Maligin Bogazi - Wikipedia
Malıgin boğazı (rus. Пролив Малыгина) -Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Belı adasını Yamal yarımadasından ayırır. Boğaz dayazdır, dərinliyi 19 m təşkil edir. Sahilləri alcaqdır, qum və gil suxurları ilə örtülüdür. Sahilində Malıgin, Sedexanqensalya, Sadevanqutsalya, Şuberya (Belı adası), Qolovina, Yonba, Pendadasalya və Xelya (Yamal yarımadası) vardır. Uzunluğu 63 km, eni 9–27 km arası dəyişir. Boğaza Nyarka-Monqatayaxa, Sidyanyannqnqeboyaxa, Myanqnqevoyaxa və Yxadiyaxa çayları axır. Boğazın şimalında Paxa buxtası vardır. Qərqində Ostovoy, şərqində isə Tabnqo və Tyobsyanqo adaları vardır. Boğaz dənizçi və araşdırmaçı Stepan Qevriloviç Malıginin şərəfinə adlandırılmışdır. Ərazi Rusiya Federasiyası Yamal-Nenes muxtar diyarı ərazisinə aiddir.
Malıgin boğazı | |
---|---|
rus. Пролив Малыгина | |
Ümumi məlumatlar | |
Eni | minimum 9-27 km |
Uzunluğu | 63 km |
Ən böyük dərinliyi | 19 m |
Yerləşməsi | |
72°59′42″ şm. e. 70°43′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Belı adasını Yamal yarımadasından ayırır |
|