Mamestra Brassicae - Wikipedia
Mamestra brassicae (lat. Mamestra brassicae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin mamestra cinsinə aid heyvan növü.
Mamestra brassicae | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Mamestra brassicae |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xarici quruluşu
redaktəBoz rəngli kəpənəklərdir. Kənd təsərrüfatına zərər vururlar.
Həyat tərzi
redaktəAzərbaycan şəraitində 2-3 nəsil verir. Sovka pup mərhələsində qışlayır. Puplara əsasən torpağın 6-8 sm dərlinyində rast gəlinir. Quraq keçən illərdə puplar nisbətən torpağın 10-15 sm dərinliyində qışlayırlar. I nəsil kəpənəklərin yumurtaqoyma müddəti may ayının üçüncü ongünlüyündə müşahidə edilir. Kütləvi yumurtaqoyma dövrü iyun ayının axırına qədər davam edir. Dişilər öz yumurtalarını kələm yarpaqlarının alt səthinə topa halda qoyurlar. Hər yumurta topasında 10-dan 180-ə qədər yumurta olur. Yumurtaqoyma məhsuldarlığı çox yüksəkdir. Laboratoriya şəraitində bir dişi kəpənək 600-dən 2500-ə qədər, orta hesabla 1500-2000 yumurta qoya bilir. Yumurtaların inkişafı may ayının üçüncü ongünlüyündə və iyun ayının birinci ongünlüyündə 6-8 günə başa çatır. Yumurtadan tırtılların çıxması iyun ayında müşahidə edilir. II nəsil zərərvericilərin tırtıllarının puplaşması iyun ayının ortalarında baş verir. Kütləvi puplaşma iyunun üçüncü ongünlüyündən iyulun birinci ongünlüyünə qədər davam edir və bu proses iyulun axırına kimi müşahidə olunur. Qışlamış puplardan II nəsil kəpənəklərin uçuşu 45-50 günə başa çatır. Bu uçuş müddəti iyunun üçüncü ongünlüyünün sonundan avqust ayının birinci ongünlüyünə qədər davam edir. II nəsil kəpənəklərin yumurtaqoyma dövrü iyul ayının 7-14-ü arasında müşahidə olunur. yumurtaqoyma dövrü avqust ayının birinci ongünlüyünə qədər davam edir. Yumurtanın inkişafı 5-7 gün çəkir. II nəsil tırtılları iyul ayının üçüncü ongünlüyündə görməyə başlamışlar. Yumurtadan tırtılların çıxması avqust ayının axırlarına qədər davam edir. Tırtıllar sentyabr ayının 15-nə kimi müşahidə edilir. II nəslinin inkişafı 45-50 günə başa çatır.
Yayılması
redaktəBütün MDB ölkələrində, eləcə də Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma, Ukrayna, Qazaxıstan və bir çox yerlərdə yayılaraq kütləvi surətdə zərər vurmuşdur. Azərbaycanda 520 növ sovka yayılmışdır ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Azərbaycanın əsasən düzən, dağətəyi və dağlıq zonalarında yayılmışdır. Quba-Xaçmaz bölgəsində 18 növ zərərli sovka yayılmışdır ki, onlardan 6 növü xaççiçəkli bitkilərə zərər verir.