Merkezi Prosessor - Wikipedia
Prosessor — kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir.
Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessorsocketi deyə adlandırılan hissəyə birləşdirilir.
Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Kompüter üzərində edilən bütün əməliyyatlar, bu vahid tərəfindən reallaşdırılır və nəzarət edilir. Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.
CPU kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür.
Fərdi kompüterdə bütün informasiyanı emal edən mərkəzi prosessor giriş informasiyasını çıxış informasiyasına çevirərək proqram vasitələrinin idarəsi altında işləyir. Kompüterlərin ayrı-ayrı modellərində iki qabaqcıl dünya istehsalçılarının Intel və AMD şirkətlərinin müxtəlif prosessorları istifadə olunur.
Mərkəzi prosessor
redaktəMərkəzi prosessor (ing. Central processing unit, qısaldılmış variantı: CPU) — kompüterin ən önəmli hissəsidir. Tərcüməsi "Mərkəzi quraşdırılmış qurğu" mənasını verir. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Mikrosxemlər toplusunu çipset də adlandırırlar. Kompüter üzərində edilən bütün əməliyyatlar, bu vahid tərəfindən reallaşdırılır və nəzarət edilir. Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.[1]
Prosessorların arxitekturası
redaktəMikroprosessorun arxitekturası onun bir neçə xüsusiyyəti ilə təyin edilir. Bunlardan başlıcası təlimat sistemini təşkil edən təlimatların (əmrlərin) xüsusiyyəti və onların icra mexanizmi ilə bağlıdır. Mikroprosessorların əsasən iki tip arxitekturası mövcuddur:
CISC arxitekturası-CISC (C omplex I nstruction S et C omputer), ənənəvi kompüter arxitekturasıdır. Prosessor öz üzərində olan microcode adlı miniatür bir proqram istifadə edərək əmr setlərini işlədir. Bu sayədə əmr dəstləri müxtəlif uzunluqlu ola bilər və bütün ünvanlama modellərini istifadə edə bilərlər.
RISC arxitekturası-RISC (Reduced Instruction Set Computer- sadələşdirilmiş təlimat sisteminə malik kompüter) arxitekturasI ilk dəfə 1979-cu ildə IBM801 mini-kompüterində gerçəkləşdirildi. Bu arxitektura üç əsas prinsipə söykənir:
sistemin mükəmməl kompilyator vasitəsilə yüksək səviyyə proqramlaşdIrm dillərini dəstəkləməsi
tamamilə aparat vasitələri ilə icra olunan primitiv təlimatlar toplusundan istifadə
əksər təlimatlarIn prosessor tərəfindən bir taktda icra edilməsinə imkan verən yaddaş və giriş-çıxışın təşkili
İlk RISC arxitekturalI mikroprosessorlar 80-ci illərin əvvəllərində Kaliforniya (Berkli şəhəri) və Stəndford universitetlərində hazIrlandI. Bu mikroprosessorların müəlliflərinin qarşIlarIna qoyduqlarI məqsəd mümkün qədər sadə quruluşa malik daha məhsuldar mikroprosessora nail olmaq idi. 17 oktyabr 1985-ci ildə "Intel" firması IBM PC – 80386 kompüterləri üçün ilk 32 mərtəbəli prosessor istehsal etmişdir. 12 MHz takt tezliyinə malik olan bu mikroprosessor 275000 tranzistordan ibarət idi. Prosessorun müxtəlif modifikasiyaları 20 ildən sonra, yəni 2007-ci ildən buraxılmağa başlamışdır.
Xarakteristika
redaktəCPU kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür.
Takt tezliyi — 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir. İndiki zamanda fərdi kompüterlərdə geniş istifadə olunan mikroprosessorların takt tezliyi saniyədə 4 milyard taktdır (4 GHz). Takt tezliyi Meqaherzlərlə (MHz) və Geqaherslərlə (GHz) ölçülür. Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 MHz). CPU çiplərini İntel və AMD firmaları istehsal edir. İntel CPU-larə nümunə olaraq 468PIN-lik bir Pentium prosessoru misal göstərmək olar.
Takt tezliyinin daxili və xarici növü vardır. Daxili takt tezliyi mikroprosessorun yerinə yetirdiyi əməliyyatların tezliyini, xarici takt tezliyi isə əməli yaddaşı ilə mikroprosessor arasında informasiyanın dəyişmə tezliyini göstərir.
Qeyd edək ki, kompüterdə prosessor bir ədəd olmur – videoplata, səs platası, çoxlu sayda xarici qurğular – bunlar hamısı öz prosessorları ilə təchiz olunmuşlar. Lakin onların hamısı Mərkəzi Prosessordan fərqli olaraq, dar bir çərçivədə xüsusiləşdirilmiş olurlar. Məsələn, onlardan biri səsin emalı ilə, digəri isə 3-ölçülü təsvirlərin yaradılması məşğul olur. Mərkəzi prosessorun əsas və fərqləndirici xüsusiyyəti – onun universal olmasıdır. Yəni lazım gəldikdə mərkəzi prosessor istənilən işi yerinə yetirə bildiyi halda, videoplatanın prosessoru nə qədər arzu etsə belə, musiqi faylının kodunu aydınlaşdıra bilmir.
Tarixi
redaktəDünyada ilk mikroprosessor İntel firması tərəfindən 15 noyabr 1971-ci ildə hazırlanan İntel 4004 prosessorudur.[2] Hər bir kompüterin mərkəzi qurğusu mikrosprosessordur. Bəzən onu kompüterin beyni də adlandırırlar. Mikroprosessor kompüterin başqa komponentləri ilə qarşılıqlı əlaqədə olur. Bu elementlər əsasən girişi (input) və ya çıxışı (output) təmin edir. Giriş – kompüterə daxil olan informasiya, çıxış isə mikroprosessorun hasil etdiyi informasiyadır. Geniş anlamda, kompüter məhz bu giriş çıxışın emalı ilə məşğul olur. Ümumiyytələ, mikroprosessor kompüterin bütün qurğularının işini idarə edir. Mikro Prosessora bəzən Mərkəzi Prosessor və ya sadəcə Prosessor da deyilir.
İstinadlar
redaktə- ↑ "Mərkəzi Prosessor (CPU) Nədir?". 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-24.
- ↑ Kuck, David (1978). Computers and Computations, Vol 1. John Wiley & Sons, Inc. p. 12. ISBN 0471027162.
Xarici keçidlər
redaktə- Prosessorun tarixindən
- Prosessor Arxivləşdirilib 2009-02-12 at the Wayback Machine Alferovun ensiklopediyası
- Mobil prosessorlarının müqayisəsi