M7 Azerbaycan - Wikipedia
M7_(Azərbaycan) - Haqqında Məlumat
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu.
Avtomobil yolu | |
M7 şossesi | |
---|---|
Ölkə | Azərbaycan |
Yol nömrəsi | M-7 |
Uzunluğu | 87 km |
Başlayır | Naxçıvan |
Bitir | Sədərək |
İnşa tarixindən
redaktəNaxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.[1]
Texniki göstəriciləri
redaktəDördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr[2], eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.[1]
Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak etmişdir". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ "Respublika əhəmiyyətli avtomobil yolları". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ "Arxivlənmiş surət". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.