Mehbube Melikova - Wikipedia
Məhbubə_Məlikova - Haqqında Məlumat
Məhbubə Məlikova — Azərbaycan aktrisası.
Məhbubə Məlikova | |
---|---|
Fəaliyyəti | Aktrisa |
Həyatı
redaktəSəhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.[1]
Filmoqrafiya
redaktə- Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (AzTV)
- Kişi sözü (film, 1987)
- Gülüş sanatoriyası (film, 1989)
- Ürək yaman şeydir… (film, 1992)
İstinadlar
redaktə- ↑ "Səhnə ustası Məhbubə Məlikova 22 ildən sonra danışdı". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.