Mensur Mehemmed - Wikipedia
Mənsur Məhəmməd (tam adı: ərəb. المنصور ناصر الدين محمد بن العزيز; əl-Mənsur Nasirəddin Məhəmməd ibn Əziz; 1189 – ən tezi 1216) — III Əyyubi hökmdarı, 29 noyabr 1198-ci ildən 1200-cü ilin fevralına qədər hakimiyyətdə olub.
Mənsur Məhəmməd | |
---|---|
ərəb. المنصور ناصر الدين محمد بن العزيز | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1189 |
Vəfat tarixi | ən tezi 1216 |
Atası | Əziz Osman |
Həyatı
redaktəSəlahəddin Əyyubinin nəvəsi və ikinci Əyyubi sultanı Əziz Osmanın oğludur. 1198-ci ildə atasının ölümündən sonra 9 yaşında sultan elan edildi və əmir Bahəddin Qaraquş onun atabəyi (naibi) təyin edildi. Sonrakı dövrdə Əyyubi əyanları Səlahəddinin digər oğlu Əfdal Əlini Mənsur Məhəmmədin atabəyliyini icra etməsi üçün Misirə dəvət etdilər. Əfdal 1199-cu ilin yanvarında Qahirəyə gələndə şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı.[1]
Əfdal əvvəlcə Suriya və ətraf əraziləri mərkəzi hakimiyyətə tam tabe etmək üçün Şam əmiri, əmisi I Adilin üzərinə yürüş təşkil etdi. Əfdal Misir ordusu və qardaşı Hələb əmiri Zahir Qazinin qüvvələri ilə 14 iyun 1199-cu ildə Şama (indiki Dəməşq) çatdı. Lakin tərəflərdən heç biri birbaşa döyüşə girməyə risk etmədikləri üçün 6 aylıq sülh imzalandı və Əfdal Şamdan Misirə doğru geri çəkildi.[1]
Misirə qayıtdıqdan sonra Əfdal ordunun saxlanılmasının əlavə iqtisadi yük olmsı və həmçinin əsgərlərin əkinçiliklə məşğul olmaları üçün onların evlərinə qayıtmaqları haqqında əmr verdi. Lakin Adil sülhə əməl etmədi və yaranmış vəziyyətdən istifadə edərək 6 ay gözləmədən Misirə doğru hərəkət etdi. Bilbəysdə Əfdalın qüvvələrini asanlıqla məğlub etdikdən sonra 1200-cü il fevralın 5-də Qahirəyə daxil oldu. Beləliklə, Adil 11 yaşlı Mənsur Məhəmmədi taxtdan saldı və IV Misir Əyyubi "sultan"ı kimi taxta çıxdı. Mənsur Məhəmmədin yaşı az olduğu üçün onu Urfa valisi təyin etdi. Əfdal isə Havrana sürgün edildi.[1]
Əfdal sürgünə gedərkən Mənsur Məhəmmədi Hələb əmiri Zahir Qaziyə təhvil verdi. Mənsur Məhəmmədin bundan sonrakı həyatı haqqında məlumat azdır. Onun sonrakı həyatı haqqında yalnız 1216-cı ildə Zahir Qazinin hər iki oğlunun öləcəyi təqdirdə Mənsur Məhəmmədin Hələb əmiri olacağını bildirən bir fərman var. Mənsur Məhəmmədin nə vaxt və harada dünyasını dəyişdiyi məlum deyil.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Grousset, Rene (1934–1936) Histoire des Croisades et du royalume frank de Jerusalem [1] 27 iyun 2014 , 3 Cild. Paris: Plon. OCLC 37267632 (fr.)