Memmed Nesirli - Wikipedia
Məmməd_Nəsirli - Haqqında Məlumat
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf.
Məmməd Nəsirli | |
---|---|
Məmməd Nəsir oğlu Nəsirli | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | etnoqraf |
Elmi dərəcəsi | tarix elmləri namizədi |
Fəaliyyəti
redaktə- 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur.
- 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir
- 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir.
- 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır.[1]
- 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur.
Əsərləri
redaktəRespublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür.
- Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
- “Nax. MSSR-in xalq yaşayış məskənləri və yaşayış evləri” (B., 1959)
- “Azərbaycan SSR Şəki-Zaqatala zonası əhalisinin yaşayış evləri” (B., 1975)[1]
Ekspedisiyalar
redaktəEkspedisiyalar zamanı topladığı zəngin materiallar əsasında “Məskənlər və yaşayış evləri” mövzusu üzrə tarixi-etnoqrafik atlas hazırlamışdır. Bir sıra ümumittifaq və respublika elmi məclislərində məruzələr etmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 199. ISBN 5-8066-1468-9.