olduğunu yayıldıqdan sonra, MS-13 bandasının qanqsterləri tərəfindən qətlə yetirilmiş və bu cinayət mətbuatda geniş yayılmışdır.[10][24][25] 2004-cü ildə MS Island-13 liderlərinin Lonq-Aylenddə nümayəndə görüşü keçirilmiş və bu görüşdə ABŞ-nin qərb və şərq sahillərindəki bandaları bir-birinə yaxınlaşdırmağa çalışmışlar. 2004-cü ilin dekabrında, MS-13 dəstəsinin silahlı üzvləri, Hondurasın şimalındakı San-Pedro-Sula şəhəri yaxınlığında bir sərnişin avtobusuna atəş açaraq altı uşaq da daxil olmaqla 28 nəfəri qətlə yetirilmiş və 14 nəfəri ağır yaralanmışdır.[26] Bu qanlı cinayət, quldurlar tərəfindən ölkə hakimiyyətinin ağır cinayətlərə görə ölüm cəzası tətbiq etmək planlarına cavab olaraq həyata keçirilmişdir. MS-13 üzvlərinin vətənlərinə kütləvi deportasiyasına baxmayaraq, çoxları tezliklə qanunsuz olaraq ABŞ-yə qayıdır və silahlı qruplarda fəal olaraq iştirak edirlər.[27][28][29]
2005-ci ilin avqust ayında MS-13 qanqsterləri, El Salvadorda 7 həbsxanada düşmənlərinə qarşı istiqamətləndirilmiş bir hücum başlatmış və ümumilikdə 35 rəqib dəstənin üzvlərini qətlə yetirmişlər.[20] 2006-cı ilin yanvarında, MS-13 üzvləri El Salvadorun Sakatekoluka şəhərində bir futbol qarşılaşması əsnasında, stadiondaki M-18 dəstəsinin üzvü olduğu komandalardan birinin yeddi oyunçusunu qətlə yetirmişlər.[24][30] 2007-ci ilin iyun ayında El Salvador həbsxanasındakı iki MS-13 üzvü ABŞ-də qətl sifarişi verməklə günahlandırılmışdır. 2009-cu ilin iyun ayında, qətl, adam qaçırma, soyğun və reket cinayətlərindən məhkum edilmiş 18 MS-13 üzvü San-Pedro-Suladaki Honduras həbsxanasından 15 metrlik bir tuneldən qaçmağı bacarmışdır.[31] 2012-ci ilin yazında, El Salvadorda, səlahiyyətlilərin və Katolik Kilsəsinin vasitəçiliyi ilə MS-13 dəstəsi, M-18 dəstəsindən əbədi düşmənləri ilə barışığa girmiş və həbsxanalardaki gərgin qarşıdurmalar kəskin şəkildə azalmışdır.[32][33][34] 2012-ci ilin oktyabr ayında MS-13 ABŞ federal orqanları tərəfindən "transmilli cinayət təşkilatı" kimi tanınan ilk küçə bandası olmuşdur.[35][36][37][38][39]
2012-ci ilin sonunda polis və digər hüquq-mühafizə orqanlarının təzyiqi altında MS-13 bandasının Los-Ancelesdəki immiqrant məskənlərində təsiri bir qədər zəifləmiş, lakin başda böyük bir Salvador diasporunun yer aldığı Vaşinqton şəhəri olmaqla, bandanın şərq sahilindəki təsiri daha da artmağa başlamışdır.[33][34][40] ABŞ-də MS-13 üzvləri sahibkarlara, sıravi insanlara və qeyri-qanuni mühacirlərə qarşı şiddət tətbiq etməyə davam etmiş, lakin şiddətli qarşıdurma müşahidə edilməmişdir.[41] Bundan əlavə, görülən tədbirlərə baxmayaraq, MS-13 Mərkəzi Amerikanın kriminal aləmində liderliyini davam etdirmişdir. 2013-cü ilin may ayında Hondurasın San-Pedro-Sula şəhərində səkkiz ay davam edən danışıqlardan sonra yerli yepiskop və Amerika Dövlətləri Təşkilatı tərəfindən qarant verilən MS-13 və M-18 dəstələri arasında barışıq əldə edildi. 2015-ci ilin iyul ayında MS-13 və Barrio-18 üzvləri Qvatemalada iki müəllimin gənc cinayətkarlar tərəfindən öldürüldüyü iğtişaşlar törətdilər.[42][43][44] 2017-ci ilin yayında Prezident Donald Tramp çıxışında MS-13 dəstəsinin Amerikaya böyük bir təhdid olmasını bildirmiş və üzvlərini "heyvanlar" deyə adlandırmışdır. Həmçinin, başda MS-13 olmaqla bir çox küçə dəstələrini məhv edəcəyini demişdir. Donald Trampın bu çıxışına mesaj olaraq, 2017-ci ilin sentyabr ayında MS-13 üzvləri, Merilend ştatının Uiton şəhərində bir sakinin öldürmüş, daha sonra cəsədin başını kəsib parka basdırmışdır.