Memmedkazim Elekberli - Wikipedia
Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan – 12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934).
Məmmədkazım Ələkbərli | |
---|---|
1934 – 1936 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Seyfulla Şamilov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1938 (33 yaşında) və ya 13 oktyabr 1938 (33 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | filosof |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934).
ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərində baş redaktor olmuşdur.
21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir.[1]
Əsərləri
redaktə- "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927).
- "Yeni əlifba və orfoqrafiya" (1929).
- "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
İstinadlar
redaktə- ↑ Hacı Firudin Qurbansoy. ""Göylərin lacivərd ətəklərində"" (PDF) (az.). 2018-10-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-30.