Mahpeyker Kosem Sultan - Wikipedia
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, İstanbul) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır.
Kösəm Sultan | |
---|---|
Naib-i Səltənət Validə-i Müəzzəmə Sahibət-ül Makam Validə-i Kəbir Ümmü'l Mümnin Validə-i Məktulə Validə-i Şəhidə | |
10 sentyabr 1623 – 8 avqust 1648 | |
Əvvəlki | Həlimə Sultan |
Sonrakı | Turhan Xədicə Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1589 |
Vəfat tarixi | 2 sentyabr 1651 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Regent, qul[d] |
Uşaqları |
|
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi. Saray daxilində ciddi və qəddar olaraq tanınsa da, xalq içində çox sevilmiş, hətta vəfatından sonra İstanbulda təqribən 14.000 nəfər ac qalmış, bütün şəhər əhalisi ölümündən sonra 40 gün yas tutmuşdur.
İlk illəri
redaktəKölə olaraq Topqapı Sarayının hərəminə girmədən əvvəlki həyatı bilinmir. 1590 tarixində Yunanıstanın Tinos adasında Anastasiya adı ilə dünyaya gəlməsi, atasının vəfatından sonra Bosniya bəylərbəyi tərəfindən seçilərək İstanbuldakı Osmanlı sarayının qızlar ağasına göndərilməsi rəvayət edilir.
Uzun boyu və qumral saçları ilə dönəmin Validə sultanı Safiyə Sultanın diqqətini çəkmiş, adını Mahpeykər olaraq dəyişərək himayəsinə almışdır. Kösəm Sultan kiçik yaşda hərəmdəki təhsilinə başlamış, bu dönəmlərdə III. Mehmedin vəfatı ilə taxta oturan I Əhmədə nənəsi Safiyə Sultanın hədiyyəsi olaraq təqdim edilmişdir.
Hasəkilik dönəmi
redaktəDindarlığı və dövlət idarəsindəki qabiliyəti ilə sərt bir xarakterə sahib olan I Əhmədi özünə heyran edən Kösəm Sultan 15 yaşındaykən artıq I Əhmədin hasəkisi olmuş və saraydakı rəqiblərini ötüb keçmişdir.
Saraya gəldiyi dövrlərdə sarayın ən güclü qadınları I Əhmədin nənəsi Safiyə Sultan, anası Handan Validə Sultan və şahzadə Osmanın anası Mahfiruz Xədicə Sultan idi. Ancaq Safiyə Sultanın köhnə saraya göndərilməsi və Handan Sultanın 1605 tarixindəki vəfatı ilə iki hasəkinin saray rəqabəti başladı. Bu rəqabət 1607 tarixində baş verən hadisə ilə daha da qızışdı. Venesiya elçisi Simoni Contarini və Cəlal Təmruqoğlunun xatirələrində bu hadisə belə təsvir olunur;
Bir mərasim zamanı Kösəm Baş Hasəki Mahfiruzun yerinə oturmuş və bu da onun qəzəbinə səbəb olmuşdur. Hərəmxanada bir-birləri ilə dalaşan qadınların məsələsi I Əhmədin qulağına çatmış və gənc Sultan iki hərəmini də dannamışdır. |
Daha sonra bu rəqabətə I Əhmədin üçüncü qadını olan Fatma Sultan da daxil omuşdur. Ancaq bütün bunlara baxmayaraq Sultan I Əhməd qadınları arasından yalnız Kösəm Sultanla nikah bağlamışdır.
Kösəm Sultan Mehmed, Murad, Qasım və İbrahim adlı şahzadələrdən başqa Ayşə, Fatma, Gövhərhan vəXanzadəların da anasıdır. Tarixçilərin yazdıqlarına görə Kösəm Sultan ilk illərində sakit və durğun həyat sürmüş, dinə bağlı olan əri I Əhmədlə birlikdə tez-tez dərgahlara gedərək xeyriyyə işləri ilə məşğul olmuşdur. Qüvvətlli xarakteri ilə atası III. Mehmeddən fərqlənən I Əhməd öz hərəmini dövlət işlərindən uzaq tutmuş və bu səbəbdən də Kösəm Sultan hasəkilik dövründə siyasətlə yaxından məşğul olmamışdır. Ancaq hasəkilik dönəmində gələcəyi üçün özünü sığortalamış, qızlarını dövrün ən güclü paşaları ilə evləndirərək divanda nüfuz sahibi olmuşdur. Onun saraydakı gücünü artıran ən önəmli hadisə isə böyük qızı Ayşə Sultanın evliliyi olmuşdur. Belə ki, hələ 6 yaşında olan qızı Ayşə Sultanı 1612 tarixində Sədrəzəm Nasuh Paşa ilə evləndirmiş, saray adətlərinə görə həddi buluğa çatdıqdan sonra Paşanın sarayına gəlin köçürmüşdür. Ancaq Nasuh Paşanın sədarət dövrü uzun çəkmədi. 18 oktyabr 1614 tarixində sarayına göndərilən cəlladlar sədrəzəmi, 9 yaşlı Ayşə Sultanın gözünün önündə boğaraq edam etmişdir. Bundan sonra sədarətə digər qızı Gövhər Sultanın əri Öküz Mehmed Paşa gətirildi. 1616 tarxində I Əhməd böyük oğlu şahzadə Osmanın təhlükəsizliyi üçün Kösəm Sultanın oğluna yaxınlaşmasını qadağan etmişdir. Çünki Kösəm Sultan əri I Əhməddən sonra taxta oğlu Şahzadə Mehmedin gəlməsini istəyirdi. Ancaq şahzadə Osmanı aradan qaldırmadan 1617-ci il 22 noyabra keçən gecə əri I Əhmədin ölümü ilə 27 yaşında dul qalmışdır.
Sürgün illəri
redaktəƏri öldükdən sonra taxta qaynı I. Mustafanın keçməsində önəmli rol oynamışdır. Taxta keçdiyi ilk gündən bəri dövlət məsələləri ilə məşğul olmayan I. Mustafa dövlət nəznində layiqincə padşah ola bilmədi və beləliklə, taxta çıxdıqdan 96 gün sonra – 26 fevral 1618-ci ildə baş verən saray çevrilişi ilə taxtdan endirildi. Yerinə əri I Əhmədin digər qadından olan böyük oğlu II. Osman taxta keçdi.
Ancaq II. Osman əslində validəsi Mahfiruz Sultan və lələsi Ömər Əfəndinin əlində oyuncağa çevrilmişdi. Lələ Ömər Əfəndinin sultanın ağlına saldığı islahat fikirləri Kösəm Sultanı sevindirirdi. Çünki Yeniçəri Ocağının ləğvi, qızlar ağası ilə birlikdə zənci hərəm ağalarının saraydan qovulması kimi ağlasığmaz islahat fikirləri həm xalq, həm ordu, həm də saray içində yaxşı qarşılanmayacaqdı. Gələcəkdə baş verə biləcək fırtınanı qabaqcadan hiss edən Kösəm Sultan vəliəhd oğlu Şahzadə Mehmedi taxt üçün hazırlamağa başladı.
Ancaq Kösəm Sultanın saraydakı gücündən çəkinən II. Osman anasının təkidi ilə köhnə saraya sürgün edildi. Buna baxmayaraq hələ şahzadəlik dönəmindən Kösəm Sultanla yaxşı münasibət quran II. Osman sürgün illərində onu 3 dəfə ziyarət etmişdir. Mahfiruz Xədicə Sultanın 1620 tarixindəki ölümündən sonra sarayda siyasi boşluq yaranmışdı. Bu qarışıqlıqdan qorxan II. Osman 1621 tarixindəki Lehistan Səfərinə çıxmadan öncə taxt namizədi və Kösəm Sultanın böyük oğlu 16 yaşlı Şahzadə Mehmedi boğduraraq edam etdirdi. Bu hadisədən sonra II. Osmana qarşı nifrət hissi artan Kösəm Sultan II. Osmanı devirmək və digər oğlu şahzadə Muradı taxta oturtmaq üçün fəaliyyətə başladı.
Xalq arasında yaratdığı qarışıqlıq və sarayda başlatdığı üsyanla II. Osmanı devirən Kösəm Sultanın planları düz işləmədi və bu səbəbdən oğlu şahzadə Muradın yerinə məhbus sultan I. Mustafa taxta oturdu. I. Mustafanın anası Həlimə Sultan və kürəkəni Sədrəzəm Qara Davud Paşa tərəfindən II. Osmanın faciəvi şəkildə edamı xalq arasında qarışıqlığa səbəb olmuşdur. Kösəm Sultan da bu qarışıqlıqda istifadə edərək sipahi dəstələrinə külli miqdarda rüşvət payladı və Sultan Osmanın qatili Davud Paşanın kəlləsini istəmə bəhanəsilə üsyançıları Topqapı Sarayına topladı. Qara Davud Paşanı qoruya bilməyən Validə Həlimə Sultan kürəkənini üsyançılara təslim etsə də, üsyanlar dayanmadı. İstanbulda baş verən qarışıqlıqlar və Anadoluda alovlanan üsyanlar Osmanlı taxtına dövlət işləri ilə daha yaxından məşğul olan bir sultanın gəlməsini zəruri etdi.
Beləliklə, Sədrəzəm Kəmankeş Əli Paşanın və Kösəm Sultanın dəstəyi, dövrün şeyxülislamı Yəhya Əfəndinin də razılığı ilə I. Mustafa 10 sentyabr 1623 tarixində yenidən devrildi. Nəhayət, Kösəm Sultan illərdir apardığı taxt mübarizəsində qalib gəldi və 11 yaşlı oğlu IV. Muradı taxta oturtdu. Oğlunun yaşının az olması səbəbi ilə Səltənət naibəsi olaraq 10 il Osmanlı dövlətini şəxsən özü idarə etmişdir.
Validə sultanlıq dönəmi
redaktəSultan Murad dövrü
redaktəIV. Murad taxta keçər keçməz sürətli bir təhsil müddətinə başladı. Bu müddət ərzində isə padşahın adına dövləti onun anası Mahpeykər Kösəm Sultan "Səltənət naibəsi" olaraq idarə etməkdə idi. Padşahın yerinə dövləti onun anasının idarə etməsi isə Osmanlı tarixində bir ilk idi və nəticələri də ağır oldu. Belə ki, Səfəvilər İraqı ələ keçirdib, Bağdad da daxil olmaq üzrə bir neçə yerdə sünniləri qılıncdan keçirmişdi. Səfəvi orduları Mardin şəhərinə qədər irəliləmiş, Yaxın Şərqdə sünni-şiə tarazlığı pozulmuşdu. Krım, Yəmən, Livan və Misirdə ciddi üsyanlar baş vermişdi. Abaza Mehmed Paşa şərqi Anadoluda iki dəfə üsyan başlatmışdı. Yeniçərilərə verilən maaşlar artır amma buna baxmayaraq alınan verginin miqdarı günü gündən azalırdı. Səfəvilərə qarşı apardığı siyasətdə uğursuz olan Hüsrəv Paşanın sədarətdən qovulmasını bəhanə edən əhali 1632 tarixində saraya zorla daxil olub sultandan keçmiş sədrəzəm də daxil olmaqla 17 dövlət adamının kəlləsini istədi. Yeni sədrəzəm Hafiz Paşa yeniçərilər tərəfindən öldürüldü və bir çox dövlət adamının evinə hücumlar oldu. Sultandan şahzadələrini tələb edən yeniçəriləri isə şeyxülislam və sədrəzəm yatırdı.
Kösəm Sultan Anadoludakı üsyanları yatırmaq üçün güclü siyasət aparsa da, nəticə əldə edə bilmirdi. Təqribən 10 illik hakimiyyəti dövründə 8 sədrəzəm, 9 dəftərdar dəyişdirmiş, hər zaman xalqın yanında olmuşdur. Xeyriyyə cəmiyyətləri qurmuş, borca görə məhbus olan insanların borclarını ödəyərək onları azad etmiş, kasıblar üçün aşxanalar açdırmışdır.
Keçən 10 il ərzində IV. Murad təlim-tərbiyə dərslərini başa çatdırmış və dövlət işləri ilə maraqlanmağa başlamışdı. Rəvayətə görə, günlərin bir günü bütün yeniçəriləri mərasim bəhanəsi ilə Sultan Əhməd Meydanına yığan Sultan IV. Murad, yeniçərilərdən birinin onun yaşına lağ etməsindən əsəbləşib qılıncı ilə həm yeniçərini, həm də atını ikiyə bölmüşdür. Bu hadisədən sonra öncə bacısı Ayşə Sultanın əri Hafiz Əhməd Paşanı, daha sonra digər bacısı Gövhərxan Sultanın əri Topal Rəcəb Paşanı edam etdirmiş, anası Kösəm Sultanı da köhnə saraya göndərərək əsl səltənət dönəmini başlatmışdır.
Buna baxmayaraq Kösəm Sultanın oğlu üzərindəki gücü hələ də azalmamışdı. Belə ki, Mahfiruz Sultanın ölümündən sonra xalaları Şahincan Xatunun himayəsində böyüyən şahzadə Süleyman və şahzadə Bəyazid, xalasının sürgünə yollanması ilə Kösəm Sultanın insafına qalmışdılar. Kösəm Sultanın da təkidi ilə İrəvan səfərinə hazırlaşan IV. Murad 2 qardaşını da boğduraraq edam etmişdir. Beləliklə, Osmanlı xanədanı Kösəm Sultanın övladları ilə davam edəcəkdi. Buna baxmayaraq öz oğlu Şahzadə Qasımın edamının qarşısını ala bilmədi.
IV. Murad ölüm döşəyində ikən qəfəs həyatı yaşayan doğma qardaşı şahzadə İbrahimin də öldürülməsi barədə əmr versə də, şahzadə İbrahimin ailənin tək oğlan övladı olması səbəbi ilə Kösəm Sultanın da razılığı alınaraq IV. Muradın əmri icra olunmamış və ondan sonra taxta şahzadə İbrahim oturmuşdur. IV. Muradın bu əmri vermə səbəbi isə qardaşı İbrahimin zəif xarakterli olması və əgər taxta keçərsə, ölkənin böyük bir uçuruma doğru getməsinə inanması idi.
Sultan İbrahim dövrü
redaktəI. İbrahim şahzadəlik dönəmində hər an öldürüləcəyi qorxusu ilə yaşamış, bu səbəbdən psixoloji cəhətdən zəif xarakteri vardı. Bundan istifadə edən Kösəm Sultan bu oğlunun da səltənətində söz sahibi oldu. İbrahim taxta çıxanda Osmanlı xanədanı pis vəziyyətdə idi. Sultan İbrahim xanədanın tək kişi varisi idi və hələ də şahzadəsi yox idi. Bu səbəbdən Topqapı Sarayına dünyanın dörd tərəfindən cariyələr, cadugərlər gəlməyə başlamışdı. Gələn cadugərlər arasında ən məşhuru Cinci Xoca ləqəbi ilə tanınan Safranbolulu Qarabaşzadə Hüseyn Əfəndidir. Nəhayət, taxta çıxdıqdan 2 il sonra Sultan İbrahimin 3 oğlu : şahzadə Mehmed, şahzadə Süleyman və şahzadə Əhməd dünyaya gəldi. Bunun qarşılığında Kösəm Sultan Cinci Xocaya Safranboluda imarət tikdirmişdir.
Sultan İbrahimin ilk hasəkisi olan, əslən ukraynalı olan Turhan Xədicə Sultanın 2 yanvar 1642 tarixində ilk oğlan uşağını dünyaya gətirməsi sarayda böyük bir şənliyə səbəb oldu. Şahzadə Mehmedin təlim-tərbiyəsi ilə Kösəm Sultanın qızı Atiyə Sultan şəxsən özü maraqlanmışdır. I. İbrahimin 1647 tarixində evləndiyi səkkizinci hasəkisi Hüma Şah Sultanın saraya gəlişi ilə Kösəm Sultan gözdən düşdü. Hətta, I. İbrahim bacıları Ayşə Sultan, Fatma Sultan, Xanzadə Sultanın və qardaşı qızı Əsməhan Qaya Sultanın bütün mülklərini əllərindən alaraq Hüma Şah Sultana hədiyyə etmişdir. Bundan sonra oğlunun təkbaşına hakimiyyətə can atmasını hiss edən Kösəm Sultan gözünü belə qırpmadan öz doğma oğlundan imtina etmiş və dövlət adamları ilə görüşərək oğlu I. İbrahimi devirmişdir.
Sultan Mehmed dövrü
redaktəSultan İbrahimin taxtdan endirilərək yerinə uşaq yaşdakı şahzadə Mehmedin sultan olması, Kösəm Sultanı gücləndirmişdi. Çünki IV. Mehmed hələ 6 yaşında idi və 21 yaşlı anası Turhan Xədicə Sultan dövlət işlərində hələ çox şeyləri bilmirdi. Nəvəsinin səltənəti dönəmində "Validə-i Müəzzəm" olaraq anılan Kösəm Sultan Yeniçəri Ocağını öz tərəfinə çəkmişdi.
Əsnafla yeniçərilər arasındakı mübarizədə yeniçərilərin tərəfini tutan Kösəm Sultan saraydakı gücünün yavaş-yavaş azaldığını hiss edirdi. Turhan Xədicə Sultanın hərəm ağalarının dəstəyini alması ilə dövlət işlərinə qarışması Kösəm Sultanı narahat etməyə başladı. Belə ki, Kösəm Sultanın nəvəsi Əsməxan Sultanın əri Sədrəzəm Mələk Əhməd Paşanın sədarətdən qovulması və Turhan Sultan tərəfdarı olan Siyavuş Paşanın sədrəzəm təyin olunması Kösəm Sultanın səbrini daşırdı. Belə ki, artıq yeni bir saray çevrilişinin vaxtı gəlib çatmışdı. Kösəm Sultanın hazırladığı plana görə Halvaçıbaşı Üveys Əfəndi IV. Mehmedə zəhərli şərbət içirtməli və yerinə I. İbrahimin digər oğlu şahzadə Süleyman gətirilməli idi. Çünki onun anası Saliha Dilaşub Sultan daha mülayim və Kösəm Sultan tərəfdarı idi. Ancaq Kösəm Sultanın Mələk Xatun adlı xidmətçisinin bu xəbəri Turhan Sultana çatdırması bütün planları pozdu. IV. Mehmedi öldürə bilməyən Kösəm Sultan yeni bir plan hazırladı. Plana görə 2 sentyabr 1651 tarixində iftardan sonra Süleymaniyyə Məscidinə toplanan yeniçərilər gizli yolla Topqapı Sarayına buraxılmalı və IV. Mehmedlə tərəfdarlarını qətlə yetirməli idi. Ancaq bu dəfə də planı pozulan Kösəm Sultan Lələ Süleyman ağanın rəhbərlik etdiyi hərəm ağalarından ibarət bir qrup tərəfindən gizləndiyi xüsusi bölmədən çıxarılaraq otağında qətlə yetirilmişdir. Bu edam o qədər faciəvi olmuşdur ki, otağın hər tərəfi qana bulanmışdı. Ömrü boyu yenilikçi hərəkətləri ilə tanınan Kösəm Sultan ölümü ilə də yenilik etdi. Belə ki, Kösəm Sultan Osmanlı tarixinin qətlə yetirilən ilk validə sultanı olmuşdur.
Övladları
redaktəOğlan uşaqları
redaktə- Şahzadə Mehmed (8 mart 1605–12 aprel 1621) — II Osman tərəfindən edam edildi.
- IV Murad (27 iyul 1612 – 8 fevral 1640) — 17. Osmanlı padşahı və 96. İslam xəlifəsidir.
- Şahzadə Süleyman (1613–27 iyul 1635) — IV Murad tərəfindən boğduruldu.
- Şahzadə Qasım (1614–1638) — IV Murad tərəfindən boğduruldu.
- I İbrahim (5 noyabr 1615–18 avqust 1648) — 18. Osmanlı padşahı və 97. İslam xəlifəsidir.
Qız uşaqları
redaktə- Ayşə Sultan (1605–1657)
- Fatma Sultan (1606–1670)
- Gövhərxan Sultan (1608–1660)
- Xanzadə Sultan (1609–1650)
- Atikə Sultan (1613–1672)
Xeyriyyə işləri
redaktəƏtrafındakı bütün kasıb və yardıma möhtac insanlara kömək etmişdir. Hər il Rəcəb ayında şəhər həbsxanalarına gedərək, borca görə həbsə düşən insanların borcunu ödəyərək azadlığa buraxmışdır. Ancaq bu adətini qatil insanlara tədbiq etməmişdir. 1640 tarixində tikilən Üsküdar Çinili məscid külliyəsi, Anadolu Qavağı, Validə mədrəsəsi məscidini fəaliyyətə açmışdır. Bundan başqa Məkkə və Mədinəyə də maddi yardım göstərmişdir.