[45][46] 2017-ci ilin noyabr ayında səlahiyyətlilər MS-13 dəstəsinə qarşı ABŞ-də genişmiqyaslı əməliyyatlar aparmağa başlamışdır. Bir ay davam edən əməliyyatlar zamanı dəstə üzvü olduğu iddia edilən 214 nəfər nəzarətə alınmışdır. Onların yarısından çoxu miqrasiya qanunlarını pozduğuna görə həbs edilmiş, 93 nəfərə isə polis qətli, soyğunçuluq, reketlik və narkotik ticarəti ilə bağlı cinayət işləri açılmışdır.[47][48] 2019-cu ilin may ayında El Salvadorda sığorta almaq üçün qətllər törədən MS-13 dəstəsinin 7 üzvü məhkum edilmişdir.[49] Quldurlar qadınları qaçırmış, onları naməlum kişilərlə evləndirməyə məcbur etmiş, daha sonradan kişiləri qətlə yetirərək, dövlət tərəfindən qadınlara verilən dəstək ödənişlərinə əl qoymuşlar. MS-13 qruplaşması üçün qadın qaçırma olduqca yayğındır. Qaçırılan qadınların bəziləri həbsxanalarda yatan quldurların uşaqlarına qulluq etmək məcburiyyətində qalmışdır.[50][51]
Quruluş və fəaliyyət
redaktəMS-13 banda üzvləri ABŞ (xüsusilə də Kaliforniya, Texas, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merilend, Virciniya, Şimali Karolina, Tennessi, Corciya və Vaşinqton ştatlarında), El Salvador, Honduras, Qvatamela, Meksika, Puerto-Riko, Nikaraqua, Kanada (xüsusilə Vankuver, Monreal, Toronto şəhərlərində) və İspaniyada fəaliyyətdədirlər. Mərkəzi Amerikanın bəzi bölgələrində (ilk növbədə gecəqondu və yoxsul məhəllələrdə), Mara Salvatrucha zorakılıq yardımı ilə dövlət güc strukturlarını əvəz etməyi bacarmışdır.[52][53]
Mara Salvatrucha, minlərlə "qola" bölünmüşdür, lakin ilk siqnalda xarici təhlükə ilə mübarizə aparmaq üçün birləşə bilirlər. Hər bir "qol"un öz gizli silah-sursatları (M-16, AR-15, AK, əl bombaları və partlayıcılar) mövcuddur və onların köməyi ilə nəzarətindəki ərazi sərhədlərini qoruyur. Qanqsterlər öz məhəllələrində bütün küçə narkotik satıcılarından və adi tacirlərdən xərac toplayaraq itaət etməməyə və ya qazancını gizlətməyə cəsarət edənləri ciddi şəkildə cəzalandırırlar. Bundan əlavə, MS-13 üzvləri kokain, heroin, metamfetamin və ya marixuana satışı həyata keçirirlər.[54]
Hərəkətləri düzgün şəkildə istiqamətləndirmək üçün "qol" liderləri mütəmadi görüşürlər. Hərəkatın qurucuları olaraq, Los-Anceles qolunun üzvləri ABŞ-dəki bir çox digər MS-13 qolları arasında daha yüksək bir səlahiyyətə malikdirlər.[55][56][57][58] Şimali Amerika "qolları"nın liderləri gəlirlərinin bir hissəsini həbsxanada olanlar da daxil olmaqla Mərkəzi Amerikadakı Mara Salvatrucha liderlərinə bağışlayırlar. Dəstə Qvatemala—Meksika və Meksika—ABŞ arasındakı sərhəd boyunca gizli yollara nəzarət edərək qanunsuz sərhəd keçidlərini asanlaşdırır. Bir çox qanunsuz immiqrant sərhədi asanlıqla keçmək üçün pul ödəyir, dəstə üçün ölkəyə silah və narkotik daşıyır. 2008-ci ildən etibarən ABŞ-dəki dəstə üzvlərinin 60–90%-i qeyri-qanuni mühacir statusuna malik olmuşdur.[59][60][61] Mara Salvatrucha, cinayətlər törətmək və ya Mərkəzi Amerikadakı səlahiyyətlilər tərəfindən təqibdən gizlənmək üçün ABŞ-yə köç etdikdə dövlətlər arasında quldurları köç etmişdir.[62][63] Buna görə də quldurların köçü barədə yüksək təcrübəyə malikdirlər. ABŞ-də qeyri-qanuni vəziyyətdə yaşayan qanqsterlər tez-tez saxta sənədlərlə, qohumlarının yanında qalmaqla və hətta bəzən iş üçün müraciət etməklə ölkəni gəzirlər. "Bandalar Ölkəsi" adlı amerikan sənədli serialının 11-ci bölümündə verilən məlumatlara görə, MS-13 üzvləri xaricdəki ABŞ hərbi bazaları da daxil olmaqla ABŞ Silahlı Qüvvələrinin bir çox qollarında fəal iştirak edirlər. Qanqsterlər yalnız hərbi işlərdə və xüsusi bacarıqlarda öyrədilmir, eyni zamanda orduya yeni üzvlər də cəlb edilir.[64][65]
