Mandarinler Film 2013 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mandarinlər (gürc. მანდარინები;est. Mandariinid) — Gürcüstan və Estoniya birgə istehsalı olan dram janrında çəkilmiş film. Film 87-ci Ən yaxşı xarici dilli filmlər qalasının qalibi olmuşdur. Filmdə baş verən hadisələr Gürcüstan vətəndaş müharibəsi dövrünə təsadüf edir. Qara dənizin sahilində Abxaziyanın ərazisində yerləşən kiçik eston kəndi Psou müharibənin başlaması səbəbindən boşaldılmışdır. Müharibənin mərkəzində yerləşən kənd bir çox dram hekayələrinə şahidlik edir. Filmin əsas hissələri Gürcüstanın Quriya bölgəsində çəkilmişdir.
Mandarinlər | |
---|---|
gürc. მანდარინები est. Mandariinid | |
Janr | Dram |
Əsas mövzu | Abxaziyada müharibə (1992-93) |
Rejissor | Zaza Uruşadze |
Ssenari müəllifi | Zaza Uruşadze |
Bəstəkar | Niaz Diasamidze |
Distribütor | Hulu[d], iTunes |
İlk baxış tarixi | 15 oktyabr 2013[1] |
Müddət | 87 dəq. |
Büdcə | 650 000 € |
Ölkələr |
Gürcüstan Estoniya |
Dillər | Eston dili, rus dili |
İl | 2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Quriya |
IMDb | ID2991224 |
Məzmun
redaktəGürcüstan vətəndaş müharibəsinin şiddətlənməsi ərazidə olan bir çox kəndlərin boşaldılması ilə nəticələnir. Etnik estonların yaşadığı Psou kəndi də müharibə səbəbindən əhalisinin əsas hissəsini itirir və kənd sakinləri Estoniyaya köçür. Bütün baş verənlərə baxmayaraq İvo və Markus adlı kəndlilər öz evlərində tək yaşamağa davam edirlər. İvo evinin yaxınlığında yerləşən emalatxanada mandarinlərin saxlanılması üçün yeşik hazırlamaqla məşğuldur. Bir gün onun evinə 2 silahlı çeçen yaxınlaşır. Silahlılar İvodan yemək istəyirlər. Çeçenləri evinə dəvət edən İvo onlara yemək verdikdən sonra müharibə barədə onlardan məlumat alır. Silahlılar döyüşlərin yaxın ərazilərdə getdiyini və İvonun ən qısa zamanda kəndi tərk etməklərini məsləhət görürlər. Sonrakı günlər döyüşlər daha da şiddətlənir və artıq silah səsləri yaxınlıqda eşidilməyə başlanır.
Bir səhər kəndlilər mandarin toplayarkən kəndin ərazisində müharibədə iştirak edən tərəflər arasında qanlı döyüş yaşanır. Gürcü tərəfdən 3 nəfər, Abxaziya ordusu üçün döyüşən çeçen muzdlular arasında isə 1 nəfər həlak olur. Hadisə Markusun evinin önündə baş verir. Atışma zamanı gizlənən İvo və Markus hadisədən sonra olay yerinə yaxınlaşır və hər kəsin öldüyün sadəcə bir çeçen silahlısının sağ qaldığını görürlər. İvo, Markusun köməkliyi ilə həmin silahlını evinə gətirir. Atışma nəticəsində yararsız vəziyyətə düşən Gürcüstan Silahlı Qüvvələrinə aid hərbi maşını dostlar Markusun evinin yaxınlığında yerləşən dərədən aşağı atırlar. Atışma da həlak olmuş gürcü əsgərləri meşə də dəfn edən zaman isə gürcü əsgərlərdən birinin nəbzinin vurduğu müəyyənləşir. Çeçen muzdlusuna nisbətən daha ağır durumda olan və başından yaralanan gürcü İvonun evinə gətirilir.
