Mhp - Wikipedia
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya.
Milliyətçi Hərəkat Partiyası | |
---|---|
Sədri | Dövlət Baxçalı |
Qurucu | |
Quruluş tarixi | 9 fevral 1969 |
Birləşən | Aydınlıq Türkiyə Partiyası (2010) |
Bölünmə |
Böyük Birlik Partiyası (1993) Aydınlıq Türkiyə Partiyası (1998) İYİ Partiya (2017) |
Xələfi |
Cümhuriyyətçi Kəndli Millət Partiyası (1969 üçün) Milliyətçi Çalışma Partiyası (1993 üçün) |
Baş qərargah | |
İdeologiya | Türk milliyyətçiliyi, Türkçülük, Avropa skeptisizmi, Turançılıq, milli mühafizəkarlıq[d], sosial mühafizəkarlıq[d], Ülküçülüq, millətçilik |
İdeoloji spektr | ifrat sağçılıq, sağçılıq |
Üzv sayı | ▲ 495.644[1] |
Parlamentdə |
50 / 600 |
Bələdiyyədə |
|
Saytı | mhp.org.tr |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1969–1980
redaktəMHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi.
MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi. 1969-cu il seçkilərində Alparslan Türkeş Adanadan millətvəkili seçildi və 1973-cü ilə qədər MHP parlamentdə bir nəfərlə təmsil olundu.
1973 seçkisində partiya 3 deputatla parlamentə girdi. 1 aprel 1975-ci ildə Milliyyətçi Cəbhə Hökumətinə (39. Türkiyə hökuməti) daxil edildilər. Alparslan Türkeş və Mustafa Kamal Erkovan kabinetdə vəzifəyə təyin olundular. 22 iyul 1977-ci ildə 3,4% səs faizi 6,4%-ə yüksəldi və MHP 16 deputatla parlamentdə fraksiya yaratdı. Partiyadan həmçinin Senata da üzv seçildi. Seçkidən sonra II Milliyyətçi Cəbhə Hökuməti quruldu (41. Türkiyə hökuməti). Baş nazirin müavini olaraq Alparslan Türkeş təyin olundu. Ağah Oktay Güner, Cengiz Gökçek, Gün Sazak və başqa 5 nəfər də nazir təyin edildi.
Milliyyətçi Hərəkat Partiyası millətçi mühafizəkar bazaya müraciət edir. Milli Səlamət Partiyası ilə fikir ayrılığı isə millətçilik üzərində idi. Alparslan Türkeş "Başbuğ" kimi görülürdü.
MHP üzvlərinin çoxu 1970-ci illərdəki toqquşmalarda solçular tərəfindən öldürüldü. Qarşıdurmalara idealistlərin öldürülməsini təşviq edən Ankara Oğlan Texniki Ali Məktəbi tələbəsi, idealist Ertuğrul Dursun Önkuzuya 23 noyabr 1970-ci ildə solçu tələbələr tərəfindən 3 gün işgəncə verildi. Bu hadisədən sonra solçu gənclər və idealist gənclər tez-tez toqquşdular. Ülkücü jurnalist, yazıçı və millət vəkili İlhan Darendelioğlu, sədr müavini və nazir Gün Sazak, MHP İstanbul Təşkilatı Başqanı Rəcəb Haşatlı və oğlu sol təşkilatların təşkil etdiyi sui-qəsdlərdə öldürüldü.
MHP Ülkü Ocaqlarının 1975-ci ildən bəri ölkənin hər yerində baş verən terror hadisələrində partiyanı ittiham etməsi ilə üzləşdi. Boz Qurdlar və ya "komando" gənclər və sosialist sol silahlılarının toqquşması ölkənin vətəndaş müharibəsinə götürdüyündən bir çox mənbələrdə qeyd edilmişdir. Əsgərlər çevrilişdən sonra verdiyi açıqlamalarda bunu çox vurğulamışdılar.
