Mehkumlar Film 2007 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məhkumlar — rejissor Mehriban Ələkbərzadənin filmi.
Məhkumlar | |
---|---|
Janr |
dram detektiv müəmma məhəbbət |
Rejissor | Mehriban Ələkbərzadə |
Ssenari müəllifi | Çingiz Abdullayev |
Baş rollarda |
Sevinc Əlişova-Leyla Ramil Zeynalov-Eldar Nurəddin Mehdixanlı-Ənvər Kəmalə Hüseynova-Əzizə Rafiq Əliyev (II)-Müstəntiq Mehriban Xanlarova-Aybikə |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssamlar | Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi |
15 may 2007, Bakı 5 dekabr, 2007, Gəncə |
Filmin digər adı | Məhkumların Cənnəti |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 91,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
Texniki məlumatlar |
10 hissə 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri |
Bakı Bakı, Umbakı qəsəbəsi Bakı, Bilgəh qəsəbəsi |
IMDb | ID1255975 |
Məzmun
redaktəFilmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.
Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil.
Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərd isə çarəsiz, ümidsizdir. Söhbət cüzam xəstəxanasının sakinlərindən gedir. Cüzam irsən keçən xəstəlikdir. Əgər kimsə buna düçar olubsa, onun hansısa bir nəslində bu zühur oluna bilər. "Məhkumlar" filminin qəhrəmanı Leylanın (Sevinc Əlişova) başına gəldiyi kimi. Atası (Sabir Məmmədov) onun xəstəliyinin çarəsini tapa bilmədiyindən bu dərdə dözməyib erkən vəfat etmiş, anası isə (Nəcibə Hüseynova) onu Umbakıda yerləşən xəstəxanaya atmışdır. Hətta ailələrində olan digər iki qızın adını qorumaq üçün hamıya onun ölmüş olduğunu bildirib, özləri isə Leylanı birdəfəlik unutmuşlar. Leyla üçün dünya Moskva Tibb Universitetinin tələbəsi Eldarın (Ramil Zeynalov) bu xəstəxanaya təcrübəyə gəlişi ilə başlayır. Eldar Leylanı sevir. Bütün qohumlarının, yüksək vəzifəli atasının iradəsinin əksinə olmuş olsa belə.(Ədəbiyyat Qəzeti, 18 may 2007). Lakin atalar demişkən: Sən saydığını say, gör fələk nə sayır…
Film haqqında
redaktə- Film UMBAKI xəstəxanasının daimi sakinlərinə, onların həyat eşqinə ithaf olunur.
- Film rejissor Rasim Ocaqovun kino sahəsində son işidir. O, bu filmdə bədii rəhbər idi.
- Film Çingiz Abdullayevin "Məhkumların cənnəti" əsərinin motivləri əsasında çəkilmişdir.
- Filmin neqativi Minsk şəhərində köçürülmüşdür.
- Film ən aşağı maliyyə imkanları və 1970-ci illərin texniki avadanlıqları ilə çəkilib.
- Bu filmlə ilk dəfə olaraq cüzamlı xəstələrin cəmiyyətdəki yeri ekran təcəssümünü tapıb.
- Film rejissor Mehriban Ələkbərzadənin ilk tammetrajlı bədii filmidir.
- Film aktrisa Sevinc Əlişovanın kinoda ilk işidir. Aktrisanın dediyinə görə ağladığı səhnələrin heç birində qliserindən istifadə etməmişdir.
- Film aktyor Ramil Zeynalovun kinoda ilk işidir.
- Əsərlərini rusca yazan filmin ssenari müəllifi Çingiz Abdullayev ilk dəfə olaraq bu filmin ssenarisini azərbaycanca yazmışdır.
- Film 280 min manat büdcə ilə çəkilmişdir.
