M93 Hornet Minasi - Wikipedia
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür.
Dizaynı
redaktə1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı.
Tərifi
redaktəHəm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur. Ancaq hədəfini yan tərəfdən deyil, üst hücum üsulu ilə vurur. Döyüş başlığında 450 qram tantal mövcuddur