MS-13 dəstəsinin əsas narkotik müttəfiqi Kaliforniya, San-Dieqo və Texasın El-Paso şəhərlərinə kokain tədarükünə nəzarət edən Sinaloa kartelidir. Bununla yanaşı, dəstə üzvləri bir çox meksikalı narkotik kartelləri və həbsxana dəstələri üçün sifarişli qətllər həyata keçirirlər.[66] Kaliforniyanın cənubundakı MS-13 dəstəsinin əsas düşmənləri M18 və Playboys küçə bandalarıdır. Los-Ancelesdə, Dauntaun, Rampart, Pico Union, Westlake, Coriataown, Wilshire Center və Mid City, Hoover Street və Normandy prospekti arasındakı məhəllələrdə, MakArtur və Seul parklarında yüksək təsirə malikdir. Nyu-Yorkda isə dəstənin əsas fəaliyyət mərkəzləri Queens, Flushing, Jamaica və Far Rockaway bölgələridir.[67][68][69][70][71][72][73][74][75]
Subkultura və xüsusiyyətlər
redaktəMS-13 dəstə üzvləri, rəqiblərini və ya dövlət səlahiyyətlilərini qorxutmaq üçün hazırlanmış həddindən artıq vəhşiliyi ilə seçilir. İşgəncə və qətl zamanı dəstə üzvləri bəzən qurbanın başlarını, əllərini, barmaqlarını və ya cinsiyyət orqanlarını kəsib itlərə yedizdirirlər.[9][26][53][55] Qorxutmaq naminə, dəstə təcavüzlərinə, adi vətəndaşların və ya müxaliflərin kütləvi edamlarına son qoymurlar və digər dəstələrdən fərqli olaraq "qarışqalar" polislə silahlı toqquşmalardan çəkinmirlər. MS-13 dəstəsindən olan qanqsterlər "Mata, Viola, Controla" ("Öldür, təcavüz et, tabe et") şüarından istifadə edir. Şüarlar arasında "Tanrı və ananız üçün yaşayırsınız, lakin dəstə üçün ölürsünüz" də olduqca yayğındır.[6][27][55]
Mara Salvatrucha üzvlərinin üzü və dodaqları da daxil olmaqla bədənin hər yerində döymələr mövcuddur. Bu döymələr, bir şəxsin bir dəstəyə mənsub olduğunu göstərmir, həm də təfərrüatları ilə cinayət tərcümeyi-halından, cəmiyyətdəki nüfuzundan və statusundan xəbər verir. Addakı "13" rəqəmi, Mara Salvatruchanın başladığı M hərinin latın əlifbasında 13-cü olması ilə bağlıdır. Daha az yayılmış digər bir versiyaya görə, "13" rəqəmi, dəstənin yaranma yeri olan Los-Ancelesdəki 13-cü küçədir. Digər məşhur döymələr "M" hərfi şəklində şeytanın buynuzları üçün "keçi", telefon kodları (məsələn, Los Angelesdən gələn bir quldur üçün 213, New York üçün 212 və s.) dizaynlarıdır. Dəstəyin atributlarının vacib bir hissəsi, nəzarət olunan ərazinin sərhədlərini və ya ərazilərini işarələyən və ölən yoldaşların xatirəsinə tətbiq olunan divar qraffitisidir.[10][26]
Dəstə üzvləri geyim zamanı adətən mavi və ağ rənglərə üstünlük verirlər. Aralarında ispan və ingilis dillərində qenqsta-rep olduqca məşhurdur. Bir dəstə üzvünə təşəbbüs "içəridən sıçrayış" adlanır və mövzunun dözümlülük və cəsarət göstərməli olduğu bir təcrübəsizin ən az 13 saniyə döyülməsidir. Başlanğıcdan sonra yeni gələn düşməni öldürərək statusunu möhkəmləndirmək, gələcəkdə qruplaşmaya mənfəət gətirmək və yeni üzvlər toplamaq məcburiyyətindədir. Mara Salvatrucha dəstəsinin "aranjman" adlanan xüsusi danışıq dili vardır. Həmçənin, dəstənin ayrıca öz "şərəf məcəlləsi" var, buna riayət edilməsinə hökm çıxaran "nəzarət məhkəməsi" nəzarət edir.[76]
Hüquq-mühafizə orqanları ilə mübarizə
