Malibeyli Ve Quscular Qetliami - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir.
Malıbəyli və Quşçular qətliamı | |||
---|---|---|---|
Dağlıq Qarabağ müharibəsi | |||
Tarix | 10 fevral - 12 fevral 1992 | ||
Yeri | Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular kəndləri | ||
Səbəbi | Bu kəndlərin strateji baxımdan əlverişli mövqedə yerləşməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
İtkilər | |||
|
|||
|
Hadisələrin gedişatı və qətliam
redaktəŞuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi.[1] 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu.
Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.
Fevralın 10-u gecə yarısı rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri Malıbəyliyə hücum etdi.[2] Kənddəki qadın və uşaqlar Quşçular kəndinə qaçdı. Kənddəki evlər yandırıldı. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşdu. Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən kəndlərə ən yaxın yaşayış məskəni Ağdam rayonunun Abdal - Gülablı kəndləri idi, lakin bu kəndlərə gedən yol ermənilərin məskunlaşdığı kəndlərdən keçirdi.
Təcavüzkar silahlı birləşmələrin tərkibi Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilərdən idi. ATƏTin Qarabağdakı sülhməramlı missiyasının iştirakı zamanı Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirildi. Bununla da Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alındı.
Nəticələr
redaktəMalıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı qətliamı, Ağdaban qətliamı və əsrin ən böyük faciələrindən biri Xocalı soyqırımı baş verdi.[3]
İstinadlar
redaktə- ↑ ATV. "Malıbəyli və Quşçular qətliamından ötən 32 il" (az.). Youtube.com. 10.02.2024. İstifadə tarixi: 2024-02-11.
- ↑ İctimai TV. ""İTV Xəbər"in çəkiliş qrupu Malıbəyli faciəsinin baş verdiyi ərazidə" (az.). Youtube.com. 10.02.2024. İstifadə tarixi: 2024-02-11.
- ↑ "Ermənilərin Xocalıdan əvvəl törətdikləri faciələr". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-02.