Mamont Magarasi Milli Parki - Wikipedia
Mamont Mağarası Milli Parkı — ABŞ-nin Kentukki ştatında yerləşən milli park. Milli park 400 mil uzunluğundakı mağaralar sistemindən ibarət olub sahəsi 214 km2dır. Milli Park Xidmətləri tərəfindən idarə olunur. Milli parkın böyük hissəsi Edmonson rayonunda yerləşir.
Mamont Mağarası Milli Parkı | |
---|---|
ing. Mammoth Cave National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 214 ha |
Yaradılma tarixi | 1 iyul 1941 |
Ziyarətçi sayı |
|
İdarəetmə orqanı | Milli Park Xidmətləri |
UNESCO | bəli |
Ümumdünya irsi | vii, viii, x |
Yerləşməsi | |
37°11′ şm. e. 86°06′ q. u.HGYO | |
Ölkə | ABŞ |
Əyalət | Kentukki |
Rayonlar | Edmonson, Hart, Barren |
Yerləşməsi | Kentukki ştatı |
Yaxın şəhər | Brausvill |
nps.gov/maca/index.htm | |
|
|
Rəsmi adı | Mammoth Cave National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii, x |
Tarixi | 1981 (5-ci sessiya) |
İstinad nöm. | 150 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMamont Mağarası Kentukki ştatında Penniroyal platforması üzərindəki "Flint Ridc" adı verilmiş, üzəri qum daşı təbəqəsi ilə örtülmüş qalın Mississipi tipi daşdan əmələ gəlmişdir. Rəsmi ad kimi "Mamont-Flint Ridc Sistemi" istifadə olunur.
Müasir dövrdə mağara sisteminin labirint kimi bir-biri ilə bağlanan mağaralardan ibarət olduğu və uzunluğunun 640 km olduğu hesab edilir.
Mağaraya adı XVIII əsrdə verilmişdir. Bu cür adlandırılmasının səbəbi nəhəng ölçüləridir. Mağaranın mamontlarla heç bir əlaqəsi yoxdur.
Mağara XVIII əsrdə tapılanda divarlarda 1000 il yaşında olan yarasa quanosu tapılmış və bu quanodan gübrə kimi əkinçilikdə və barıt istehsalında istifadə olunmuşdur. 1810-cu ildə mağarada nəhəng yarasa sürülərinin olduğu bildirilmişdir. Amma mağaranın turizm sahəsində istifadəsi nəticəsində hazırda yarasaların sayı çox azalmışdır. Mağaralar 1840–1850-ci illərdə zənci kölə olan olan Sven Bişop tərəfindən dəqiq öyrənilmişdir. Sven Bişop mağaraların ilk planını çəkmiş və mağaradakı bir çox quruluşu o adlandırmışdır. Mağaraların ilk peşəkar şəkildə ölçülməsi 1908-ci ildə Maks Kamper tərəfindən reallaşdırılmışdır.
Mağaralar ABŞ prezidenti D.Ruzveltin dövründə 1941-ci ildə milli park elan edilmişdir. 27 oktyabr 1981-ci ildə isə YUNESKO-nun Dünya irsi siyahısına alınmışdır. 26 sentyabr 1990-cı ildə isə Beynəlxalq Biokürə Ehtiyatı olmuşdur.
Müasir dövrdə Mamont mağaralarının böyük hissəsi hələ də öyrənilməyib.