Artıq İvo evində bir-birinə düşmən olan 2 döyüşçünü saxlamaqdadır. Aparılan söhbət zamanı çeçen silahlının adının Əhməd olduğu və döyüşmək üçün Çeçenistandan gəldiyi müəyyənləşir. Digər yaralı isə Gürcüstan naminə döyüşən Nika adlı gənc gürcü döyüşçüdür. Əhməd ilk günlər, qonşu otaqda saxlanılan Nikanı öldürmək istəyir. Bir necə dəfə buna cəhd etsə də sağlamlığının ağır durumda olması buna imkan vermir. İvo qətiyyətlə Əhmədə evində onu öldürmədən heç kimi öldürə bilməyəcəyini bəyan edir və ona etdiyi yaxşılıqların əvəzi olaraq isə Əhməd İvoya Nikanı onun evində qaldığı müddət ərzində öldürməyəcəyinə dair söz verir. Yaralı döyüşçülər bir müddətdən sonra sağalmağa başlayırlar. Əvvəlcə bir-birləri ilə yola getməsələr və qarşıqlı atmacalar atsalarda İvonun cəhtləri nəticəsində münasibətlər mülayimləşməyə başlayır.
Bu müddət ərzində isə döyüşlər davam etməkdədir. Abxaz könüllülərindən ibarət dəstənin komandiri Aslan öz silahlıları ilə birlikdə köhnə dostu İvonun evini ziyarət etmək qərarı alır. Aslan Əhmədlə görüşür, Nika isə onlara İbrahim adlı çeçen silahlısı kimi təqdim edilir. Nikanın həyatının Əhməd tərəfindən xilas edilməsi münasibətlərin daha çox yaxınlaşması ilə nəticələnir. Əhməd bir gün həyətdə odun doğrayan zaman Gürcü əsgərlər İvonun evinə yaxınlaşırlar. Əhməddən kim olduqları soruşduqda o çeçen olduğu cavabını verir. Bir addım geri çəkilib Əhmədi öldürmək qərarı verən gürcü əsgərləri pəncərədən açılan sərrast atəş ilə Nika öldürür. Daha sonra Əhmədin silahını pəncərədən atan Nika keçmiş düşməni ilə eyni cəbhədə döyüşməyə başlayır.
Yaşanan kiçik atışmada Markus, Nika və bütün gürcü silahlılar öldürülür. Nikanın ölümü ani olur. Belə ki, əvvəlcədən öldürüldüyü zənn edilən, ancaq əslində yaralanan gürcü silahlı ani hərəkət edərək Nikanı öldürür. İvo, Əhmədlə birlikdə əvvəlcə Markusu dəfn edir. Daha sonra isə Nikanı Qara dənizin sahilində yerləşən bir məzarlıqda oğlunun yanında dəfn edir. Film Əhmədlə İvo arasında olan kiçik dialoqla yekunlaşır.
Mandarinlər filmi mandarin toplayıb satmaqla məşğul olan 2 eston dostun müharibə nəticəsində həyatlarının necə birdən-birə dəyişdiyini göstərən anlamı filmlərdən biridir. İvo və Markus gözlənilməz qonaqlarının fonunda öz mandarinlərini toplamağa və bazara çıxarmağa səy göstərirlər. Film ümumən müharibənin bəşəriyyət üçün böyük bəlalardan biri olması fikirini aşılayır.
Rollarda
redaktəPersonaj | Ad və soyad | Rol |
---|---|---|
İvo | Lembit Ulfsak | Psou kəndinin sakini |
Markus | Elmo Nüganen | Psou kəndinin sakini |
Əhməd | Giorgi Nakaşidze | Çeçen muzdlu |
Nika | Mixail Meshi | Gürcü əsgər |
İohann | Raivo Trass | Psou kəndinin həkimi |
Aslan | Zurab Begalaşvili | Abxaz komandir |
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Tangerines — Internet Movie Database saytında
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |