Mahmud Melmasi Azarm - Wikipedia
Mahmud_Məlmasi-Azarm - Haqqında Məlumat
Mahmud Məlmasi-Azarm — azərbaycanlı şair və alim. Hümam Təbrizinin nəslindəndir.[1][2]
Mahmud Məlmasi-Azarm | |
---|---|
محمود ملماسی | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Dəfn yeri | Şüəra məqbərəsi |
Vətəndaşlığı | İran İslam Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili |
Azərbaycan dili Fars dili |
Həyatı
redaktəMahmud Məlmasi-Azarm, 1917-ci ildə Təbriz şəhərində anadan olmuşdur.
Seyid İbrahim Darvazeyenin qızı ilə ailə həyatı qurmuşdur. 5 oğlan (Ələddin, Rüknəddin, Ziyaləddin, Firudin və Fərrux) və 1 qız olmaqla 6 övladı olmuşdur.
Təhsili
redaktəHələ 5 yaşı olarkən oxuma və yazmanı öyrənmişdir. İlkin dövrlərdə müəllimi atası olmuşdur, lakin sonrakı dövrlərdə müəllimi Mirzə Möhsün Ədib Üləma olmuşdur.[3] 9 yaşı olarkən Sədinin Gülüstan əsərini, 13 yaşı olarkən isə Kəlilə və Dimnə əsərini oxuyub bitirmişdir. Həyatının bu dövrlərində fars dilli və azərbaycan dilli ədəbiyyatı öyrənmişdir.[4]
Ölümü
redaktə1991-ci ilin 23 iyununda vəfat etmişdir. Şüəra məqbərəsində dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ "Mahmoud Melmasi - Azarm". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Best Famous Mahmoud Melmasi - Azarm Poems". 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Mahmoud-Melmasi-–-Azarm Topics". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Mahmoud Melmasi – Azarm". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.