Maksim Boqdanovic - Wikipedia
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır.[2]
Maksim Boqdanoviç | |
---|---|
belar. Максім Адамавіч Багдановіч | |
Təxəllüsü | Maksim Knijnik (belar. Максім Кніжнік)[1] |
Doğum tarixi | |
Doğum yeri | Minsk, Minsk vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Yalta, Tavrida vilayəti, Rusiya imperiyası |
Vəfat səbəbi | Vərəm |
Vətəndaşlığı | Rusiya imperiyası |
Milliyyəti | Belarus |
Atası | Adam Boqdanoviç |
Anası | Mariya Boqdanoviç |
Təhsili |
|
İxtisası | Şair, publisist, tərcüməçi, ədəbi tənqidçi |
Fəaliyyəti | dilçi, tərcüməçi, şair, ədəbiyyat tənqidçisi, tarixçi, yazıçı, publisist |
Fəaliyyət illəri | 1907–1917 |
Əsərlərinin dili | Belarus dili, rus dili |
İstiqamət | İmpressionizm, simvolizm |
Janrlar | Şeir, poema |
İlk əsəri | Muzıka (rus. Mузыка, azərb. Musiqi) |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəMaksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir.[3] 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır.[4] 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir.[5] 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.[4] 1907-ci ildə Boqdanoviçin ilk romanı olan Muzıka-nı (rus. Mузыка, azərb. Musiqi) ehtiva edən Naşa Niva nəşr olunmuşdur. 1908-ci ilin iyun ayında şairin ailəsi Yaroslavl şəhərinə köçdü. 1911-ci ildə məktəbi bitirdikdən sonra Boqdanoviç Belorusiyanın İntibah dövrünün əhəmiyyətli şəxsləri ilə görüşmək üçün Belarusa getdi.[6] Bu şəxslər arasında Vaslau Lastouski, İvan Lukiyeviç və Anton Luçiyeviç var idi. Həmən il Boqdanoviç Yaroslavl şəhərində yerləşən bir liseydə hüquq öyrənməyə başladı. Araşdırmalar zamanı Boqdanoviç bir qəzetdə çalışmış, ədəbiyyatın çoxsaylı əsərlərini yazmışdır. Bu əsərlər həm Belorusiyada, həm də Rusiyada aktiv olaraq nəşr olunmuşdur. 1914-cü ilin əvvəllərində Vilnada yeganə şeirlər kitabı olan Vianok (azərb. Çələng) nəşr olunmuşdur.[7] 1916-cı ilin yazında, Maksim Boqdanoviç Minsk şəhərinə köçmüş və orada yerli quberniya idarəsində işləmişdir. 1917-ci ilin fevral ayında Boqdanoviç vərəm xəstəliyinə bir müalicə üçün Krıma getdi. Müalicə uğursuz olmuşdu. Bunun nəticəsində, Maksim Adamoviç Boqdanoviç 25 may 1917 tarixində, 25 yaşında, Yalta şəhərində vəfat etmişdir.[8]
İstinadlar
redaktə- ↑ Belaya S. Яраслаўль у лёсе Максіма Багдановіча: дакументальнае эсэ. Bellitfond. 2006.
- ↑ Максім Багдановіч Arxivləşdirilib 2018-11-14 at the Wayback Machine. Belarus Arxivi
- ↑ Boqdanoviç А. Е. Материалы к биографии Максима Адамовича Богдановича Arxivləşdirilib 2011-05-01 at the Wayback Machine // Шлях паэта. Успаміны і біяграфічныя матэрыялы пра Максіма Багдановіча. — Мн.: Маст. літ., 1975.
- ↑ 1 2 Astafeyev A. V., Aftafayev N. A. Писатели Ярославского края. Yaraslavl: Верхне-Волжское книжное издательство. 1974. səh. 248.
- ↑ Выдатны дзеяч беларускай культуры Браніслаў Эпімах-Шыпіла Arxivləşdirilib 2010-05-04 at the Wayback Machine. Belarus Arxivi
- ↑ Boqdanoviç M. A. Інтымны дзённік: выбр. тв. 2006.
- ↑ Danuta Biçeli. http://media.catholic.by/nv/n25/art8.htm (#bare_url_missing_title). 3(25)/2003.
- ↑ Byarozkin R. Чалавек напрадвесні: Расказ пра Максіма Багдановіча: Для ст. шк. узросту. 1986. səh. 19.
Xarici keçidlər
redaktə- Works of Maksim Bahdanovich at the Belaruskaia Palichka Arxivləşdirilib 2008-05-11 at the Wayback Machine
- Maksim Bahdanovič Literary Museum Arxivləşdirilib 2005-02-10 at the Wayback Machine
- Maksim Bahdanovich's poems translated into German Arxivləşdirilib 2008-05-11 at the Wayback Machine
- Works by Maksim Bahdanovič at LibriVox (public domain audiobooks)