Boz Qurdun əsas şüarı "Tanrı türkü qorusun" idi. Partiya bir dönəm milli sosializm, sol faşist tərəfdarlarığı ilə ittiham edildi. Partiya ittihamları rədd etdi və Mustafa Kamal Atatürk prinsiplərinə uyğun olaraq "Türk-İslam idealı" (idealizm) tərəfdarı olduqlarını bildirdi. Baxışları MHP daxilindəki qarışıqlıqda irqçiliyə yaxın olduğu müəyyən edilənlər partiyadan qovuldu.
Alpaslan Türkeş 1976-cı ildə Məkkəyə getdi və hacı oldu. 1977-ci ildə Nəcib Fazıl Qısakürəkdən dəstək qazandı. O, Milli Səlamət Partiyasından ümidini itirdiyini bəyan etdi.
MHP-nin rəsmi gündəlik qəzeti "Hər gün" qəzeti idi. Daha akademik qəzet Orta Şərq idi, Orta Şərqdə 'millətçi və vicdanlı professorlar işləyirdi.
Bayraq , Millətlər və Milli Ülkü, qəzetləri və Ədalət Partiyasının media orqanları da partiyanı o zamanlar dəstəklədi. Töre jurnalı partiyanın fikirlərini elmi əsaslarla araşdırırdı.
1983–1993
redaktə12 sentyabr 1980-ci ildən 1983-cü ilədək bağlı qalan MHP xətti yeni siyasi partiyaların qurulmasına icazə verdi. Nəticədə Mühafizəkarlar Partiyası MHP-nin davamçısı olaraq quruldu. Bu partiya 1985-ci ildə adını Milliyətçi Əkinçi Partiyası olaraq dəyişdirdi. 1987-ci il referendumundan sonra Türkeşin siyasi qadağası ləğv edildi və MHP-nin tarixi lideri MÇP sədri oldu.
1993–1997
redaktəSadi Somuncuoğlunun bütün səylərinə baxmayaraq, MÇP qurultayı 27 dekabr 1992-ci ildə 1979-cu ildə nümayəndə heyəti ilə toplandı.
24 yanvar 1993-cü ildə keçirilən fövqəladə qurultayla partiyanın adını MHP olaraq dəyişdirmək qərarı verildi.
1994 bələdiyyə seçkilərində Amasya, Çankırı, Ərzincan, Qars, Kastamonu, Kırşehir, Yozgat və Iğdır vilayətlərinin bələdiyyələri ilə birlikdə cəmi 118 bələdiyyə qazanıldı.
1995-ci il Türkiyədə parlament seçkilərində MHP 8,2% səs topladı, lakin 10%-lik seçki həddini keçə bilmədiyi üçün parlamentdə təmsil oluna bilmədi.
1997–2002
redaktəMHP sədri Alparslan Türkeşin ölümündən sonra, 18 may 1997-ci ildə keçirilmiş partiyanın qurultayında 6 namizəd sədrlik uğrunda mübarizə apardı. Səsvermənin ilk turunda Tuğrul Türkeş 412 səs, Dövlət Baxçalı 359, Ramiz Ongun 231, Enis Öksüz 104, Muharrem Şemsek 80, İbrahim Çiftçi 13 səs aldı.
Əlbəyaxa dava səbəbiylə qurultay başqa bir tarixə təxirə salındı. 6 iyul 1997-ci ildə keçirilən ikinci səsvermədə Alparslan Türkeşin oğlu Tuğrul Türkeş 487 səs alarkən, 697 səs alan Dövlət Baxçalı sədr seçildi.
23 noyabr 1997-ci ildə keçirilən qurultayda Baxçlı və Türkeş sədrlik üçün yenidən üz-üzə gəldi. Türkeş 483, Baxçalı 671 səs aldı. Nəticədə Baxçalı yenidən sədr seçildi.
1999 Türkiyə bələdiyyə seçkilərində Afyonkarahisar, Aksaray, Amasya, Bayburt, Çankırı, Ərzincan, Ərzurum şəhər bələdiyyələri ilə birlikdə MHP cəmi 498 bələdiyyə qazandı.
MHP 1999-cu il Türkiyə parlament seçkilərində 17,98% səs alaraq ən çox səs toplayan ikinci partiya oldu və 129 millət vəkili TBMM-yə seçildi. DSP, ANAP və MHP arasında koalisiya quruldu. Dövlət Baxçalı baş nazirin müavini təyin edilid. MHP koalisiyasının ikinci ən böyük koalisiya tərəfdaşı oldu. V Ecevit hökumətinə qoşularkən Rahşan Ecevit ilə problemləri olan MHP yenə də koalisiyada çalışdı, ancaq iqtisadiyyat çökdükdən sonra Kamal Dərviş ilə razılaşa bilmədi. Çağırış sonunda Türkiyə Böyük Millət Məclisində MHP-nin 125 millət vəkili qaldı.
Daha sonra prezidentin və Dövlət Baxçalı tələbi ilə 2002-ci ilin iyulunda qəbul edilmiş qərarla erkən seçki keçirildi. 3 noyabr 2002 tarixində parlament seçkiləri tarixə keçdi. MHP-nin səs faizi 8,3%-ə düşdüyü üçün TBMM-yə daxil ola bilmədi.
2002–2015
redaktəPartiya 2002-ci il seçkilərində TBMM-də təmsil olunma fürsətini itirəndən sonra, Dövlət Baxçalı 2003-cü ildə keçiriləcək fövqəladə qurultayda sədrliyi tərk edəcəyini bildirərək "Məsuliyyət özümə aiddir" dedi. 12 oktyabr 2003-cü ildə keçirilmiş partiya qurultayında Baxçlı ən yaxın rəqibi Ramiz Ongünün 300 səsinə qarşı 688 səs alaraq yenidən sədr seçildi.
MHP 2004 Türkiyə bələdiyyə seçkilərində Kastamonu, Niğde, Gümüşhane, Iğdır şəhər bələdiyyələri ilə birlikdə cəmi 247 bələdiyyə qazandı.
2007 Türkiyə parlamenr seçkilərində MHP 14% səs toplayaraq 71 millətvəkili ilə TBMM-də təmsil olundu
MHP 2009 Türkiyə bələdiyyə seçkilərində 10 böyükşəhər bələdiyyəsindən biri daxil olmaqla, cəmi 490 bələdiyyə qazandı.
MHP 2011 Türkiyənin parlament seçkilərində 14,27% səs topladı və parlamentdə 53 yer qazandı.
2014 Türkiyənin bələdiyyə seçkilərində 116 bələdiyyə qazandı.
İyun 2015 Türkiyə parlament seçkilərində 16,29% səs topladı və Məclisdə yenidən qurulan fraksiyada 80 yer qazandı.
Noyabr 2015 Türkiyə parlament seçkilərində isə 11,94% səs toplayaraq 40 millətvəkili ilə qrupu yaratdı.
Məclis prosesi
redaktəTürkiyənin 2015-ci ilin Noyabr ayında keçiriləcək parlament seçkiləri səbəbi ilə fövqəladə qurultay tələbi MHP mərkəzinə 547 nümayəndə tərəfindən göndərildi. Meral Akşener, Sinan Oğan və Koray Aydın qurultay çağırdılar və sədrliyə namizəd olduqlarını açıqladılar. Baxçalı qurultay çağırışlarını rədd etdi, lakin qurultay 18 mart 2018 tarixində keçirildi. Partiya rəhbərliyi Ankara 2-ci Sülh Sülh Məhkəməsindən imzalara qarşı iş üzrə qərar verilməsini istədi.
Baxçalıya qarşı sədrloyini elan edən 6 müxalif namizədin iştirakı ilə MHP-nin 6-cı Fövqəladə Böyük Qurultayı toplandı. Tənzimləmə qanunnaməsi olaraq təyin olunan qurultayda baş qərargah başqa cür iddia etdiyi halda, notariusun iştirakı ilə qurultay iştirakçılarının sayının çatdığı təsdiqləndi. Partiya nizamnaməsindəki 13 maddə qurultaya təklif olunan dəyişikliklərlə yeniləndi. Dəyişikliklərlə "partiyanın tənzimlənməsində fövqəladə qurultay" sədrinin seçilməsinə mane olan maddə "seçilə bilən" olaraq dəyişdirildi.
2015-indiki
redaktəMHP Türkiyə 2018 parlament seçkilərini 11% səs ilə tamamladı.