redaktə1990-cı illərdə, geniş yayılmış cinayətlərə cavab olaraq, "ölüm dəstəsi" adlanan Sombra Negra dəstəsi, El Salvadorda silahlı gənc dəstələrinin üzvlərinə məhkəmədənkənar qətllər həyata keçirərək daha da şiddətləndirdi.[16][77] El Salvador səlahiyyətliləri Sombra Negranın fəaliyyətinə qarışdıqlarını rəsmən inkar etsələr də, bir çox insan haqları təşkilatı bölmələrin əsasən polis və hərbi işçilərdən ibarət olduğunu, eyni zamanda dövlət qurumlarında xidmətdə olan üsul və silahlardan istifadə etdiklərini iddia etdilər. Qonşu Hondurasda insan haqları müdafiəçiləri hakimiyyəti daha dəhşətli qırğınlarda günahlandırıldılar. Onlara qarşı iddia edilir ki, həbsxana rəhbərliyinin iştirakı olmadan, onlarla Mara Salvatrucha üzvü izdihamlı həbsxanalarda baş verən süni yanğınlarda həyatını itirmişdir.[78][79]
2002-ci ilin yanvarında hakimiyyətə gəldikdən sonra Honduras prezidenti Rikardo Maduro mütəşəkkil cinayətkarlığa və hər şeydən əvvəl sayı 100 min nəfərə çatan silahlı gənc qruplarına qarşı şiddətli bir hücum başlatdı və hətta bu qarşıdurmalarda Maduronun oğullarından biri öldürüldü.[25][79][80] Prezident əməliyyatlara yalnız polisi deyil, həm də ordu bölmələrini fəal şəkildə cəlb edərək dəstələrə, xüsusən ən nüfuzlusu olan Mara Salvatrucha qarşı "sıfır tolerantlıq" kampaniyasına başladı, lakin bu dəstələr bütün bu qarşıdurmalara cinayət terroru ilə cavab vermiş, minlərlə mülki şəxslər kütləvi şəkildə atəşə tutulmuş, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar baş tutmuş və həbsxanaların qarşısında minlərlə silahlı gənc toplaşaraq üsyan qaldırmışdır. Maduronun təşəbbüsü ilə 2003-cü ilin avqust ayında cinayət qanunvericiliyində islahatlar aparılmış və dəstə liderlərinin həbsləri 9 ildən 12 ilə qədər artmışdır.[81][82]
2004-cü ilin fevral ayında Lonq-Aylend küçə dəstələrinin 30 üzvü qətldə, sui-qəsddə, evdə yandırılmada, quldurluqda və narkotik ticarəti zamanı tutularaq məhkum edilmiş və öldürülmüşdür. Hempstead, Ruzvelt və Friport şəhərləri də daxil olmaqla Nassau və Suffolk bölgələrində də dəstələr gərgin fəaliyyətlər göstərmiş, bir çox sakin qətlə yetirilmişdir. 2004-cü ilin iyul ayında Hondurasda MS-13 rəhbərliyi ilə görüşən Əl-Qaidə hücrələrindən birinin lideri aşkar edildi.[7][24][26][56][83][84] Tezliklə ABŞ-nin yüksək vəzifəli şəxsləri MS-13-ün Əl-Qaidə üzvləri ilə təmasını inkar etməyə başladılar, baxmayaraq ki, Salvador Prezidenti bu ehtimalı istisna etməmişdi. 2004-cü ilin yayında, El Salvadorun yeni prezidenti Antonio Saca da dəstələrə qarşı geniş bir kampaniya başlatdı.[85][86] Polis kütləvi həbslər həyata keçirdi, qanqster tatularından istifadə edən yeniyetmələr həbsxanaya atıldı. Bundan əlavə, 2004-cü ilin dekabrında FTB xüsusi olaraq Mara Salvatrucha ilə mübarizə aparmaq üçün xüsusi bir bölmə yaratdı. 2004-cü ilin sonunda avtobusun Mara Salvatrucha xadimləri tərəfindən atəşə tutulmasından sonra Honduras rəhbərliyi bu cinayətdə iştirak edənlərin axtarışı üçün genişmiqyaslı bir əməliyyat həyata keçirdi. 2 mindən çox əsgər San-Pedro-Sula gecəqonduları və ətraf əraziləri çevrələmiş, qısa müddətdə Meksika polisi iki şübhəli şəxs — Aleksis Ramirez və Yuan Karlosu ömürlük həbs cəzasına məhkum etmişdir.[87][88]
2005-ci ilin martında, Mara Salvatruchaya qarşı ilk ümummilli əməliyyat zamanı, ABŞ hüquq-mühafizə orqanları, yeddi şəhərdə 103 dəstə üzvünü ələ keçirdi. Həbs olunan cinayətkarların əksəriyyətinin qeyri-qanuni mühacir olduğu ortaya çıxdı və bunların demək olar ki yarısı əvvəllər qətl, soyğunçuluq və oğurluq da daxil olmaqla ağır cinayətlərdə məhkum edilmişdilər.[26] 2005-ci ilin may-iyun aylarında ABŞ hüquq mühafizə orqanları, küçə dəstələrinin üzvlərinə qarşı yeni genişmiqyaslı bir əməliyyat həyata keçirərək 1000-dən çox şübhəli həbs edilmişdir. 