Mcb Bokt - Wikipedia
MCB BOKT (köhnə adı MCB Lizinq) ya da MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti Pakistanın ən böyük banklarından biri olan MCB Bank Limited tərəfindən təsis edilmişdir[1]
MCB BOKT | |
---|---|
MCB Bank Olmayan Kredit Təşkilatı | |
Ümumi məlumatlar | |
Tipi | Bank Olmayan Kredit Təşkilatı |
Sənaye | Girovsuz Biznes Kreditlər |
Təsis tarixi | 2009 |
Əvvəlki adı | MCB Lizinq |
Baş qərargahın yeri | Tbilisi Prospekti 49 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | 4.3 mln. manat |
Rəhbərlik | |
Təsisçi | MCB Bank (Pakistan) |
Rəhbərlik | Rəmal Cəfərov (İdarə Heyətinin Sədri) |
Auditor | Grant Thornton |
mcb.az |
Tarix
redaktə“MCB Lizinq” Qapalı Sәhmdar Cәmiyyәti 2009‑cu ilin oktyabr ayında qapalı sәhmdar cәmiyyәti kimi tәsis edilmişdir. Şirkәt sәhmlәrin әsas hissәsi Pakistan İslam Respublikasında fәaliyyәt göstәrәn “MCB Bank Limited” Şirkәtinә vә bir qismi isә Azәrbaycan Respublikasının vәtәndaşı olan fiziki şәxsә mәxsusdur.[2]
2019-cu il aprelin 4-də “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir.[3]
Fəaliyyət
redaktəŞirkәtin әsas fәaliyyәti Azәrbaycan iqtisadiyyatının gәlirli, rәqabәtәdavamlı sektorlarında fәaliyyәt göstәrәn Kiçik vә Orta Sahibkarlara (KOS) geniş hәcmli maliyyә mәhsulları tәqdim etmәkdir.
“MCB BOKT” QSC Azәrbaycan iqtisadiyyatının müxtәlif sektorlarında fәaliyyәt göstәrәn şirkәtlәrә öz biznes ehtiyaclarını qarşılamaq üçün bütün növ nәqliyyat vasitәlәrinin, tikinti texnikasının, avadanlığın vә daşınmaz әmlakın kredit / lizinq yolu ilә әdlә edilmәsini tәklif edir.[2]
Maliyyə göstəriciləri
redaktə“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 491 min 468 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un xalis mənfəəti 34% artıb.
2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un portfeli (maliyyə lizinqi üzrə xalis investisiya) 57% artaraq 12 milyon 416 min 565 manata yüksəlib. 2020-ci ilin sonunda şirkətin portfeli 7 milyon 905 min 633 manat təşkil etmişdi.[4]
Müvəkkil kredit təşkilatı
redaktə2020-ci ilin mart ayında “MCB Bank Olmayan Kredi Təşkilatı , Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkkil kredit təşkilatı kimi seçilmişdir[5].[6]
2022-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) "MCB BOKT" QSC bank olmayan kredit təşkilatını (BOKT) müvəkkil maliyyə qurumlarının siyahısına daxil edib[7][8]
Təşkilati-hüquqi forması | Qapalı Səhmdar Cəmiyyəti |
Lisenziya nömrəsi | BKT- 42 |
Lisenziya verilmə tarixi | 12.11.2021 |
Ünvan | Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49B |
Əlaqə məlumatları | |
İdarə heyəti sədri | Cəfərov Rəmal Cəfər oğlu |
İdarə heyəti üzvləri | Hacıyev Rövşən Rafiq oğlu
Kərimov Elşən Ülfət oğlu |
Baş mühasib | Kərimov Elşən Ülfət oğlu |
Daxili auditor | Camalov Emil |
İstinadlar
redaktə- ↑ "MCB Bank ltd Subsidiary Companies". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ 1 2 İlkin Qarayev. "Lizinq fәaliyyәtindә dövlәt siyasәti" (PDF). 2023-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-06.
- ↑ ""MCB Lizinq" BOKT-a çevrilib". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ ""MCB BOKT" maliyyə göstəricilərini açıqladı - GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ "Müvəkkil Kredit Təşkilatları və əlaqə vasitələri". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ "MCB BOKT QSC AKİA müvəkkil kredit təşkilatı kimi seçilmişdir". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ "Sahibkarlığın İnkişafı Fondu - MÜVƏKKİL KREDİT TƏŞKİLATLARININ SİYAHISI". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ ""MCB" Sahibkarlığın İnkişafı Fondunun müvəkkil maliyyə qurumu oldu". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ↑ "Bank olmayan kredit təşkilatları". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.