Mervan Ibn Hekem - Wikipedia
Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə – 7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi.
Mərvan ibn Həkəm | |
---|---|
ərəb. مروان بن الحكم | |
684 – 685 | |
Əvvəlki | I Muaviyə |
Sonrakı | Əbdülməlik ibn Mərvan |
679 – 681 | |
Əvvəlki | Səid ibn əl-As |
Sonrakı | Vəlid ibn Ütbə ibn Süfyan |
674 – 677 | |
Əvvəlki | Səid ibn əl-As |
Sonrakı | Səid ibn əl-As |
662 – 669 | |
Sonrakı | Səid ibn əl-As |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 623 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 685 (62 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | vali[d], siyasətçi, Xəlifə |
Atası | Həkəm ibn Əbu əl-As |
Uşaqları | oğlanları: Əbdülməlik ibn Mərvan; Əbdüləziz ibn Mərvan |
Ailəsi | Əməvilər |
Dini | İslam |
Hərbi xidmət | |
Döyüşlər | Cəməl döyüşü |
Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni.
Həyatı
redaktəM. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir. 656-cı ildə baş vermiş Cəməl döyüşündə Aişə, Zübeyr və Təlhənin başçılıq etdiyi dəstədə Əliyə qarşı savaşmışdır. Eyni tərəfdə olmaqlarına baxmayaraq atdığı ox nəticəsində Təlhə döyüşdə ölmüşdür. 661-ci ildə xəlifə Muaviyyə tərəfindən Hicaz valisi[1] təyin olunmuşdur. 683-cü ildə xəlifə Yezid öldükdən sonra Şama getmiş və yeni xəlifə olmuş II Muaviyyənin də xəlifəlikdən imtina etməsindən sonra Kufə və Bəsrə valisi olan Übeydullah ibn Ziyadın da dəstəyi ilə xəlifə olmuşdur. Mərvanın xəlifəliyi zamanı Şam valisi olan əl-Dəhhaq öz qəbiləsi ilə Mərvanı yox Məkkədə öz xəlifəliyini elan etmiş Abdullah ibn Zübeyri xəlifə olaraq qəbul etdiyini elan etmişdir. Bu hadisədən sonra Mərvan öz qəbiləsi ilə əl-Dəhhaqın başçılıq etdiyi ordu ilə Merj Rahid adlanan yerdə üzləşmiş və həftələrlə davam edən döyüşlər sonrası döyüşlərin birində əl-Dəhhaq öldürülmüş və beləliklə bütün Suriya Mərvana tabe edilmişdir. Daha sonra Abdullah ibn Zübeyr öz qardaşının başçılığı ilə Mərvanın üzərinə qoşun göndərmiş, lakin Mərvan bu döyüşü də qalibiyyətlə başa vurmuş və daha sonra Misirə hücum edərək bu əyaləti də özünə tabe etmişdir. Daha sonra Misirdən Suriyaya qayıdan Mərvan 685-ci ildə Yezidin dul arvadı və vəliəhd Xalidin anası olan qadınla evlənmişdir. Sonradan öz oğlu Əbdülməliki vəliəhd elan etmişdir. Xəlifəliyinin 9-cu ayında M. 7 may 685/ H.Q. 65-ci ildə arvadı olan Yezidin dul qadını tərəfindən Şamda, yatağında öldürülmüşdür.
Mənbə
redaktə- Muhammad ibn Jarir al-Tabari (red.: Ehsan Yar-Shater; tər.: David Stephan Powers)(1989-2007) The History of al-Ţabarī 40 Cilt, Albany: State University of New York Press ISBN 0-88706-563-5 (Cilt 24) (ing.)