M16 - Wikipedia
M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.
M16 | |
---|---|
| |
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1961-Davam edir |
İstismara başlanması | 1962 |
İstifadə edilən döyüşlər | Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə |
İstehsal tarixçəsi | |
Konstruktor |
Yucin Strouner, Robert Fremont Ceyms Sallivan |
Konstruksiya tarixi | 1960 |
İstehsalçı |
Colt’s Patent Firearms Manufacturing Company GMC Hidramatic Div Harrington & Richardson |
Variantları | M16A1, M16A2, M16A3/A4, M4, CAR-15 |
Xüsusiyyətləri | |
Ağırlığı | 2,88 kq (boş sandıqla) |
Uzunluğu | 986 mm (taxta qundaqla) |
Kalibr | 5,56 |
Mərminin başlanğıc sürəti | 700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4) |
Nişangah | Dioptrik |
Vikianbarda əlaqəli mediafayllar |
M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.
İstehsal tarixi
redaktəABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı Hindistan və Malayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.
1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.
1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-nin Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.
1968-ci ildə ABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.
İlk istifadəsi
redaktəM16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.
Variantlar
redaktə- M16 — silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
- M16A1 — M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967–1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
- M16A2 — M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
- M16A3 — M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
- M16A4 — M16A2-nin variantı.
- M4 — M16A2-nin qısaldılmış variantı.
- M4A1 — M4-ün fasiləsiz atəş rejimli variantı.
Xarici varinatlar
redaktə- Diemaco C7/C8 — M16A1 və M4-ün Kanada tərəfindən konstruksiya edilmiş variantı.
- Daewoo K1/Daewoo K2 — M16A1-in Cənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
- CQ 5,56 və DIO S-5,56 — M16A1-in lisenziyasız variantı. İran və Çinə satış üçün nəzərdə tutulmuşdur.
- HK 416 — M4-ün Alman varinatı.
- Khaybar KH 2002 — M16-nın İran variantı.
- Type 65 və Type 86/91 — M16 və M4-ün Tayvan variantı.
İstifadə edən ölkələr
redaktə- Əfqanıstan
- Argentina
- Azərbaycan
- Baham adaları
- Banqladeş
- Bəhreyn
- Barbados
- Beliz
- Boliviya
- Braziliya (M16A2)
- Botsvana
- Bosniya və Herseqovina
- Bruney
- Kamboca
- Kamerun
- Çili
- Kolumbiya
- Kosta-Rika
- Danimarka
- Dominikan Respublikası
- Misir
- Estoniya
- Salvador
- Fici
- Fransa (Xüsusi təyinatlılar)
- Gürcüstan
- Qana
- Yunanıstan
- Qrenada
- Haiti
- Honduras
- Macarıstan
- Hindistan (Xüsusi təyinatlılar)
- İndoneziya
- İsrail
- İtaliya (Xüsusi təyinatlılar)
- Yaponiya
- İordaniya
- Yamayka
- Küveyt
- Latviya
- Livan (M16A1)
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva (M16A1)
- Maldiv adaları
- Malayziya
- Meksika
- Mərakeş
- Monako
- Nepal
- Yeni Zelandiya
- Laos
- Nigeriya
- Oman
- Pakistan
- Panama
- Filippin
- Portuqaliya
- Qətər
- Səudiyyə Ərəbistanı
- Sinqapur (M16S1)
- Cənubi Koreya
- Şri-Lanka
- Çin Xalq Respublikası
- Tailand
- Şərqi Timor
- Türkiyə (Xüsusi təyinatlılar, polis)
- Birləşmiş Ərəb Əmirlikləri
- Böyük Britaniya (Xüsusi təyinatlılar)
- Uruqvay
- ABŞ
- Vyetnam
- Venesuela
- Yəmən
- Zair