2019 Türkiyə bələdiyyə seçkilərində MHP 166 bələdiyyə qazandı.
Seçkilər
redaktəParlament Seçkiləri
redaktəSeçki | Xəritə | Partiya sədri | Səs | Mandat | TBMM | Sıra | |||
---|---|---|---|---|---|---|---|---|---|
# | % | ± | # | ± | |||||
1969 | Alparslan Türkeş |
274,225 | 3.02% | — | 1 / 450
|
— | Müxalifət | 5. | |
1973 | Alparslan Türkeş |
362,208 | 3.38% | ▲ 0,36 | 3 / 450
|
▲ 2 | Müxalifət | 6. | |
1977 | Alparslan Türkeş |
951,544 | 6.42% | ▲ 3,04 | 16 / 450
|
▲ 13 | Koalisiya | 4. | |
1981-1993-cü illərdə bağlı idi. | |||||||||
1995 | Alparslan Türkeş |
2,301,343 | 8.18% | ▲ 1,76 | 0 / 550
|
▼ 16 | Sərhəddi keçə bilmədi | 6. | |
1999 | Dövlət Baxçalı |
5,606,634 | 17.98 | ▲ 9,80 | 129 / 550
|
▲ 129 | Koalisiya | 2. | |
2002 | Dövlət Baxçalı |
2,629,808 | 8.35% | ▼ 9,63 | 0 / 550
|
▼ 129 | Sərhədi keçə bilmədi | 4. | |
2007 | 150px | Dövlət Baxçalı |
5,001,869 | 14.27% | ▲ 5,92 | 71 / 550
|
▲ 71 | Müxalifət | 3. |
2011 | Dövlət Baxçalı |
5,585,513 | 13.01% | ▼ 1,26 | 53 / 550
|
▼ 18 | Müxalifət | 3. | |
2015 İyun | Dövlət Baxçalı |
7,520,006 | 16.29% | ▲ 3,28 | 80 / 550
|
▲ 27 | Müxalifət | 3. | |
2015 Noyabr | Dövlət Baxçaıı |
5,694,136 | 11.90% | ▼ 4,39 | 40 / 550
|
▼ 40 | Müxalifət | 4. | |
2018 | Dövlət Baxçalı |
5,466,775 | 11.10% | ▼ 0,80 | 50 / 600
|
▲ 9 | Hökumətə Dəstək | 4. |
Bələdiyyə seçkiləri
redaktəSeçki | Partiya Sədri | Şəhər Ümumi Məclisi | Bələdiyyə | |
---|---|---|---|---|
Səs | % | |||
1973 | Alparslan Türkeş | 133,089 | 1.33% | 5 / 1.640
|
1977 | Alparslan Türkeş | 819,136 | 6.62% | 55 / 1.730
|
1981-1993 arası kapalı kaldı. | ||||
1994 | Alparslan Türkeş | 2,239,117 | 7.95% | 118 / 2.695
|
1999 | Devlet Bahçeli | 5,401,597 | 17.17% | 500 / 3.200
|
2004 | Dövlət Baxçalı | 3,372,249 | 10.45% | 268 / 3.193
|
2009 | Dövlət Baxçalı | 6,683,600 | 16,27% | 490 / 2.903
|
2014 | Dövlət Baxçalı | 7,399,119 | 17.82% | 166 / 1.351
|
2019 | Dövlət Baxçalı | 3,756,245 | 8,12% | 234 / 1.385
|
Senat seçkiləri
redaktəSeçki ili | Partiya lideri | Səslər | Faiz | Senatların sayı |
---|---|---|---|---|
1973 | Alparslan Türkeş | 114,662 | 2,7% | 0 / 52
|
1975 | Alparslan Türkeş | 170,357 | 3,2% | 0 / 54
|
1977 | Alparslan Türkeş | 326,967 | 6,8% | 0 / 50
|
1979 | Alparslan Türkeş | 312,241 | 6,1% | 1 / 50
|
İstinadlar
redaktə- ↑ "Milliyetçi Hareket Partisi". 14 Haziran 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 Haziran 2020.
Xarici keçidlər
redaktə- Rəsmi saytı (türk.)