2005-ci ilin sentyabrında ABŞ, Meksika, El Salvador, Qvatemala və Hondurasda FTB tərəfindən eyni vaxtda aparılmış genişmiqyaslı xüsusi əməliyyatda 650-dən çox Mara Salvatrucha üzvü həbs olundu. İki gün davam edən reyddə beş ölkədən 6.4 mindən çox hüquq-mühafizə məmuru iştirak etmişdi.[20][89][90] Ən böyük həbslər El Salvador (237), Honduras (162), Qvatemala (98) və Meksikada (90) həyata keçirildi. ABŞ-nin 13 ştatında 73 nəfər həbs olundu (32-i Kaliforniyada) və yarısı immiqrasiya qanunlarını pozmaqda şübhəli bilinərək həbs edildi. 2006-cı ilin yanvarında El Salvador prezidenti Antonio Saca, mütəşəkkil cinayətkarlığa və xüsusilə ölkənin bütün cinayət dünyasını tamamilə özünə tabe edən MS-13 və M-18 gənc dəstələrinə qarşı "xaçlı yürüşü" elan etdi. 2007-ci ilin sentyabr ayında FTB və El Salvador polisinin əməkdaşlığı sayəsində, ölkənin ən güclü iki dəstəsinin 10 üzvü həbs olundu. 2008-ci ilin iyun ayında Toronto polisi 17 Mara Salvatrucha üzvünü narkotik və silah ticarəti, həmçinin soyğun və qətl ittihamları ilə həbs etdi.[8][80][91][92][93]
2008-ci ilin oktyabrında, Mara Salvatrucha üzvü Rodolfo Salinas Meksika-Qvatemala sərhədində, Honduras və ABŞ-də onlarla qətldə iştirak edən kapitan Alejandro Motino həbs edildi. 2009-cu ilin iyununda, üç illik istintaqdan sonra Los-Anceles "qol"unun 24 lideri Mara Salvatrucha qətl, narkotik ticarəti və reketçiliklə yanaşı, bir polis detektivinin qətlini hazırlamaqda günahlandırıldı və istintaq zamanı 15 qanqster həbs olundu, digərləri isə ölkədən deportasiya edildi.[94][95][96] 2009-cu ilin sonlarında Prezident Maurikio Funesin rəhbərlik etdiyi El Salvador hökuməti, mütəşəkkil cinayətkarlıqla mübarizə üçün yeni bir genişmiqyaslı əməliyyata başladı, şəhər küçələrində asayişi qorumaq və yerli polisə kömək məqsədilə 4000 ordu kontingenti göndərildi, lakin kütləvi həbslər cinayət vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirə bilmədi, çünki Mara Salvatruchanın bir çox lideri tabeliyində olanları ən sərt Salvador həbsxanalarından belə cib telefonlarından istifadə edərək idarə etməyi bacarırdı.[97][98][99]
2010-cu ilin sonunda Qvatemala Prezidenti Alvaro Koloma hökuməti, ölkədə kök salmış meksikalı narkotik kartellərinə qarşı bir hücum başlatmış və Mara Salvatrucha ilə yaxından əməkdaşlıq etmişdir.[26] Los Zetas üzvləri kartelə kəşfiyyat məlumatı verərək cavab verən MS-13 qollarını silahlandırdılar.[100] Hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini narkotik qaçaqmalçılığından yayındıran və gecəqondularda narkotiklərin pərakəndə satışına nəzarət edən cinayətlər törədib. 2012-ci ilin aprel ayında, etnik dəstələrə qarşı genişmiqyaslı əməliyyat zamanı ABŞ və Hondurasda narkotik, silah və insan alveri ilə məşğul olan 792 nəfər nəzarətə alındı.[101][102][103] 2017-ci ilin oktyabr ayında Qvatamelanın Çimalatenanqo şəhərində, MS-13 dəstəsinin əsas liderlərindən biri olan "Blanko" ləqəbli Anqel Qabriyel Reyes Marrokin, bir çox qətl və digər cinayətləri törətmək və təşkil etmək ittihamı ilə həbs olundu. Los-Ancelesdə salvadorlu miqrantlar tərəfindən qurulan yerli Locos Centrales dəstəsinin lideri olmuşdur.[104]
Populyar mədəniyyətdə
redaktə- Antuan Fuquanın rejissoru olduğu "Təlim Günü" (2001) bədii filmi.
- National Geographic Channel "Dünyanın Ən Təhlükəli Bandası" (2007) sənədli filmi.
- Kristian Povedanın rejissoru olduğu "Dəli Həyat" (2008) sənədli filmi.
- Keri Fukunaqinin rejissoru olduğu "Adsız" (2009) bədii filmi.