Səhvlər
redaktə- Davamlılıq səhvi: Leyla müstəntiqin yanına ifadə verməyə gəlib oturanda kamera onu göstərir və saçı qulaqlarını örtəcək şəkildə yanlara tökülmüşdür. İkinci dəfə kamera Leylaya dönəndə artıq Leylanın saçı qulaqlarının arxasına atılmışdır. Həmçinin Leyla otağa yaş saçla daxil olur. Amma növbəti kadrda onun saçı qupqurudur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Mehriban Ələkbərzadə
- Ssenari müəllifi: Çingiz Abdullayev
- Quruluşçu operator: Kənan Məmmədov
- Quruluşçu rəssam: Rafiz İsmayılov, Rafiq Nəsirov
- Bəstəkar: Aqşin Əlizadə
- İcraçı prodüser: Nadir Əliyev
- Bədii rəhbər: Rasim Ocaqov
- Səs operatoru: Əsəd Əsədov
- Rejissor: Ənvər Həsənov
- Operator: Tərlan Babayev
- Geyim rəssamı: Mehriban Əfəndiyeva
- Montaj edən: Nisə Hacıyeva
- Qrim rəssamı: Maqsud Məmmədov (II)
- Redaktor: Ramiz Rövşən
- Musiqi redaktoru: Rauf Əliyev
- Məsləhətçi: Emin Şəkinski (polis general-mayoru), Ramiz Cahangirov (polis polkovniki), Şahnaz Baxşəliyeva (Səhiyyə Nazirliyinin T. Y. T. Ş.-nin müdiri)
- Rejissor assistenti: Anar Nəsibov, Elbrus Ələkbərov, Vüqar Heybətov
- Rejissor köməkçisi: Səriyyəxanım İsayeva
- Operator assistenti: Allahverdi Məmmədov, İlham Babayev
- Rəssam assistenti: Nigar Babayeva, Elvira Hüseynova
- Montajçı: Rahidə Quliyeva
- Səs texniki: Elmira Səmədova
- Səs-küy səsləndiricisi: Əliqulu Səmədov, Eldəniz Rəsulov
- Əlbisəçi: Mehriban Ələkbərova
- İşıqçı: Adil Dadaşov, Fuad Əliyev
- Çalır: Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor: Rauf Abdullayev
- İcraçı prodüser müavini: Akif Əliyev
- İnzibatçı: Ədalət Yunusov, Fəxri İbrahimov, Zülfiyyə Dadaşova
Rollarda
redaktə- Sevinc Əlişova — Leyla
- Ramil Zeynalov — Eldar
- Nurəddin Mehdixanlı — Ənvər
- Kəmalə Hüseynova — Əzizə
- Rafiq Əliyev (II) — müstəntiq
- Mehriban Xanlarova — Aybikə Xasməmmədova
- Ramiz Novruz — mayor
- Yelena Şetinkina — Tanya
- Tariyel Qasımov — Vidadi həkim
- Nəcibə Hüseynova — Leylanın anası
- Sadıq Əhmədov — müfəttiş
- Ramiz Məlikov — Cəfər həkim
- Ayşad Məmmədov — Leylanın dayısı
- Şahin Cəfərov — leytenant
- Elşən Rüstəmov — Ramiz Hüseynov
- Ü. Mustafayeva
- Məhərrəm Musayev — satıcı
- Şirin Nəzərova — Leylanın bacısı
- A. Rüstəmov
- Sabir Məmmədov — Leylanın atası
- Gülər Nəzərova — Leylanın bacısı
Filmi səsləndirənlər:
redaktə- Eldəniz Rəsulov — inspektor (Sadıq Əhmədov) (titrlərdə yoxdur)
- Hüsniyyə Mürvətova — Leyla (Sevinc Əliyeva (aktrisa, 1985)) (titrlərdə yoxdur)
- Şövqi Hüseynov — Eldar (Ramil Zeynalov) (titrlərdə yoxdur)
- Məmməd Səfa — Leylanın dayısı (Ayşad Məmmədov) (titrlərdə yoxdur)
Sponsor
redaktəÇəkilişə köməklik edən qurumlar
redaktə- 14 saylı Birləşmiş Şəhər xəstəxanası
- 28 saylı Birləşmiş Şəhər xəstəxanası
- "Pioner-London" Mağazası
Mənbə
redaktə- "Festivalın ilk filmi "Məhkumlar"". //Ədəbiyyat qəzeti.-2007.- 7 sentyabr. — səh. 2.