Mail Ru - Wikipedia
mail.ru — Rusiyada fəaliyyət göstərən və dövlət/hökumət nəzarətində olan populyar internet xidməti platformalarından biridir. Şirkət əsasən elektron poçt xidməti, sosial şəbəkə və müxtəlif onlayn xidmətlər təklif edir.
Mail.ru | |
---|---|
URL | Mail.ru |
Kommersiya | Bəli |
Tipi | portal |
Qeydiyyat | Tələb olunur |
Dilləri | rus dili |
Ziyarətçi sayı |
|
Sahibi | VK (şirkət) |
Açılma tarixi | 15 oktyabr 1998 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
İstifadəçilərə pulsuz elektron poçt hesabı təklif edir. Bu xidmət həm şəxsi, həm də iş məqsədli istifadə üçün məşhurdur.
Mail.ru bir neçə böyük sosial şəbəkəyə sahibdir və onları idarə edir. Əsas şəbəkələrə VKontakte (VK) və Odnoklassniki (OK) daxildir.
Elektron poçtdan əlavə, istifadəçilərə elektron bulud, xəbər xidməti, axtarış sistemi, texnoloji alətlər, video-portal və digər onlayn xidmətlər də təqdim edir.
Məşhurlaşması
redaktəMail.ru-nun geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Mail.ru-dan Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu mail xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu.[2]
İstinadlar
redaktə- ↑ Alexa Internet (ing.). 1996.
- ↑ "Rəşad Mehbaliyev, "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.