- Viasat Explorer "İçəridən baxın: Los-Anceles banda müharibələri" (2009) sənədli filmi.
- Samuel Loqan tərəfindən hazırlanan "Mara Salvatrucha: MS-13, Amerikanın ən qorxulu bandası" (2009) sənədli filmi.
- National Geographic Channel "ABŞ banda müharibələri" (2011) sənədli filmi.
- Eduardo Rodriguezin rejissoru olduğu "Gringo" (2012) bədii filmi.
- Luis Mandokinin rejissoru olduğu "Sabina Rivasın erkən və qısa illəri" (2012) bədii filmi.
- Rockstar Games tərəfindən hazırlanan "Grand Theft Auto V" (2013) kompüter oyunu.
- Discovery Channel "Mafiya kodu" (2013) sənədli serialının 1-ci hissəsi.
- Con Hillkotun rejissoru olduğu "Üç doqquzluq" (2016) bədii filmi.
- Jan-Klod Van Dammın rol aldığı "Biz Cavan Ölürük" (2019) bədii filmi.
- Dan Traxtenberqin rejissoru olduğu "Oğlanlar" (2019) serialının 1-ci hissəsi.
İstinadlar
redaktə- ↑ Cynthia Lynn Starita. "Exploitation of Border Security by MS-13 in Aiding Al Qaeda's Agenda for Domestic Terrorism in the United States" (ingilis). 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
- ↑ "Mara Salvatrucha" (ingilis). 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
- ↑ "В Мексике задержан член банды "сальвадорских бродячих муравьев", причастный к 45 убийствам". NEWSru.com. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
- ↑ "La Mara Salvatrucha". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
- ↑ "«Бродячие муравьи» из Сальвадора". 2014-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
- ↑ 1 2 "National Gang Threat Assessment 2009" (ingilis). The National Gang Intelligence Center. 2009-01. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ 1 2 "How We're Ganging Up on MS-13" (ingilis). FBI. 2005-07-13. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ 1 2 "В США арестованы 103 гангстера из группировки MS-13". NEWSru.com. 2005-03-15. 2014-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
- ↑ 1 2 "Телекомпания ABC показала интервью с боевиком самой крупной и жестокой банды США". NEWSru.com. 2005-08-05. 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
- ↑ 1 2 3 "Facts: Gang War USA" (ingilis). National Geographic Society. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "Ties Between Gang, Fences Probed" (ingilis). Los Angeles Times. 2005-12-23. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Gangs Threaten Salvadorans Living in US" (ingilis). FOX News Network. 2012-07-13. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "MS-13 Becomes Major Target of US Authorities" (ingilis). FOX News Network. 2012-10-11. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "MS-13" (ingilis). This Is For The Mara Salvatrucha by Samuel Logan. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "Mara Salvatrucha (MS) in Pico-Union – the original neighborhood" (ingilis). Streetgangs.Com. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ 1 2 "Латиноамериканские банды. История Mara 13". Latino-America.ru. 2012-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
- ↑ "Wanted: A Band of Men and Boys" (ingilis). The New York Times Company. 2007-08-15. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ Thomas Bruneau, Lucía Dammert и Elizabeth Skinner. Maras: Gang Violence and Security in Central America. Austin, Texas: University of Texas Press. 2011. 1–4, 14, 24–25. ISBN 978-0-292-72928-5.
- ↑ "FBI Targets MS-13 Street Gang" (ingilis). MacNeil-Lehrer Productions. 2005-10-05. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ 1 2 3 Henry Mance. "Dentro de las cárceles de los Maras" (ispan). Elespectador.com. 2009-07-14. 2012-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
- ↑ "Gangs, Terrorists, and Trade" (ingilis). Foreign Policy In Focus. 2007-04-12. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "US gangs are a force in Central American prisons" (ingilis). Streetgangs.Com. 2012-02-17. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Gang Peace in El Salvador: The Opportunity We Can't Afford To Miss" (ingilis). FOX News Network. 2012-07-31. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ 1 2 3 "A Fearsome Gang and Its Wannabes" (ingilis). The New York Times Company. 2007-08-19. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ 1 2 "В Гондурасе обстрелян автобус с женщинами и детьми: 28 человек погибли". NEWSru.com. 2004-12-24. 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
- ↑ 1 2 3 4 5 6 "В Мексике задержан член банды "сальвадорских бродячих муравьев", причастный к 45 убийствам". NEWSru.com. 2008-10-16. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ 1 2 "MS-13: Gangs infiltrating the suburbs of Washington, DC" (ingilis). DC Spotlight Newspaper. 2010-08-28. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "Two convicted, two acquitted in suburban Virginia street gang trial" (ingilis). Cable News Network. 2005-05-17. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "Gang linked to Honduras massacre" (ingilis). BBC. 2004-12-24. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "В Гондурасе 18 головорезов банды MS-13 сбежали из тюрьмы, сделав подкоп". NEWSru.com. 2009-06-18. 2011-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ "Peace among El Salvador's two major street gangs has begun" (ingilis). Streetgangs.Com. 2012-05-21. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Salvadoran leader: I wasn't involved in gang truce" (ingilis). Streetgangs.Com. 2012-03-28. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ 1 2 "Unprecedented action aimed at weakening MS-13 street gang" (ingilis). Streetgangs.Com. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ 1 2 "Federal officials want to starve MS-13 gang of its money" (ingilis). Los Angeles Times. 2012-10-11. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Feds Name MS-13 a 'Transnational Criminal Organization'" (ingilis). FairfaxNews. 2012-10-12. 2012-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "El Salvador Gang Truce Less Certain after Killings" (ingilis). FOX News Network. 2012-09-09. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "El Salvador Bishop Allegedly Brokers Deal with Gangs" (ingilis). FOX News Network. 2012-03-21. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ Mike Allison. "El Salvador: Historic gang truce brings mixed results" (ingilis). The Christian Science Monitor. 2012-09-10. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "В Сальвадоре во время матча были расстреляны семеро футболистов". NEWSru.com. 2006-01-23. 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-18.
