Mesud Pezeskian - Wikipedia
Məsud Pezeşkian (fars. مسعود پزشکیان; 29 sentyabr 1954, Məhabad, Pəhləvilər İranı[d][1]) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən).[2] İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005).
Məsud Pezeşkian | |
---|---|
fars. مسعود پزشکیان | |
Vəzifədədir | |
28 iyul 2024-cü ildən | |
Ali Rəhbər | Əli Xamenei |
Vitse-prezident | Məhəmməd Rza Arif |
Əvvəlki | İbrahim Rəisi Məhəmməd Müxbir (i.e.) |
İran Səhiyyə və Tibbi Təhsil naziri | |
22 avqust 2001 – 24 avqust 2005 | |
Prezident | Məhəmməd Xatəmi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, ürək cərrahı, akademik[d] |
Uşaqları | 4 |
Dini | on iki imam şiəliyi, şiəlik |
Hərbi xidmət | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İran İnqilab keşikçiləri Ordusu |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Aorta koronar şuntlama, ümumi cərrahiyyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəMəsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir.[3] BBC isə onun azərbaycanlı olduğunu qeyd edir.[4] O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün "türk olduğunu və Azərbaycanda doğulduğunu" bildirmişdir.[5]
İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.
Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.[6]
2024 İran prezident seçkilərində iştirakı
redaktəPezeşkian prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparmış və qalib gəlmişdir.[2] O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.[7]
İstinadlar
redaktə- ↑ 1 2 https://www.theguardian.com/world/article/2024/jul/06/masoud-pezeshkian-the-former-heart-surgeon-who-became-president-of-iran.
- ↑ 1 2 Cassini, Farnaz; Vinograd, Cassandra. "Reformist Candidate Wins Iran's Presidential Election". The New York Times. 5 July 2024. 6 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2024.
- ↑ Editorial. "The Guardian view on Iran's presidential election: more choice, but little real hope of change". The Guardian (ingilis). 2024-06-14. ISSN 0261-3077. 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-16.
- ↑ "İranın yeni Prezidenti: etnik azərbaycanlı, islahatçı Məsud Pezeşkian kimdir?". 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
- ↑ "İran prezidentliyinə namizəd Məsud Pezeşkian: "Mən türkəm. Azərbaycanda dünyaya gəlmişəm"". 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
- ↑ "Təbrizdən millət vəkili prezidentliyə namizəd". 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
- ↑ "Iran's Khamenei formally grants Masoud Pezeshkian presidential powers". Agence France-Presse (ingilis). The Hindu. 2024-07-28. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.