Makroiqtisadi Siyaset - Wikipedia
Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir. [1]
Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bannkların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.
Monetar siyasət likvidlik tələsində effetsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda, Mərkəzi bank ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır[2].
Fiskal siyasət hökumətin dövlət büdcəsinin gəlir və xərclərindən istifadə edərək iqtisadiyyata təsir etməsidir. Bu zaman istifadə edilən iqtisadi alətlərə xərclər, vergilər, borc misal ola bilər. Məsələn, istehsal potensial səviyyəsindən aşağı olduğu zaman dövlət xərcləri boş dayanmış resursların istifadəsinə yönəldilir. Dövlət xərcləri istehsaldakı bütün boşluğu doldurmamalıdır. Çünki multiplikativ effekt hesabına dövlət xərcləri iqtisadiyyata xərcləndiyindən daha çox təsir göstərir. Belə ki, əgər dövlət yol və körpü tikintisinə vəsait ayırırsa, bu istehsalı yalnız körpünün dəyəri qədər artırmır, həm də tikintidə çalışan işçilər öz istehlaklarını (və ya investisiyalarını) çoxaldır və istehsaldakı boşluğu doldurur.
Fiskal siyasət sıxışdırıb çıxarma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.
Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fizkal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətklərin ümumi həcmi artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar. [2]
Müqayisə
redaktəİqtisadçılar adətən monetar siyasəti fiskal siyasətdən üstün tuturlar. Burada əsas iki səbəb var: [3]
- Monetar siyasət müstəqil mərkəzi banklar tərəfindən həyata keçirilməsi;
- Mərkəzi Banklar iqtisadiyyatda baş verən dəyişikliklərə fiskal siyasətə nisbətən daha çevik reaksiya verməsi.
İstinadlar
redaktə- ↑ Mayer, Thomas (2002). "Monetary polic: role of". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. Səh 495
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-12.
- ↑ Mayer, Thomas (2002). "Monetary polic: role of". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. pp. 495–499. ISBN 978-1-84542-180-9. 495