- ↑ "MS-13 street gang's finances targeted by feds; reaction mixed" (ingilis). Los Angeles Times. 2012-10-12. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Area is East Coast hub for violent Salvadoran gang" (ingilis). The Washington Examiner. 2012-04-18. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "MS-13 Gang Member Sentenced to Death After Conviction on Racketeering Charges Related to Double Murders" (ingilis). FBI. 2010-07-27. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ Howard LaFranchi. "MS-13 gang labeled transnational criminal group, a first for US street gang" (ingilis). The Christian Science Monitor. 2012-10-12. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "MS-13 member's trail shows gang's movement" (ingilis). Loudoun Times-Mirror. 2010-03-31. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "Две крупнейшие банды Гондураса заключили перемирие при посредничестве церкви". NEWSru.com. 2013-05-29. 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-13.
- ↑ "Honduran gangs Salvatrucha and 18 Street announce truce" (ingilis). BBC. 2013-05-28. 2014-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-13.
- ↑ "Mara Salvatrucha anuncia tregua en Honduras" (ispan). EDITORIAL LA PRENSA. 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-13.
- ↑ "Honduras: pandillas Mara Salvatrucha y M18 firmaron acuerdo de paz" (ispan). Empresa Editora El Comercio. 2014-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-13.
- ↑ "В Гватемале вооруженные АК-47 заключенные подняли бунт и взяли заложников: есть погибшие". NEWSru.com. 2015-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "Под Вашингтоном латиноамериканская банда MS-13, которую президент Трамп обещал уничтожить, обезглавила человека и вырезала у него сердце". NEWSru.com. 2017-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "В плену у "Черных вдов": как бандиты Сальвадора заставляют женщин выходить замуж ради страховки". BBC. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "Doofy? Casper? Scarface Would Cringe" (ingilis). The New York Times Company. 2012-01-05. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ 1 2 "The MS-13 Threat. A National Assessment" (ingilis). FBI. 2008-01-14. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "20 alleged Hispanic gang members indicted in Colorado" (ingilis). Cable News Network. 2009-02-24. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ 1 2 3 "Криминальный мир США заполонили нелегалы: в некоторых бандах только 10% "коренных американцев"". NEWSru.com. 2008-10-03. 2013-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ 1 2 Danna Harman. "For Salvadoran gangs, jail is a revolving door" (ingilis). The Christian Science Monitor. 2005-03-01. 2012-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
- ↑ "MS-13 Leader Pleads Guilty in Juvenile Prostitution Case" (ingilis). FairfaxNews. 2012-09-11. 2014-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "Gang leader gets 50 years for sex trafficking in Virginia" (ingilis). FOX News Network. 2012-06-02. 2014-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "Always on guard in Nuevo Laredo" (ingilis). USA Today. 2006-05-17. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "Gang will target Minuteman vigil on Mexico border" (ingilis). The Washington Times. 2005-03-28. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ Sara A. Carter и Mason Stockstill. "Report: MS-13 gang hired to murder Border Patrol" (ingilis). Los Angeles Newspaper group. 2006-01-10. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "MS-13 gang leaders puts out hit on ICE agent assigned to crackdown" (ingilis). NY Daily News. 2009-11-04. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "MS-13 gang members convicted by S.F. jury" (ingilis). Hearst Communications Inc. 2011-08-30. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ Megan Feldman. "El Tren de la Muerte" (ingilis). Dallas Observer. 2007-07-26. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "MS-13 Associate Sentenced to 292 Months for Sex Trafficking Teenage Runaway Girls" (ingilis). Eastern District of Virginia. 2011-11-04. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "N.J. Man Gets 3 Life Terms for Triple Murder" (ingilis). The New York Times Company. 2010-11-04. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "Hispanic gangs in the North Hollywood neighborhood of Los Angeles, CA" (ingilis). Streetgangs.Com. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Rampart Probe May Put Gang Injunction at Risk" (ingilis). Streetgangs.Com. 1999-09-19. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Mara Salvatrucha (MS) in Hollywood" (ingilis). Streetgangs.Com. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Clanton 14th Street – 3rd Hood in Hollywood" (ingilis). Streetgangs.Com. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Big SF gang trial about to go to the jury" (ingilis). Streetgangs.Com. 2011-08-15. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "MS-13: 7 on trial accused of gang violence" (ingilis). Streetgangs.Com. 2011-04-05. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Gang Activity Now a Focus for Immigration Agents" (ingilis). Streetgangs.Com. 2010-12-09. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Intervention Offers Hope Where Police and Border Crackdowns Fail" (ingilis). Los Angeles Times. 2005-12-26. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "La OEA identifica a dos pandillas violentas en León" (ispan). Grupo Milenio. 2010-03-22. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "United Against MS-13. Our Central American Partnerships" (ingilis). FBI. 2009-11-10. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "Another military official replaces civilian in El Salvador" (ingilis). Los Angeles Times. 2012-01-25. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Prison Fire Casts Spotlight on Street Gangs" (ingilis). FOX News Network. 2012-02-17. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ 1 2 "Honduras" (ingilis). Freedom House. 2007. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ 1 2 "The International Reach of the Mara Salvatrucha" (ingilis). NPR. 2005-03-17. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "В Гондурасе наркобароны готовят покушение на президента". NEWSru.com. 2004-12-22. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-18.
- ↑ "U.S. Indicts 30 in Long Island Gang Case" (ingilis). The New York Times Company. 2004-02-05. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "Al Qaeda seeks tie to local gangs" (ingilis). The Washington Times. 2004-09-28. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "U.S. steps up battle against Salvadoran gang MS-13" (ingilis). USA Today. 2005-02-24. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "How the Street Gangs Took Central America" (ingilis). Council on Foreign Relations. 2005-06. 2012-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
- ↑ "MS-13 National Gang Task Force" (ingilis). FBI. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "MS-13 blamed for massacre on bus" (ingilis). The Seattle Times Company. 2005-05-22. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "Honduras massacre 'leader' held" (ingilis). BBC. 2005-02-24. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "Gang Leaders and Expert Are Indicted in California" (ingilis). The New York Times Company. 2009-06-24. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "В Сальвадоре гангстеры банды M-18 сожгли заживо пассажиров автобуса: 11 жертв". NEWSru.com. 2010-06-21. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ "100 Members of Immigrant Gang Are Held" (ingilis). The New York Times Company. 2005-03-15. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "DHS touts success of anti-gang operation" (ingilis). National Journal Group, Inc. 2005-08-01. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "ICE's Operation Community Shield goes global with new task force in Honduras. Operation Double Impact from the videographer's view" (ingilis). U.S. Immigration and Customs Enforcement (ICE). 2010-08-11. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "Президент Сальвадора провозгласил "крестовый поход" против банд "Мара"". NEWSru.com. 2006-01-09. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ "Где на одного полицейского приходится по четыре бандита?". Украина криминальная. 2008-05-22. 2012-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
- ↑ "Going Global on Gangs. New Partnership Targets MS-13" (ingilis). FBI. 2007-10-10. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "A Close-Up of MS-13. FBI Executive Visits El Salvador" (ingilis). FBI. 2006-04-19. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ "Central American gang was plotting murder in Toronto, police say" (ingilis). CBC. 2008-06-05. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "К борьбе с молодёжными группировками в Сальвадоре приступает армия". NEWSru.com. 2005-09-01. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-18.
- ↑ "В Сальвадоре 4 заключенных прятали мобильники и зарядное устройство в заднем проходе". NEWSru.com. 2006-09-07. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ "Guatemala declares 'state of siege' to combat Mexican drug cartel, limiting rights" (ingilis). Los Angeles Times. 2010-12-21. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ "Zetas and MS-13 Join Forces in Guatemala" (ingilis). FOX News Network. 2012-04-07. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "US Authorities Announce Major Blow to Latino Gangs" (ingilis). FOX News Network. 2012-04-26. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ "Главу самой жестокой банды арестовали в Гватемале" (rus). 360tv.ru. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
Xarici keçidlər
redaktə- Mara Salvatrucha — seçilmiş fotoşəkillər (Ukrayna KİV)
- Mara Salvatrucha — seçilmiş fotoşəkillər (Time) Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine
- Mara Salvatrucha — seçilmiş fotoşəkillər (Zimbio Entertainment)
- Violent Gangs Gallery — seçilmiş fotoşəkillər (FBI) Arxivləşdirilib 2016-05-13 at the Wayback Machine
- Violence ravages Honduras — seçilmiş fotoşəkillər (The Washington Post)
- Las Maras en Centroamérica tərəfindən hazırlanmış sənədli film
- Gang Troubles (National Geographic)