Mədəni irsi
redaktə- TRT yapımı IV Murad (1980) serialinda Ayten Göcker tərindən canlandırıldı
- İstanbul qanadlarımın altında (1996) filmində Zuhal Olcay tərəfindən canlandırıldı
- Mahpeykər (2010) filmində isə Kösəm Sultanın gəncliyini Damla Sönmez, yaşlılığını isə Selda Alkor canlandırdı
- Muhteşem yüzyıl-Kösem (2015-2017) serialının ilk mövsümündə Kösəm Sultan obrazını yunan aktrisası Anastasiya Tslimpiou və türk aktrisası Beren Saat oynamışlar. II mövsümdən etibarən isə türk aktrisası Nurgül Yeşilçay canlandırmışdır.
İstinadlar
redaktəMənbə
redaktə- BA, Muhasebe Evkaf Defteri, nr. 5493;
- Kâtib Çelebi, Fezleke, II, 38, 160, 220, 309, 367, 376;
- Solakzâde, Târih, TSMK, III. Ahmed, nr. 3078, vr. 462a-b, 476b-477a;
- Karaçelebizâde Abdülaziz Efendi, Zeyl-i Ravzatü’l-ebrâr (haz. Nevzat Kaya, doktora tezi, 1990), İÜ Ed. Fak. Genel Kitaplık, nr. TE 81, s. 3-5,12-18, 32, 33, 41, 70, 73, 91, 99, 100, 103, 104, 105, 113, 115, 118-119, 120, 123, 124, 162-163;
- Mehmed Halîfe, Târîh-i Gılmânî, İstanbul 1340, s. 21-22;
- Vecîhî Hasan, Târih, İÜ Ktp., TY, nr. 2543, vr. 29b, 32b, 44b, 45a;
- Rycaut, Histoire de l’état présent de l’Empire ottoman (trc. Briot), Paris 1670, IV. bl.;
- Naîmâ, Târih, II, 262;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 215-216, 218;
- a.mlf., Mecmûa-i Tevârîh (haz. Fahri Ç. Derin – Vâhid Çabuk), İstanbul 1985, s. 235, 282;
- Hammer (Atâ Bey), VIII, 186;
- Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, s. 130-131;
- Ahmed Refik [Altınay], Kadınlar Saltanatı, İstanbul 1332/1923, II-IV, tür.yer.;
- a.mlf., Samur Devri, İstanbul 1927, tür.yer.;
- İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943–45, I, 23, 74, 78;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, bk. İndeks;
- a.mlf., Saray Teşkilâtı, s. 48, 93, 96, 141, 156, 157;
- Danişmend, Kronoloji, III, 257, 263, 266, 270, 301, 302, 325, 354, 409, 412, 416, 417;
- R. Mantran, 17. Yüzyılın İkinci Yarısında İstanbul (trc. Mehmet Ali Kılıçbay – Enver Özcan), Ankara 1990, I, 78-79, 102, 234;
- M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1992, s. 47, 48-49, 50, 57, 58, 60, 62;
- a.mlf., Harem, Ankara 2001, II, 33, 35, 42, 49, 56, 62, 63, 65, 87, 92, 122;
- L. P. Peirce, Harem-i Hümayun: Osmanlı İmparatorluğu’nda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 1996, tür.yer.;
- İnci Enginün, Yeni Türk Edebiyatı Araştırmaları, İstanbul 1998, s. 69-76;
- Mücteba İlgürel, “Kösem Sultan’ın Bir Vakfiyesi”, TD, sy. 21 (1966), s. 83-94;
- M. Cavid Baysun, “Kösem Sultan”, İA, VI, 915-923;
- a.mlf., “Murad IV”, a.e., VIII, 625-647;
- a.mlf., “Kösem Wālide”, EI2 (İng.), V, 272-273;
- Feridun Emecen, “İbrâhim”, DİA, XXI, 279-280